“RMİD in İdarə Heyətinin sədri Xəyalə Mütəllimova beynəlxalq reklam festivalında Azərbaycanı təmsil edib
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinə istinadən xəbər verir ki, festivalın məqsədi - beynəlxalq reklam təcrübəsini yerli bazarla birləşdirmək, yaradıcılıq sərhədlərini genişləndirmək və reklam dünyasının liderləri ilə əlaqə qurmaq.

Tədbir zamanı TÜREK Assosiasiyalarının ilk canlı “Dəyirmi masa” görüşü və Özbəkistanın TÜREK-ə üzv olması ilə bağlı rəsmi imza mərasimi keçirildi. Xəyalə Mütəllimova (TÜREK İdarə Heyətinin sədr müavini), Altuğ Öztürk (TÜREK Üzvlərlə Əlaqələr üzrə İdarə Heyətinin üzvü) və Dier Mirzəəhmədov (Marketinq Özbəkistan Assosiasiyasının sədri) tərəfindən imzalar atıldı.

Bu mühüm addım Türk dövlətləri arasında reklam, marketinq və media sahəsində əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəkdir. Festivalda RMİD-in üzvü Zülfiyyə Nuriyeva və İdarə heyəti üzvü Rüstəm Əliyev də iştirak etmişdirlər.
Festivaldan sonra “Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək” İctimai Birliyinin İdarə Heyətinin sədri Xəyalə Mütəllimova Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevlə və bir sıra təşkilatların sədrləri, iş adamları ilə görüşlər keçirmişdir.


