Rauf Zeyni: Dilimizi qorumaq üçün həm Azərbaycanda, həm də xaricdə layihələr həyata keçirməliyik
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
"Ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə öz çıxışlarında vurğulayıb. İstər Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə çıxışında, istərsə də 5 yanvar tarixində televiziyalara verdiyi müsahibəsində, ölkə prezidenti milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişafı ilə bağlı daima tövsiyələrini verib və proqram çıxışlarını təqdim edib. Bu dəfə də xüsusi xəbərdarlıq edildi ki, Azərbaycan dili hər bir millətin yaşaması və mövcud olması üçün vacib atributlardan biridir".
Bu fikirləri Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, yəni, dilimiz olmalıdır və hərtərəfli inkişaf etdirilməlidir:
"Əgər dilimiz sıradan çıxarsa, biz də bir millət olaraq sıradan çıxarıq və cəmiyyətimizə, dövlətçiliyimizə böyük zərbə dəyə bilər. Əgər milli dövlətdən, milli birlikdən və milli həmrəyliyimizdən danışırıqsa, yaddan çıxarmamalıyıq ki, birliyimizi qoruyub saxlayan amillərdən biri də məhz Azərbaycan türkcəsi, Azərbaycan dilidir. Çünki bütün ədəbiyyatımız, mədəniyyətimiz, kültürümüz, yaradıcılığımız və elmimiz bizi qoruyub saxlayıb və bu, ölkəmizin qüdrəti sayəsində mümkün olub".
QHT sədri bildirib ki, dilimizi qoruyub saxlamaq isə bu gün bizim müqəddəs borcumuzdur:
"Cəmiyyətin, xüsusilə də vətəndaş cəmiyyətinin üzərinə bu sahədə böyük məsuliyyət düşür. QHT-lər olaraq həm tədbirlərimizi artırmalı, həm də layihələrimizi genişləndirməliyik. Azərbaycanda və ölkəmizdən kənarda yüzlərlə əhəmiyyətli layihələr həyata keçirməliyik ki, dilimizin qorunub saxlanmasına töhfə verək".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Əcnəbi sözlər dilimizi həm zənginləşdirir, həm də korlayır” MÜNASİBƏT BİLDİRDİ
12 Fevral 2025 15:48
Ana dilimizi qorumaq üçün nə etməliyik? Cəlalə Nəzəroğlu ilə müsahibə
01 Mart 2025 06:07
Rauf Zeyni: Alyaska görüşü regionun gələcək sabitliyi üçün mühüm əhəmiyyət daşıyır
14 Avqust 2025 19:34
Ana dilimizi qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur
21 Fevral 2025 17:18
Həm qulaq, həm də paranazal sinusları infeksiyalardan qorumaq üçün...
08 Dekabr 2024 23:55
Baxış sayı:93
Bu xəbər 08 Yanvar 2026 14:19 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları