“Araz Naxçıvan”ın baş məşqçisi: “Futbolçular yorğunluq fonunda meydana çıxmışdılar”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Araz-Naxçıvan”ın futbolçuları “Qəbələ”yə uduzduqları yoxlama oyununa yorğunluq fonunda çıxıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko klubun mətbuat xidmətinə açıqlamasında deyib.
“Araz-Naxçıvan” Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan görüşdə “Qəbələ”yə 0:1 hesabı ilə uduzub.
Ukraynalı mütəxəssis bugünkü matçın daha çox məlumat xarakterli olduğunu söyləyib: “Nəticə vacib deyildi. Son 3 gün ərzində yükləmə çox olduğuna görə futbolçular yorğunluq fonunda meydana çıxmışdılar. Uşaqların verdiyimiz tapşırıqları nə dərəcədə icra edə bildiklərinə diqqət yetirdik. Keyfiyyətə önəm verdiyimiz üçün uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin. Gələcəkdə daha yaxşı oynamaq, irəli getmək üçün edəcəklərimizi öyrənirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 14 Yanvar 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















