Icma.az
close
up
RU
Rəqəmsal texnologiyaların qadın hüquqlarına təsiri

Rəqəmsal texnologiyaların qadın hüquqlarına təsiri

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT-nin Qadınların Statusu üzrə Komissiyanın 70-ci sessiyası çərçivəsində Qambiya Respublikası və Türkiyə Respublikasının BMT yanında Daimi Nümayəndəliklərinin təşkilatçılığı ilə "Rəqəmsal texnologiyaların qadın hüquqlarına təsiri" mövzusunda yan tədbir keçirilib.

Müzakirələr zamanı gender bərabərliyinin təşviqi, qadınların cəmiyyətin bütün sahələrində iştirakının genişləndirilməsi və rəqəmsal texnologiyaların bu prosesə təsiri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qadın hüquqlarının qorunması və gender bərabərliyinin təşviqinin beynəlxalq gündəliyin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O, qadınların və qızların imkanlarını məhdudlaşdıran sosial və mədəni maneələrin aradan qaldırılmasının əhəmiyyətindən danışıb, erkən və yaxın qohumlar arasında evliliyin qızların təhsilə çıxışına maneə törətdiyini, onların sosial və iqtisadi potensialına mənfi təsir göstərdiyini bildirib.

Komitə sədri Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınması, gender bərabərliyinin təşviqi və qadınların ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bu sahədə yeni milli tədbirlər planının hazırlandığını və növbəti üç ili əhatə edən Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının qəbul edildiyini bildirib. Əlavə edib ki, erkən və yaxın qohumlar arasında evliliyin qarşısının alınması məqsədilə qanunvericilik təkmilləşdirilir, qızların təhsil imkanlarının genişləndirilməsinə yönəlmiş layihələr həyata keçirilir.

B. Muradova, Prezident İlham Əliyevin qərarı ilə yaradılmış Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının fəaliyyətinə toxunaraq qeyd edib ki, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi bu qurum innovasiya, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində strateji yanaşmanın formalaşdırılmasına, eləcə də rəqəmsal imkanlardan hamının, o cümlədən qadınların daha geniş faydalanmasının təmin olunmasına xidmət edir.

Dövlət Komitəsinin sədri çıxışında rəqəmsal transformasiyanın qadınların imkanlarının genişlənməsində mühüm rolundan da danışıb. Bununla yanaşı, onlayn zorakılıq, kiber təqib və şəxsi məlumatların sui-istifadəsi kimi yeni çağırışların mövcudluğuna diqqət çəkərək, rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunmasının və rəqəmsal savadlılığın artırılmasının vacibliyini vurğulayıb.

Zərifə HÜSEYNOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Mart 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see364

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see334

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see325

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see295

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see292

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see275

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see271

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see255

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see252

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see242

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see232

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see225

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see216

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see203

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see197

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see196

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see182

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri