Icma.az
close
up
RU
Rəsmi statistikadakı yanlışlar medianı çətin, insanları isə çaşqın vəziyyətə salır

Rəsmi statistikadakı yanlışlar medianı çətin, insanları isə çaşqın vəziyyətə salır

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Son günlər Dövlət Statistika Komitəsinin Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən açıqladığı bəzi statistik göstəricilər mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, açıqlanan rəsmi statistikada ciddi səhvlər olur və bu məlumatlara istinadən xəbər hazırlayan mətbuat orqanları da onlardan asılı olmayan səbəblərdən oxuculara yanlış məlumatlar verməli olurlar.
Məsələn, bəzi xəbər saytlarında Dövlət Statistika Komitəsinin Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən açıqladığı statistikaya əsasən ötən ilin ilk 10 ayında Azərbaycana Çindən 8 000 ədəd “Ağac məmulatlarından tabutlar” idxal edildiyi barədə xəbər yayımlanıb.
Bu xəbər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Mövzu ilə bağlı 3 yanvar 2026-cı il tarixində Yeniavaz.com saytında “Çindən gətirilən əslində nədir? – 27 qəpiyə tabut olmaz” başlıqlı yazı yayımlanıb.
Həmin yazıda qeyd edilib ki, “Ağac məmulatlarından tabutlar” adlı məhsulun gömrük kodu “442120” olaraq göstərilib. Bu kod bir çox ölkələrdə ağacdan hazırlanan kiçik ölçülü qablara şamil olunur. Məsələn, ağacdan hazırlanan siqaret qablarını bəzi ölkələr bu kodla təsnif edirlər. Daha əvvəl açıqlanan statistik göstəricilərdə Azərbaycana bu adda – “Ağac məmulatlarından tabutlar”ın idxalı ilə bağlı məlumat olmayıb.
Açıqlanan məlumatda diqqət çəkən məqamlardan biri də idxal olunan “Ağac məmulatlarından tabutlar”ın gömrük dəyəri ilə bağlıdır. Belə ki, rəsmi statistikada göstərilir ki, bu məhsulun bir ədədinin orta gömrük dəyəri, yəni ölkəyə daxil olma qiyməti 26,6 qəpik olub. Məlum məsələdir ki, dəfn üçün istifadə olunan tabutların qiyməti bu səviyyədə ola bilməz.
3 yanvar tarixində yazdığımız yazıda qeyd etmişdik ki, Dövlət Statistika Komitəsinin Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən paylaşdığı bu göstəricilərdə hansısa yanlışlığın olduğu görünür.
Bu xəbərdən 4 gün sonra – 7 yanvar tarixində Dövlət Gömrük Komitəsindən mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, gömrük bəyannaməsində malın təsviri və kodunda yol verilən texniki xəta səbəbindən paltar sancağı kimi yox, tabut kimi qeydə alınma baş verib: “Çin Xalq Respublikasından idxal edilən “taxta paltar sancaqları” malı rəsmiləşdirilən zaman gömrük bəyannaməsində malın təsviri və XİF MN kodunun ilk 4 rəqəmi düzgün qeyd olunub, növbəti 5-ci və 6-cı rəqəm səviyyəsində isə texniki xətaya yol verilib”.
Gömrük Komitəsindən bildirilib ki, gömrük bəyannaməsində müvafiq düzəliş edilməklə texniki xəta aradan qaldırılıb.
Bənzər vəziyyət 5 yanvar 2026-cı il tarixində Yeniavaz.com saytında yayımlanan “Azərbaycan Ərəb Əmirliklərindən donuz ətindən hazırlanan ərzaq unu idxal edib” başlıqlı xəbərdə də müşahidə olunub. Bu məlumat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Dövlət Statistika Komitəsinə müraciət etdikdən sonra məlum olub ki, bu məhsulun adı da yanlış göstərilib. Üstəlik, “tabut” idxalından fərqli olaraq “donuz ətindən hazırlanan ərzaq unu” uzun illərdir Dövlət Statistika Komitəsinin rəsmi açıqlamalarında yer alır. Yalnız Yeniavaz.com-un müraciətindən sonra Statistika Komitəsi uzun illərdir məhsulun adında qeyd olunan səhvlərin düzəldiləcəyini bildirib.
Lakin diqqət çəkən başqa bir məqam idxal olunan məhsulun dəyəri ilə bağlıdır. Belə ki, Statistika Komitəsi idxal olunan məhsulun “donuz ətindən hazırlanan ərzaq unu” olmadığını bildirir və qeyd edir ki, bu məhsul “duzlanmış, qurudulmuş və ya hisə verilmiş donuz ətinin budları, kürəkləri və onların parçaları”dır.
Maraqlıdır ki, idxal olunan bu məhsulun bir kiloqramının orta gömrük dəyəri 36,4 manat göstərilib. Halbuki, Azərbaycanın idxal etdiyi təzə və ya soyudulmuş mal ətinin bir kiloqramının orta gömrük dəyəri 20 manat göstərilib.
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 08 Yanvar 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri