Rəsmi Bakı təyyarə qəzası ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edə bilər
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Gözlənildiyi kimi Rusiya yenə də beynəlxalq hüquq və normaları ayaqlar altına ataraq AZAL-a məxsus sərnişin təyyarəsinin vurulmasını etiraf etmədi. Əksinə təyyarənin əlverişsiz hava şəraiti səbəbindən qəzaya uğradığını iddia etdi. Baxmayaraq ki, Kreml rəhbəri Düşənbədə azərbaycanlı həmkarı ilə görüşdə təyyarəmizin vurulmasını dolayı yola etiraf etmiş, günahkarların cəzalandırılacağını demişdi.
Məsələ ilə bağlı fikirlərini Newscenter.az-a bölüşən siyasi şərhçi Pərviz Mirizadə deyib ki, indiki halda, Kreml böyüklük sindromuna tutulmuş yeniyetmələr kimi davranmaqla ilk növbədə öz imicinə zərbə vurur:
"Onsuzda Rusiya beynəlxalq arenada təcavüzkar və işğalçı dövlət kimi tanınır. Bu tip ədalətsiz qərarlar qəbul etməklə digər ölkələr üçün də Rusiya hava məkanının güvənsiz, ədalət sisteminin isə qeyri-obyektiv olduğu reallığını aşılayır".
Pərviz Mirizadə hesab edir ki, rəsmi Bakı mahiyyəti üzrə beynəlxalq məhkəmələrə müraciət edə bilər.
Süleyman
Bu mövzuda digər xəbərlər:Gürcüstandan təyyarə qəzası ilə bağlı RƏSMİ AÇIQLAMA
11 Noyabr 2025 17:03
Təyyarə qəzası ilə bağlı son məlumatlar açıqlandı Rəsmi
25 Dekabr 2024 19:41
Rəsmi Bağdad təyyarə qəzası ilə bağlı bəyanat yaydı
27 Dekabr 2024 21:25
Bakı sakinləri təyyarə qəzası ilə bağlı nə dedilər?
26 Dekabr 2024 17:30
Rəsmi Bakı Haaqa Məhkəməsinə İrəvanla bağlı müraciət
20 Noyabr 2024 10:06
Baxış sayı:61
Bu xəbər 08 Yanvar 2026 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















