Icma.az
close
up
RU
Menu

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

“Azərbaycan sülhdə möhkəmdir”

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Region Liqanın qızıl, II Liqanın bürünc mükafatçısı Xaçmazın ilk peşəkar futbol klubu “Şimal”ın düşərgəsindən REPORTAJ

Region Liqanın qızıl, II Liqanın bürünc mükafatçısı Xaçmazın ilk peşəkar futbol klubu “Şimal”ın düşərgəsindən REPORTAJ

Icma.az, Azertag saytına istinadən bildirir.

Xaçmaz, 15 oktyabr, Elxan Yusifli, AZƏRTAC

AZƏRTAC “Bölgələrdə idman” layihəsinə start verir. Layihə çərçivəsində şəhər-rayonlarda müxtəlif idman sahələrinin fəaliyyəti işıqlandırılacaq. İlk materialımız ölkənin şimal bölgəsindən, Xaçmazın “Şimal” futbol klubundandır.

“Şimal” Azərbaycanın ən gənc futbol klublarındandır. Xaçmaz təmsilçisi cəmi iki ildir yaranmasına baxmayaraq, AFFA Region Liqasının çempionluq kubokunu və Azərbaycan İkinci Liqasının bürünc medallarını qazanıb. “Şimal” hazırda Birinci Liqada mübarizə aparır.

AZƏRTAC-ın bölgə müxbiri Xaçmazı təmsil edən ilk peşəkar futbol klubunun növbəti oyuna hazırlıq məşqini izləyib, komandanın əsas fəaliyyət istiqamətləri ilə maraqlanıb.

“Şimal” futbol klubu 2023-cü ildə Xaçmazda təsis olunub. Yarandığı ilk ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən keçirilən Region Liqasında mübarizə aparıb. Liqanın 2023/2024-cü illər mövsümündə qalib gələn “Şimal” çempionat boyu keçirdiyi matçların heç birində məğlub olmayıb.

Bu futbol klubu UEFA Region Kubokunun 2024/2025-ci illər mövsümündə Azərbaycanı təmsil edib. Komanda Gürcüstanın Kutaisi şəhərində keçirilən təsnifat mərhələsində İsveçin “Göteborq” və yerli “Football school bridge” komandaları ilə qarşılaşıb. İsveçlilərlə heç-heçə oynayan komanda, Gürcüstan təmsilçisinə məğlub olub.

“Şimal” Region Liqasının qalibi kimi II Liqaya vəsiqə qazanıb. 2024/2025-ci illər mövsümündə II Liqada mübarizə aparan komanda bürünc medallar qazanıb. Bu nəticə klubun I Liqaya yüksəlməsinə yol açıb.

Komandanın lideri və kapitanı Premyer Liqada “Simurq”, “Rəvan”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Şahdağ” və bir sıra başqa klubların, həmçinin Azərbaycan Milli komandasının heyətində çıxış etmiş xaçmazlı futbolçu Tural Cəlilovdur.

“Klubun heyətinin 70 faizi Xaçmaz və ətraf rayonlardan olan futbolçulardan təşkil edilib. Region liqasından başlayıb ardıcıl iki il daha üst liqaya vəsiqə əldə etməyi bacarmışıq. İndi I Liqada mübarizə aparırıq. Komandanın əsas futbolçularını qoruyub saxlamışıq. Bu il əlavə 6 yerli futbolçu ilə güclənmişik. Komandamızda legioner futbolçu yoxdur. Yeni qurulan komanda olduğumuzdan bu il əsas məqsədimiz I Liqada yerimizi qoruyub saxlamaq olacaq. Bütün rəqiblərə qarşı yaxşı futbol oynayıb, uğurlu nəticələr qazanmaq istəyirik”, - deyə komandanın kapitanı Tural Cəlilov söyləyib.

Təcrübəli futbolçu bildirib ki, Xaçmazda perspektivli yerli futbolçular çoxdur. Hazırda Xaçmaz futbolunun yetirmələri olan 40-a yaxın uşaq və yeniyetmə paytaxt klublarının müxtəlif yaş qruplarında futbol oynayır. Onlar arasında milli komandaya cəlb olunanlar da var.

“Şimal” komandasının heyətində gənc futbolçular üstünlük təşkil edir. Onların bir çoxu həvəskar səviyyədən peşəkarlığa ilk addımlarını məhz bu komandada atıb.

“Mən 2023-cü ildə komada yaradılandan heyətə cəlb olunmuşam. Xaçmaz futbol məktəbinin yetirməsiyəm. Yeni komanda olsaq da, böyük uğurlarımız var. Region Liqasında qızıl, II Liqada bürünc medallar qazanmışıq. Komanda mənə I Liqada da güvənir. Xəyallarım böyükdür. Gələcəkdə Premyer Liqada, milli komandada oynamaq istəyirəm”,-deyən 20 yaşlı yarımmüdafiəçi Pirverdi Seyidov arzularının reallaşacağına əmindir.

Müdafiəçi Cavad Hacıyev komandaya Qubadan cəlb olunub. Cavad da klub yaranandan “Şimal”ın uğurları üçün çalışır: “Mən əvvəllər yalnız həvəskar səviyyədə futbol oynamışam. Qubanı təmsil edən klublarda çıxış etmişəm. “Şimal” bütünlüklə regionumuzu təmsil edir. Mənimlə bərabər komandamızda qubalı futbolçulardan Sabir Alişan, Şahlar Sədiyev də çıxış edirlər. I Liqada gərgin mübarizə var. Əsas məqsədimiz daha yüksək yer qazanmaqdır. Növbəti illərdə isə Premyer Liqaya yüksəlmək istəyirik”.

“Şimal” komandasının hazırkı heyətində 23 futbolçu yer alıb. Onlardan üçü qapıçı mövqeyində çıxış edir.

“Gündəlik məşqlərimiz davam edir. Liqada daha yaxşı çıxış etmək üçün əlimizdən gələni edirik. Bizim üçün ən böyük uğur Xaçmazı Azərbaycan Premyer Liqasında təmsil etmək olar. Düzdür, bu, zaman tələb edir. Amma bunun üçün səylə çalışacayıq”, - deyə komandanın qapıçısı Natiq Daşdəmirli söyləyib.

“Şimal” daha çox yerli gənclərdən qurulan komanda olsa da, yeni mövsümdən heyətini I Liqada çıxış etmiş Fərid Nadirov, Xəyal Bədirov, Nurlan Bayramov, Elmar Əzizov və Şirin Şirinov kimi təcrübəli futbolçularla gücləndirib.

Şimal klubunun idarəetməsini xaçmazlı futbol funksionerləri həyata keçirir. Klubun prezidenti Qılman İbrahimov, idman direktoru Elxan Yusifli, meneceri Taleh Bədirxanovdur. Məşqçilər heyətində Rəcəb Mahmudov, Fazil Salahov kimi yerli kadrlar yer alıb.

Xaçmazda yararlı futbol meydançası olmadığından klub çempionatdakı ev oyunlarını rayondan 250 kilometr məsafədə yerləşən Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirir. Məşqlər isə rayon mərkəzinə yaxın Çiləgir kəndindəki futbol meydançasında təşkil edilir.

“Xaçmazda futbol klubun yaradılması üçün çoxdan zəmin var idi. Son illər II və I Liqanın yaradılması, yarışlarda idman prinsiplərinin əsas götürülməsi bizi daha da həvəsləndirdi. 2023-cü ilin iyul ayında Xaçmazı təmsil edən “Şimal”ı təsis etdik. Yeni komanda üçün kifayət qədər uğurlu sayılan nailiyyətlər əldə olundu. Biz artıq Azərbaycan Premyer Liqasının bir addımlığında - I Liqadayıq. Təəssüf ki, bundan əvvəl Xaçmazda heç vaxt peşəkar futbol komandası olmayıb. Rayon müxtəlif dövrlərdə həvəskarlar arasında yarışlarda təmsil olunub. Amma Xaçmaz kadr baxımından bəlkə də respublikanın ən potensiallı bölgələrindən biridir. Bu mövsüm liqada yerimizi qoruyub saxlamaq uğrunda mübarizə aparırıq. Bu, heç də asan deyil. Çünki infrastruktur və maliyyə baxımından müəyyən çətinliklərimiz mövcuddur. Bu problemləri aradan qaldırmağı bacarsaq, gələcəkdə ən qabaqcıl klublardan biri ola bilərik”, - deyə klubun prezidenti Qılman İbrahimov bildirib.

Ötən mövsüm II Liqada çıxış edərkən kluba iki sponsor tərəfindən dəstək göstərilib. Amma bu mövsüm “Şimal” yalnız Dövlət Proqramı çərçivəsində kluba ayrılan maliyyə yardımı hesabına liqada çıxışını davam etdirir.

“Dayanıqlı maliyyə mənbələri tapmaq üçün Futbolun İnkişaf Fondu “Şimal” futbol klubu ilə sıx əməkdaşlıq edir. Fondun nümayəndələri Xaçmaza səfərləri çərçivəsində yerli sahibkarların kluba sponsorluq etməsi üçün danışıqlar aparır. Biz özümüz də klub olaraq bu istiqamətdə fəaliyyətimizi artırmışıq. Bu yaxınlarda AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev Xaçmaz rayonuna səfər edərək “Şimal” klubunun və yerli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin nümayəndələri ilə görüşlər keçirdi. Mövcud vəziyyəti müzakirə etdik. Səfər çərçivəsində qonaqlar Xaçmaz Olimpiya İdman Kompleksi və klubumuzun məşq etdiyi Çiləgir kəndindəki futbol meydançası ilə tanış oldular. Ümid edirik ki, tezliklə Xaçmazın da stadionu olacaq və biz xaçmazlı futbolsevərləri öz qələbələrimizlə sevindirəcəyik”, - deyə Qılman İbrahimov əlavə edib.

I Liqada 2025-2026-cı illər mövsümündə 10 komanda mübarizə aparır. İlk 4 turdan sonra hesabında 2 xalı olan “Şimal” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see239

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see213

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see195

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see189

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see173

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see163

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see155

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see154

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see153

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see151

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see151

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see150

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see149

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see149

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see142

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see139

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see137

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see136

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri