Icma.az
close
up
RU
Region qaynayır: yeni müharibə həyəcanı Azərbaycan…

Region qaynayır: yeni müharibə həyəcanı Azərbaycan…

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

⁠İsrailin Baş naziri Benyamin Netanyahunun iyulun 7-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşəcəyi bildirilir. Qeyd edilir ki, ötən ay Netanyahu məhz Trampla danışdıqdan sonra İrana hücuma başlamışdı. Bu dəfə də bənzər ssenarinin gözlənildiyi ehtimallar arasındadır.

Netanyahunun Trampla görüşü İsrailin yeni regional hərbi planlarının bir hissəsi ola bilərmi?

News24.az Globalinfo.az –a istinadən xəbər verir ki, analitik Aqşin Kərimov deyib ki, İsrailin İrana hücumu ABŞ siyasəti üçün dönüş nöqtəsi idi:

“ABŞ bununla İranla sövdələşmə və rəqabətin gələcək qırmızı xətlərini yenidən müəyyənləşdirir. Bu akt ehtimal ki, ABŞ-ın Rusiya ilə sövdələşməsi ruhu üzərində təmsil olunur. Çünki ABŞ ilə Rusiya Donald Tramp hakimiyyətə gəldikdən sonra Ukraynadakı müharibənin tənzimlənməsi səylərini Yaxın Şərq regionu ilə tutuşdurdu. Ukrayna üzrə danışıqlarda ABŞ Prezidentinin Yaxın Şərq elçisi Stiv Uitkoffun iştirakı, onun diplomatik trayektoriyası bu mənada kodları açır.

ABŞ tarixində ilk yaşandı…

Nəticə olaraq ABŞ bu siyasətini formalaşdırarkən İranla İsrail arasındakı əlaqələrin yumşalması üçün də vasitəçilik səyləri nümayiş etdirə bilər. Bu prosesin Rusiya ilə uzlaşdırılması çətin görünür, lakin onu mümkünsüz etmir.

Hərçənd ki, ABŞ də tarixdə ilk dəfə olaraq İranın nüvə proqramına qarşı aviazərbələr endirdi, lakin bu, eskalasiyasının müvafiq hədlər üzərindəki idarə edilməsinə bənzədi. Rusiyanın isə zərbələrə etirazları ABŞ-yə qarşı kəskin təhdid ritorikası kimi yadda qalmadı.

Müharibə belə başladı

Təl-Əvivlə münasibətlər baxımından isə, ABŞ-nin aviazərbələrinin hədəf və miqyas baxımından məhdudluğu Donald Trampın İsrailin hücumlarını tamamlamaqda maraqlı olmadığını göstərdi. Lakin Vaşinqton üçün nəticə daha yaxşı oldu: Ağ Ev eskalasiyanın qarşısının alınmasının sahibi kimi özünü tanıtdı.

Halbuki müharibə İsrailin təsirli zərbəsi ilə başlamışdı. Bu zərbələr İranın komandanlıq elitasında çaşqınlıq yaratmaq və mütəşəkkil cavabı gecikdirməyi hədəfləyirdi.  Ancaq İranın tez toparlanması, İsrailə cavablar verməsi, uzunmüddətli müharibə üçün dözümlüyüyü, onun çəkindiriciliyini daha da artırdı.

Həmçinin oxuyun:

İran etiraf etdi: ABŞ və İsrailin hücumları…

Bu baxımdan İsrail perspektivdə İrana fərqli hücum planı hazırlamaqda maraqlı görünə bilər. Üstəlik, İranla 12 günlük müharibədən sonra geosiyasi nəticələri ABŞ ilə koordinasiyalaşdırmaq İsrailin məqsədlərində daha aydın şəkildə görünəcək. Yəni ABŞ ilə Təl-Əviv arasında strateji münasibətlərin yeni dövrü üçün qaydalar İrana hücumlardan sonrakı konyunkturaya uyğunlaşdırılır.

Çinin “sülh kursu” aktına cavab

İran və İsrail arasında birbaşa hərbi qarşıdurmadan sonra ABŞ-nin Körfəz ölkələri üzərində yeni ağırlıq mərkəzini təşkil etdiyi də aydınlaşdı. Bu, dünyanın yeni nizama keçdiyi bir vaxtda, Çinin regiondakı təsirlərinə qarşı diplomatik-siyasi həmlədir.

Ehtimalla ABŞ Körfəz ölkələrinin İsraillə geniş əməkdaşlığına imkan yaratmaq üçün Vaşinqton üçün risk daşıyan faktorları aradan qaldırmağı Təl-Əvivin diqqətinə çatdırır.

Bu amil, Çinin Səudiyyə Ərəbistanı ilə İran arasında barışıqda brokerlik etməsindən sonra Çinin daha geniş geosiyasi “sülh kursu” yeritməsi aktına cavabdır. Bu istiqamətdə ABŞ üçün yeni nizamda tənzimlənən İsrail-İran münasibətlərini formalaşdırmaq aktuallıq qazanacaq.

Bakıya qarşı müharibə gücləndi…

ABŞ ilə İsrail arasındakı strateji münasibətlər Azərbaycanın da diqqətlə izlədiyi prosesdir. Çünki İran İsrailin zərbələrindən sonra Azərbaycana qarşı informasiya müharibəsini gücləndirir, erməni mediasını manipulyasiya edir və Cənubi Qafqazı qızışdırmağa çalışır.

Proqnoz olaraq isə demək olar ki, ABŞ ilə İsrail Azərbaycanı özlərinin müttəfiqliyinə şərik edəcək hərəkətləri intensivləşdirəcək. Lakin Azərbaycan üçün ABŞ və İsraillə olduğu kimi, İranla da əməkdaşlıq önəmlidir. Azərbaycan öz ərazilərindən üçüncü tərəfə qarşı istifadəyə yol verməməklə bunu sübut etdi. ABŞ ilə İsrail müttəfiqliyinin xəritəsində Azərbaycanın strateji yeri indi daha çox Zəngəzur dəhlizinə nisbətdə mərkəzlənir. Bu, Rusiya ilə İranın mümkün sövdələşmələrinə qarşı əks-təsir yaradan platforma kimi diqqət çəkə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri