Icma.az
close
up
RU
Ramazanda yardımlar açıq edilməlidir, ya gizli...

Ramazanda yardımlar açıq edilməlidir, ya gizli...

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Martın 1-dən ölkə ərazisində Ramazan ayının başlaması ilə bir çox iri şirkətlər imkanı olmayan şəxslər üçün yardım kampaniyaları başladıb. Xeyriyyə adı altında bəzi şirkətlər özlərinin reklam kampaniyasını aparıb. Din xadimləri deyir ki, edilən bütün yardımların elan edilməsi önəmli deyil. 

İlahiyyatçı Rza Rzayev mövzu ilə bağlı Modern.az-a deyib ki, edilən bütün işlər insanın əməlinə görədir.

"İnsanların gördüyü zahiri işə görə, biz onları sorğulaya bilmərik. Reklam və ya Allah xatirinə edilməsini şəxsin vicdanına buraxmaq ən yaxşısıdır. İnsanın məqsədi ehtiyac sahibinə kömək etmək, cəmiyyətdə yardımlaşmağı və xeyirxah ənənələri təşviq etməkdirsə, bu düzgündür. Hətta Qurani-Kərimdə bu məsələ ilə bağlı, ayə də vardır. Ayədə deyilir ki, bu məsələnin açıq və ya gizli edilməsinin heç bir önəmi yoxdur, lakin gizli edilərsə, daha müstəhəb sayılır".

Rza Rzayev bildirib ki, yardımların aşkar edilməsi cəmiyyətə müsbət əməllərin ötürülməsi funksiyasını yerinə yetirir. Digər bir ayədə deyilir ki, mallarınızı insanlara göstəriş üçün xərcləyən və Allaha, axirətə inanmayan kimsələr kimi sədəqələrinizi minnət qoymaqla heç etməyin.

Yəni, insanlar tərif almaq üçün yaxşılıq etməməlidir. Bu dinimizdə də, bəyənilməyən əməllərdən sayılır. Peyğəmbərimiz buyurub ki, gizlicə edilən sədəqə Allahın qəzəbini söndürər.”

Müsahibimiz həm də, qədim Ramazanla, müasir Ramazanın qeyd edilməsindəki fərqləri açıqlayıb. 

Onun fikirlərinə görə, bəzi adətlər olduğu kimi qalır (qalmalıdır). Buna məsəl üçün, orucu batil edən əməllərin heç dəyişmədiyi aid ola bilər. Lakin, müəyyən fərqlər də qaçılmazdır. Bu da elmi və texnoloji inkişafdan qaynaqlanır. 

Bunlara, Ramazan ayının başlanma və bitmə tarixləri aid ola bilər. Bu proses qədimdə  göz ilə müşahidə edilirdisə, indi müasir fətvalarda teleskopik alətlər ilə müəyyən edilir. Digər fərq kimi, bəzi alimlər müalicə alan şəxslərin oruc tutmasını düzgün qəbul edirlər. İndi verilən fətvalarda mədəyə və ağız boşluğuna düşməyən əlavələri çıxmaqla, iynə qəbul edənlərin oruc tutması normal qarşılanır.

Zərif Sofiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Mart 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see563

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see221

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see207

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see203

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see196

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see186

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see186

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see186

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see181

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see179

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see179

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see174

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see173

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see172

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see171

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see169

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see169

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see167

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see166

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri