Icma.az
close
up
RU
Rəsmi Bakının atdığı siyasi addımlar... Deputat

Rəsmi Bakının atdığı siyasi addımlar... Deputat

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallıqla regionun təhlükəsizlik arxitekturasını əsaslı şəkildə dəyişib. Uzun illər davam edən münaqişə və qeyri-müəyyənlik mərhələsindən sonra yaranmış sabitlik mühiti təkcə hərbi-siyasi deyil, həm də regional əməkdaşlıq baxımından yeni münasibətlər sisteminin yaranmasını şərtləndirib. Rəsmi Bakının atdığı siyasi addımlar postmünaqişə mərhələsində davamlı sülhün təmin olunmasına hesablanıb.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, ötən ilin avqustunda Vaşinqton razılaşmalarından sonra hazırda bölgədə dayanıqlı sülhün təmin olunması üçün ciddi zəmin yaranıb:

“Bu gün Azərbaycanla Ermənistan qarşılıqlı etimad mühiti formalaşdırırlar. Lakin Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən qüvvələr təxribatçı əməllər törədirlər”.

Millət vəkilinin sözlərinə görə, xüsusilə Avropa məkanında müəyyən dairələrin separatizmə dolayı və ya açıq dəstək xarakterli təşəbbüslərlə çıxış etməsi müşahidə olunur:

“Erməni lobbisinin təsiri altında olan bu qruplar, bəzən isə şəxslər müxtəlif ölkələrdə müəyyən qərəzli dinləmələr və hüquqi əsası olmayan çağırışlarla, əsassız sorğularla gündəmə gəlməyə çalışırlar. Lakin bu cəhdlər nə regiondakı real vəziyyəti dəyişir, nə də beynəlxalq hüququn prinsiplərinə təsir göstərir. Əksinə, bu fəaliyyətlər daha çox siyasi manipulyasiya və informasiya təzyiqi aləti kimi çıxış edir.

Təəssüfləndirici haldır ki, belə təşəbbüslər bəzən Azərbaycana dost və tərəfdaş kimi tanınan ölkələrdə də özünü göstərir. Halbuki həmin dövlətlər rəsmi səviyyədə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıyır, regionda sülh təşəbbüslərini dəstəkləyirlər.

Böyük Britaniya parlamentinin İcmalar Palatasında fevralın 25-də keçirilən dinləmələr də bu ölkənin hökumətinin rəsmi mövqeyinə ziddir.

Erməni separatizminə xidmət edən həmin dinləmələr hazırda regionda mövcud sülh prosesinə uyğun deyil. Britaniya parlamentariləri nəzərə almalıdır ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Qarabağ bölgəsi Azərbaycanın suveren ərazisidir və bu, Böyük Britaniya da daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə tanınır. Bu səbəbdən dinləmələrdə “Dağlıq Qarabağ” termini, burada erməni irsi barədə səslənən iddialar hüquqi və tarixi baxımdan qəbuledilməzdir. Bu, Azərbaycan dövlətinin ərazi bütövlüyünə və suverenliyinə qarşı yönəlmiş siyasi kampaniyadır”.

Deputat qeyd edib ki, Azərbaycanla Britaniya dost ölkələrdir, qarşılıqlı münasibətlər qaneedicidir. Belə olan halda bu ölkənin parlamentinin İcmalar Palatasında keçirilən dinləmələr ölkələrimiz arasında əlaqələrin ruhuna zidd olmaqla yanaşı regionumuzda sülh prosesinə zərbə vurmağa yönəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Fevral 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri