Icma.az
close
up
RU
“Rusiya Azərbaycan internetinə müdaxilə edə bilər Milli informasiya təhlükəsizliyi üzrə fövqəladə vəziyyət elan olunmalıdır”

“Rusiya Azərbaycan internetinə müdaxilə edə bilər Milli informasiya təhlükəsizliyi üzrə fövqəladə vəziyyət elan olunmalıdır”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Rusiya ilə yaranmış gərgin siyasi fonun rəqəmsal müstəviyə keçə biləcəyinə dair ciddi xəbərdarlıqla çıxış edib. O, son günlərdə artan təhdidlər fonunda Azərbaycanın informasiya məkanının və internet dayanıqlığının təhlükə altında olduğunu bildirib.

Osman Gündüz qeyd edib ki, Rusiya və İran tərəfindən Azərbaycana qarşı rəqəmsal təzyiqlərin güclənəcəyi ehtimalı yüksəkdir: “Rusiya Azərbaycan internetinə müdaxilə edə bilər, fiziki olaraq magistral optik xətlər sıradan çıxarıla, trafikin süni şəkildə məhdudlaşdırılması üçün filtrasiya və bloklanma tədbirləri tətbiq oluna bilər. Bu risklər artıq realdır”.

Ekspertin sözlərinə görə, Azərbaycan internetinin dayanıqlığı üçün ən böyük təhlükə trafik asılılığı ilə bağlıdır: “Hazırda ölkəyə daxil olan internet trafikinin yarıdan çoxu Rusiya üzərindən keçir. Bu, ciddi təhlükədir. Azərbaycan interneti əsasən Türkiyə-Gürcüstan, Avropa-Gürcüstan, Rusiya və İran magistralları üzərində qurulub və bu strukturlar strateji baxımdan zəiflik yaradır”.

Osman Gündüz hesab edir ki, mövcud vəziyyət Azərbaycanı təcili addımlar atmağa vadar etməlidir: “İnternet marşrutlarının diversifikasiyası sürətləndirilməlidir. Xüsusilə Türkiyə və Gürcüstan üzərindən trafik daha da artırılmalıdır. Bu istiqamətdə Qara dənizin dibi ilə keçən fiber-optik xətlərin Azərbaycana çıxışını təmin edən ‘Caucasus Online’ layihəsinə Gürcüstan hökumətinin qoyduğu bloklanmanın aradan qaldırılması üçün Azərbaycan hökuməti diplomatik səylərini gücləndirməlidir”.

O vurğulayıb ki, “az” domeni ilə bağlı problem hələ də həllini tapmayıb: “İKTA bu məsələdə ləngiyir. DNS xidmətləri ölkə daxilində yerləşdirilməli, “az” domeni ilə bağlı infrastruktur Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kritik elan edilməlidir. Təəssüf ki, bu istiqamətdə real addım müşahidə olunmur”.

Osman Gündüz bildirib ki, indiki şəraitdə kritik dövlət və özəl sektor qurumları, eləcə də vacib media saytları üçün ehtiyat internet bağlantıları yaradılmalıdır: “Bu qurumların bağlantıları üç əsas provayder – AzerTelecom, Delta Telecom və Aztelekom üzərindən paralel şəkildə təmin edilməlidir”.

Ekspert əlavə edib ki, bu şirkətlər milli informasiya təhlükəsizliyi məsələsində daha çevik və koordinasiyalı davranmalıdırlar: “Magistral operatorlarımız informasiya təhlükəsizliyi baxımından daha ehtiyatlı və əlaqələndirilmiş fəaliyyət göstərməlidirlər. Trafik marşrutlarının şaxələndirilməsi, daxili ehtiyat infrastrukturun yaradılması və xarici təsirlərə qarşı monitorinq sistemlərinin gücləndirilməsi hazırkı mərhələdə ən vacib və təxirəsalınmaz addımlardır”.

Osman Gündüz sonda ciddi xəbərdarlıqla çıxış edərək bildirib: “Dünyada və regionda baş verən proseslər, xüsusən də Rusiya ilə gərginliyin dərinləşməsi göstərir ki, Azərbaycanda milli informasiya təhlükəsizliyi üzrə fövqəladə vəziyyət elan olunması daha məqsədəuyğundur”.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 01 İyul 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see235

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see140

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri