Icma.az
close
up
RU
Rusiya çökür, iqtisadiyyatı güclənən Ukrayna isə silah ixracına başlayır Bu FAKT nədən xəbər verir?

Rusiya çökür, iqtisadiyyatı güclənən Ukrayna isə silah ixracına başlayır Bu FAKT nədən xəbər verir?

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


4 ilə yaxın gedən Rusiya-Ukrayna müharibəsində indiki güc balansı məsələsi bir çox insanlarda suallar doğurur. Başqa sözlərlə "kim hansı durumdadır" və "kim daha güclüdür" sualı ən aktualdır. Burada ən vacib məsələ tendensiyalardır və onları görmək üçün iki əsas sahədən son xəbərləri qeyd etməliyik: iqtisadi və hərbi.

Bakupost.az xəbər verir ki, bunu politoloq Kamran Cəfərov qeyd edib.

O, 24 sentyabrda Rusiya Maliyyə Nazirliyinin ƏDV-nin 20%-dən 22%-ə qədər qaldıracağını elan etdiyinə diqqət çəkib:

"Bu qərar bütün sahələri əhatə edəcək və nəticə etibarı ilə mağazadaki bütün mallardan tutmuş, bütün xidmətlərə qədər bahalaşacaq. Əgər bu günə qədər Rusiya müharibə nəticəsində büdcədə yaranan defisiti Milli Rifah Fondundan(bu fonda uzun illər ərzində neft-qaz satışından əlavə qalan pullar yığılırdı) bağlaya bilirdisə, indi artıq bunu edə bilmir və ƏDV-ni qaldırmaq məcburiyyətindədir. ƏDV-nin 2%-ə qaldırılması Rusiya büdcəsinə əlavə, təxminən 12.5 milyard dollar gətirəcək. Rusiya iqtisadiyyatının durumu o yerdədir ki, cəmi 12.5 milyard dollara görə ƏDV-ni qaldırmağa məcburdurlar".

Politoloq Ukrayna iqtisadiyyatındakı vəziyyətə də toxunub:

"Uzun rəqəmlərə və statistikaya ehtiyac yoxdur, bircə fakt gətirəcəm. Sentyabr ayında avqust ayı ilə nisbətdə qızıl-valyuta rezervləri 7% artdı. 2022 illə nisbətdə isə 50%-dən çox artdı. Necədir sizə? O boyda işğala, təcavüzə məruz qalan ölkənin iqtisadiyyatı nəinki çökmədi, hətta aydan-aya rezervləri artır - təbii ki, Qərb müttəfiqlərin sayəsində".

Ukraynanın hərb sahəsinə münasibət bildirən politoloq olduqca önəmli bir məqama diqqət çəkib:

"Yəqin heç kimin yadından çıxmadı: Zelenski necə gecə-gündüz Qərb ölkələrindən silahlar istəyirdi. Rusiya propaqandası Zelenskini "dilənçi" adlandırırdı. Təbii ki, müharibə gedişində Qərbin Ukraynaya silah yardımlarından əlavə silah istehsalı zavodları tikilirdi, texnologiyalar verilirdi, ən aparıcı mütəxəssilər gətirilirdi və s. Bunu bilirik, bu barədə çox yazmışıq.

Nəticə etibarı ilə...

İndi isə maraqlı xəbərə gələk. 29 sentyabrda Ukraynada silah İXRACI strategiyası təqdim olunacaq. Yəni, Ukrayna artıq dünyaya, özünə lazım olmayan silahların satışına başlayır. Bilirsiniz əsasən hansı silahlardan söhbət gedir? Sualtı dronlardan və tank əleyhinə silahlardan. Niyə tank əleyhinə silahlar USQ tərəfindən az istifadə olunur? Rusiyada qalan tankların sayına baxanda bu sual ritorik kimi səslənir.

İndi təsəvvür edin ki, 4 ilə yaxın o boyda təcavüzə məruz qalan ölkə artıq silah ixracına başlayır. Bu fakt nədən xəbər verir?

Tendensiyalara fikir verin".

Asena,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Sentyabr 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri