Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

“Rəqəmsal qızıl” valyuta bazarını gərginləşdirir

“Rəqəmsal qızıl” valyuta bazarını gərginləşdirir

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

“Bitcoin”in yaxın 20 ildə 13 milyon dollara yüksələcəyi ehtimal edilir

Dünyada ən bahalı kriptovalyuta (rəqəmsal pul) olan “Bitcoin”in dəyəri yenidən artaraq rekordu təzələyib. Ötən gün virtual pul bazarında  “Bitcoin”in qiyməti 103,844 dollara çatıb. Ümumiyyətlə, son bir ildə “Bitcoin”in qiyməti 3,5 dəfə bahalaşıb. “Bitcoin”in bahalaşması onun bazar dəyərini və əməliyyatlar üzrə dövriyyəsini də yüksəltməkdədir. Hazırda dövriyyədə olan bu virtual pulların ümumi dəyəri 2 trilyon dollara yaxındır.

“Bitcoin”in dəyəri dolların dəyərindəki dəyişiklikdən də asılı olur. Əgər dolların qlobal dəyəri azalarsa, “Bitcoin” bir qədər də bahalaşır. Bu baxımdan ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) yürütdüyü siyasət da bu kripovalyutanın dəyərinə təsir edir. FED sədri Pauelinin  “New York Times DealBook” sammitində çıxışı zamanı “Bitcoin”in spekulyativ bir aktiv olsa da qızıla bənzətməsi rəqəmsal pul bazarında silkələnmələri daha da gərginləşdirib. FED sədrinin çıxışı və yeni tənzimləyici dəyişikliklər “Bitcoin” üçün əlverişli bir mühit yaradıb, “rəqəmsal qızıl” kimi statusunu möhkəmləndirib və onu maliyyə dünyasında əhəmiyyətli bir aktivə çevirib.

Trampın qalibiyyəti kriptovalyuta bazarını canlandırıb

Eksperlər “Bitcoin”in qiymət artımının siyasi amillərlə bağlılığını istisna etmir. Prezident seçilmiş Donald Trampın kriptovalyuta tərəfdarı kimi tanınan bir şəxsi, Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) yeni sədri təyin etməsidir. Bu təyinat, rəqəmsal aktivlər üçün daha müsbət tənzimləmə siyasətlərinin həyata keçirilməsinə dair ümidləri artırıb və investor etimadını gücləndirib. Qeyd edək ki, ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qalib gəlməsindən cəmi bir gün sonra rəqəmsal valyuta bazarında ilk siqnallar özünü vermişdi. Seçkilərdən sonrakı günlərdə ABŞ-la yanaşı, qlobal iqtisadiyyatın müxtəlif sektorlarında, ələxüsus da birjalarda virtual volatilliklər baş verməkdədir. Amerikanın aparıcı fond birjalarında istiqraz və bondların, səhmlərin, digər qiymətli kağızların bazar indeksləri son bir ayda 5 faiz artım nümayiş etdirib. Maliyyə bazarında kriptovalyutaların qiymət sıçrayışları daha həyəcanverici olub, rəqəmsal valyutaların indeksləri 4-5 faiz artmaqla maliyyə seqmentlərində son ayların ən yüksək artımını qeydə aldırıb. Xüsusilə də, bitcoinlərin tranzaksiyaları sürətlə dövr edib, bu elektron pulun qiyməti birja tarixində ilk dəfə olaraq noyabrda 75 min dollara, dekabrda isə 103 min dollara yüksəlib.

Baş verən proseslər kriptovalyutaların ənənəvi maliyyə sistemində artan rolunu və qəbulunu göstərir. “Bitcoin”in “rəqəmsal qızıl” kimi tanınması, onun dəyər saxlama vasitəsi kimi potensialını artırır və investorların diqqətini cəlb edir. Analitiklər “Bitcoin”in illik artım faizinin artıq 135 faizə çatdığını və bu artımın davam edəcəyini proqnozlaşdırırlar. Bəzi ehtimallara görə, bu kriptovalyuta ilin sonuna qədər 125-130 dollar arasında satıla bilər. Uzunmüddətli perspektivdə isə 2045-ci ilə qədər 13 milyon dollara yüksələ bilər.

Gələcəkdə “Bitcoin”in maliyyə sistemindəki rolu və dəyəri, həm texnoloji inkişaf, həm də tənzimləyici mühitin dəyişməsi ilə formalaşacaq. Bu səbəbdən, investorlar və analitiklər, kriptovalyuta bazarını diqqətlə izləməyə davam edirlər.

Azərbaycanda kriptovalyutalar riskli hesab edilir

Azərbaycanda kriptovalyutalara monetar baxış konservativdir, blokçeyn texnologiyalarından istifadəyə müsbət yanaşılsa da, kriptovalyuta sektoru yüksək riskli investisiya aktivləri olduğundan onun maliyyə sektorunda tətbiqi təhlükəli sayılır. Bu sahədə hüquqi infrastrukturun olmaması belə sərt xarici şoklar yarada, daxili valyuta bazarında sabitlik pozula bilər. Eyni zamanda, hazırda ölkəmizdə kriptovalyutaların onlayn alışı və satışı halları mövcud olmasına baxmayaraq, bu risk alətlərinin tənzimlənməsi üçün qəti addımların atılması da aktualdır. Mərkəzi Bank bu sahədə tənzimlənmənin aparılması üçün müxtəlif ssenarilər işləyir və öz strategiyası çərçivəsində bu istiqamətdə tədbirlər görmək niyyətindədir.

Bundan başqa, kriptovalyutanın kəskin qiymət sıçrayışları valyuta seqmentində də narahatlıqlar yaradır. Avropa və Asiya ölkələrinin bəzilərində milli  valyutalar dəyər itirməkdə davam edir. Ona görə də, “Bitkon”lara inteqrasiya indiki halada  ölkəmizin monetar sektoru üçün də məqsədəuyğun deyil. 

Yeri gəlmişkən, bəzi ekspertlər düşünür ki, “Bitkon”ların bahalaşması manat üçün təhlükə yarada bilər. Bu arqument də inandırıcı deyil, “rəqəmsal qızıl”ın ölkəmizin valyuta bazarına müdaxiləsi qeyri-mümkündür. İlk növbədə, ona görə ki, Azərbaycan bu virtual valyutanı emissiya etməyib və hesablaşmalarda, bazar əməliyyatlarında kriptovalyutadan istifadə olunmur. Ölkəmiz xarici valyuta seqmentlərinə, ələxüsus da kriptobazarlara inteqrasiya olunmayıb, yerli səhmdarların və investorların, qiymətli kağızlar bazarının emitentlərinin virtual alətlərlə əməliyyatları həyata keçirilmir. Həmçinin, qlobal valyuta bazarındakı dəyişikliklərə uyğun olaraq Mərkəzi Bank məzənnə siyasətini müəyyənləşdirir. Ona görə, bitkoin və ya digər blokçeynlərin manatın məzənnəsi ilə əlaqəsi olmadığından Azərbaycan manatı üçün heç bir təhlükə yoxdur.

ELBRUS

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Dekabr 2024 09:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see522

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see350

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see277

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see268

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see264

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see261

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see251

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see241

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see224

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see221

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see219

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see217

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see213

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see212

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see203

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see203

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see202

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see199

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see194

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri