Icma.az
close
up
RU
Rəfail Becanov: Tiktok ən çox yalan informasiyaların yayıldığı, təhqir və “fake” məlumatların olduğu məkandır

Rəfail Becanov: Tiktok ən çox yalan informasiyaların yayıldığı, təhqir və “fake” məlumatların olduğu məkandır

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ümumiyyətlə, sosial şəbəkələrin qadağan olunmasını düzgün hesab etmirəm. Amma məsuliyyət məsələsi vacibdir. Hər bir istifadəçi paylaşdığına, yazdığına görə məsuliyyət daşımalıdır. Bu gün sosial şəbəkələr yaxşı virtual informasiya, əlaqə məkanı olmaqla bərabər təəssüf ki, həm də bir söyüş, şantaj məkanına çevrilib".
Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 
O bildirib ki, bunun qarşısı alınmalıdır:
"Ən sərt cəzalar tətbiq olunmalıdır ki, kimsə sosial şəbəkələrin yaratdığı imkandan sui-istifadə edib başqalarını təhqir etməsin, işgüzar nüfuzuna zərər vurmasın. Amma real durum nədir? Yenə də eyni qaydada insanlar təhqir olunur, kimin kimdən xoşu gəlmir sosial şəbəkələrdə onunla bağlı şantaj kampaniyası aparır. Hüquq-mühafizə orqanlarının bu istiqamətdə apardığı profilaktik tədbirlər təqdir olunmalıdır. Onlar tərəfindən yalan məlumat yayanlar, söyüş, təhqir yazanlarla bağlı qanunvericilyə uyğun ölçülər götürülür, cəzalar tətbiq olunur. Amma sosial şəbəkələrin arealı o qədər böyükdür ki, hamısının qarşısını almaq olmur".
O hesab edir ki, bütün sosial şəbəkələrin Azərbaycanda nümayəndəliyi olmalıdır:
"Onların daxili imkanları, proqramlar vasitəsi ilə sosial şəbəkə özbaşınalığının  qarşısı alınmalıdır. Sosial şəbəkələrin virtual ünsiyyət, məlumat platformasına çevrilməsi üçün bu vacibdir. Yazışmalarla okeanın o tayında, yaxud hansısa başqa bir dövlətdə olan platforma yayımçıları ilə praktik iş qurmaq çətindir. “Tiktok” şəbəkəsi sosial platformaların içində ən çox yalan informasiyaların yayıldığı, təhqir və “fake” məlumatların olduğu bir virtual məkandır. İnsanları bu platformada daha çox aldadırlar, yalan informasiyayla yükləyirlər. Ona görə də bu platformaya xüsusi yanaşmalı və baş verən əcaibliklərin qarşısı alınmalıdır. Əgər belə davam edərsə, onu da müzakirə etmək olar. Xalqın maraqlarına zidd olan, onun mentalitetinə zərər vuran istənilən bir məsələdə radikal addım atmaq mümkündür".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Yanvar 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri