Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Kənddə yaşayanların diqqətə Bu 10 qaydanı bilməlisiniz

Ruhi böhranlar məngənəsində çırpınan mütəfəkkir Nitsşe niyə vətəndaşlıqdan imtina etmişdi?

Ruhi böhranlar məngənəsində çırpınan mütəfəkkir Nitsşe niyə vətəndaşlıqdan imtina etmişdi?

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Bu gün alman filosof Fridrix Nitsşenin anım günüdür.
Kulis.az bu münasibətlə görkəmli mütəfəkkir haqqında materialı təqdim edir.

Fridrix Nitsşe 15 oktyabr 1844-cü ildə atasının keşişi kimi xidmət etdiyi Almaniyanın Röcken kəndində doğulub. Dörd yaşında olarkən atasını itirib.

Naumburqdakı yerli məktəblərdə oxuduqdan sonra 1858-ci ildə Almaniyanın ən yaxşı internat məktəblərindən biri olan Pfortayada təqaüd qazanıb. Burada yaxşı təhsil alıb.

Həmin illərdə xristianlığı inkar edib.

Nitsşe Bonn Universitetinə daxil olub. O, Fridrix Ritsşl ilə birlikdə filologiya sahəsində ixtisaslaşmağa başlayıb və Ritsşl Almaniyanın Leypsiq şəhərinə köçəndə, onunla birlikdə gedib.

Nitsşe İsveçrədəki Basel Universitetindən klassik filologiya professorluğu təklifi alıb.
O zaman cəmi 24 yaşı vardı və nə doktorluq dissertasiyasını tamamlamış, nə də müəllimlik sertifikatı almışdı. Ritsşlın təkidi ilə Leypsiq Universiteti Nitsşeyə nəşr olunmuş məqalələrinə əsaslanaraq, doktor elmi dərəcəsi verib.

Həmin dövrdə o, Riçard Vagner və onun həyat yoldaşı Kozima ilə yaxın dostluq münasibətləri quraraq, tez-tez onların villasında qonaq olurdu.


Nitsşe Prussiya dövlət aparatının təhsil və elm üzərindəki ciddi nəzarətindən narazı idi. O, düşünürdü ki, dövlət ideologiyası azad düşüncəni məhdudlaşdırır.

Buna görə də, dövlətlə rəsmi bağlarını qıraraq fikir və yaradıcılıq azadlığını qorumaq istəyirdi. Bu səbəbdən Nitsşe Baselə köçməzdən əvvəl Prussiya vətəndaşlığından imtina edib və həyatının qalan hissəsini rəsmi olaraq vətəndaşlığı olmadan yaşayıb.

Prussiya vətəndaşlığından imtina etməsinə baxmayaraq, onun milli duyğuları ölməmişdi.

1870-ci ilin iyulunda Fransa-Prussiya müharibəsi başlayanda səhra sanitarı (tibb əsgəri) kimi xidmət edib. Müharibə zamanı difteriya və dizenteriya xəstəliklərinə yoluxub.

1870-ci ilin oktyabrında Baselə qayıdıb və müəllimlik fəaliyyətinə davam edib. Sıx dərs proqramı və artıq iş yükü səbəbindən 1871-ci ilin əvvəllərində xəstələnib.
Daha sonra fəlsəfə fakültəsinə keçmək istəsə də, bu istəyi rədd edilib.
Nitsşe ağır dərs proqramına və xəstəliklərinə baxmayaraq yazmağa davam edib.

1871-ci ilin aprelində "Musiqinin ruhundan faciənin doğuşu" əsərinin əlyazmasını nəşriyyata təqdim edib. Bu, onun ilk böyük əsəri idi.


1879-cu ildə sağlamlığındakı ciddi gerilməyə görə Basel Universitetindəki vəzifəsindən istefa verməyə məcbur olub.

Uşaqlıqdan bəri davam edən uzağı görməmə, miqren ağrıları və şiddətli həzm pozulması xəstəlikləri onu daim narahat edib.

İşindən ayrılandan sonra Nitsşe tək yaşamağa başlayıb.
Bu dövrdə Basel Universitetindən təqaüd alırdı. Dostlarının köməyi ilə İtaliya və İsveçrədə səyahət edib və bir sıra kitablar nəşr etdirib.

1883-cü ildə Leypsiq Universitetində professorluq almağa çalışsa da, xristianlıqla bağlı yazdıqlarına görə bu təklifi rədd ediblər. O dövrdə artıq işsiz idi və çox az dostu qalmışdı.

1882-ci ilin may ayında Nitsşe Lu Andreas Salome ilə tanış olub. Salome Nitsşeni dərin şəkildə təsirləndirib.

Filosof onu istedadlı tələbədən çox, həyat yoldaşı kimi görürdü. Salomenin onun evlilik təklifini rədd etdiyi deyilir.

Bu hadisədən sonra Nitsşenin anası və bacısı ilə münasibətləri pisləşib və o, Rapalloya qaçıb. Burada “ Zərdüşt belə buyurdu” əsərinin ilk hissəsini cəmi on gün ərzində yazıb.

Nitsşe 3 yanvar 1889-cu ildə ruhi böhran keçirib. Rəvayətə görə, o, bir atın döyüldüyünü görüb, ata tərəf qaçaraq onu qorumağa çalışıb və bu zaman yerə yıxılıb.

1890-cı ilin martında anası onu Yenadakı bir klinikaya yerləşdirib, daha sonra isə may ayında Naumburqa qaytarıb və evdə baxıb.

Nitsşe əvvəlcə yerimə və danışma qabiliyyətini itirib. 1900-cü ilin avqust ayında sətəlcəm olub.

24–25 avqust tarixlərində iflic keçirib və dünyasını dəyişib. Atasının məzarının yanında, Röcken bei Lützendəki kilsədə dəfn olunub.

Ölümündən sonra onun yarımçıq qalmış qeydləri bacısı tərəfindən redaktə olunub.

Bacısı Elizabet Förster Nitsşe bu yazıları ərinin ideologiyasına uyğunlaşdıraraq, Nitsşenin antisemitizmə və millətçiliyə açıq şəkildə qarşı çıxan fikirlərini dəyişdirib.
Bu səbəbdən Nitsşenin adı sonradan alman militarizmi və nasizmlə əlaqələndirilməyə başlanıb.

Romanı vasitəsilə evlənən, müəllimlik hüququndan məhrum edilən türk yazıçı Üzeyir təntənəsi və ermənilərin yalançı artistliyi - Cavid Zeynallı Puqaçova 5 il müddətinə həbs oluna bilər
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see219

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see217

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see214

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see178

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see171

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see157

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see155

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see150

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see146

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see145

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see143

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see142

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see140

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see135

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see133

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see130

Kənddə yaşayanların diqqətə Bu 10 qaydanı bilməlisiniz

13 Yanvar 2026 03:24see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri