Ronaldodan Messiyə hörmət dolu mesaj
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünya futbolunun iki böyük əfsanəsi arasındakı tarixi rəqabət yerini dərin hörmət və ehtirama verib.
“Yeni Sabah” xəbər verir ki, Portuqaliya milli komandasının hücumçusu və kapitanı Kriştianu Ronaldo Argentina millisindəki unudulmaz karyerasını başa vuran Lionel Messinin sosial şəbəkədəki vida paylaşımına təsirli rəy yazaraq sabiq rəqibinə öz dəstəyini nümayiş etdirib.
Portuqaliyalı ulduz illərdir davam edən rəqabətə baxmayaraq, Messinin milli komandadakı tarixi irsini yüksək qiymətləndirib və ona bu sözlərlə müraciət edib: pizza mizza
"Leo, uzun illərdir ölkən üçün mübarizə aparırsan və əbədi yaşayacaq bir tarix yazmısan. Argentina ilə qazandığın bütün uğurlara görə sənə böyük hörmətim var. Səni qucaqlayıram".
Futbol dünyasının ən böyük iki siması arasında baş tutan bu səmimi və alicənab dialoq azarkeşlər və media tərəfindən idman tarixinin ən diqqətçəkən addımlarından biri kimi qiymətləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 08 Oktyabr 2026 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















