Rəşad Nəbiyev onu təbrik etdi
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazananan Zelim Kotsoyevi (100 kq) təbrik edib.
Modern.az xəbər verir ki, ACF rəhbəri bu barədə feysbuk hesabında paylaşım edib.
“Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Zelim Kotsoyev bürünc medal qazanıb. Zelimi bu əlamətdar nailiyyəti münasibətilə təbrik edir, qarşıdakı yarış günlərində tatamiyə çıxacaq bütün cüdoçularımıza uğurlar arzulayıram”, - R.Nəbiyev yazıb.
Qeyd edək ki, mundialda Azərbaycanı 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Milli həmçinin qarışıq komanda yarışında da mübarizə aparır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 İyun 2025 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















