Icma.az
close
up
RU
Rusiya ilə razılaşmaya getmək itirilmiş ərazilərdən birdəfəlik imtina deməkdir Deputat

Rusiya ilə razılaşmaya getmək itirilmiş ərazilərdən birdəfəlik imtina deməkdir Deputat

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsi tərəfindən mübahisəli hesab edilən müddəalar ABŞ-nin hazırladığı sülh planından çıxarılıb. Onun sözlərinə görə, sənəd 28 bənddən 20 bəndə endirilib və Ukraynaya qarşı olan maddələr çıxarılıb. Zelenski qeyd edib ki, ərazi məsələləri üzrə hələ kompromis əldə olunmayıb. O həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın döyüşlərin bitməsi ilə bağlı baxışı Ukraynanın mövqeyindən fərqlənir və Ukrayna Konstitusiyasına əsasən heç bir ərazidən imtina edə bilməz.

ABŞ-nin hazırladığı sülh planından Ukraynaya qarşı hesab edilən müddəaların çıxarılması hansı dəyişikliklərə gətirib çıxa bilər? Xüsusilə ərazi məsələləri üzrə kompromisin hələ əldə olunmaması sülh prosesinin gələcək perspektivinə necə təsir göstərə bilər?

Redaktor.az-ın sualına cavab olaraq deputat Tural Gəncəliyev bildirdi ki, Ukrayna-Rusiya müharibəsi ətrafında çox intensiv və qızğın diplomatik müzakirələr, danışıqlar davam edir:

"Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, ABŞ və Rusiya birbaşa danışıqları davam etdirir, Avropa İttifaqı və Ukraynanın isə prosesdən kənarda qalması onları birgə hərəkət etməyə məcbur edib. İlk layihə olaraq ABŞ və Rusiya arasında razılaşdırılmış 28 bəndlik sülh planı mövcud idi. Lakin Avropa İttifaqının müdaxiləsi və Ukraynanın kompromisə getməməsi nəticəsində bu plan 20 bəndə endirildi. Bununla belə, Avropa siyasətçilərinin, xüsusilə Böyük Britaniya, Fransa, Almaniya və Ukrayna rəhbərlərinin son bəyanatları göstərir ki, onlar Rusiyanın irəli sürdüyü tələblərlə razı deyillər. Rusiyanın tələblərinə hazırda nəzarəti altında olan ərazilərin Ukraynaya qaytarılmaması, əksinə Donbass və Luqansk bölgələrinin tam şəkildə Rusiyanın nəzarətinə verilməsi, Krımın tanınması, Ukrayna Silahlı Qüvvələrinin sayının məhdudlaşdırılması və ölkənin gələcəkdə NATO və digər hərbi bloklara daxil olmasının qarşısının alınması daxildir. Bu danışıqlar həm də tərəflər arasında ciddi fikir müxtəlifliyinin mövcud olduğunu göstərir. Avropa İttifaqı ilə ABŞ, eləcə də NATO daxilində bu məsələ ciddi ixtilaflara səbəb olub. Buna görə də mən danışıqların nəticəsi ilə bağlı müsbət irəliləyiş gözləmirəm və prosesə skeptik yanaşıram. Ukrayna beynəlxalq hüquqla tanınmış ərazilərindən imtina edə bilməz. Əks halda, 2014-cü ildə işğal olunan Krımın və digər itirilmiş ərazilərin bərpası mümkünsüzləşəcək. Əgər Ukrayna bu razılaşmaya getsə, faktiki olaraq Rusiyanın həmin əraziləri tutmasını tanımış olacaq. Sonradan atəşkəs imzalansa belə, gələcəkdə təmas xəttinin pozulması və Ukraynanın öz ərazilərini bərpa etməyə cəhd etməsi Ukraynanın təqsiri kimi qiymətləndirilə bilər".

Millət vəkili qeyd etdi ki, Ukrayna indi seçim qarşısındadır:

"Rusiya ilə razılaşmaya getmək itirilmiş ərazilərdən birdəfəlik imtina deməkdir. Digər tərəfdən, Ukraynanın resursları və müqavimət gücü də məhduddur. Çünki həm Avropa İttifaqı, həm də ABŞ Ukraynaya tam deyil, limitli dəstək göstərir. Bu isə vəziyyəti daha da ağırlaşdırıb. Hesab edirəm ki, Ukraynanın geosiyasi vəziyyəti olduqca çətindir. 28 bənddən 20 bəndə endirilmiş sülh planı ilə bağlı Rusiyanın maksimalist tələbləri daha da arta bilər. ABŞ ilə müəyyən razılığı olan Rusiya Avropa İttifaqının tələblərini qəbul etməyəcək və xüsusilə Böyük Britaniya, Fransa, Almaniyanın sərt mövqeyi fonunda Ukraynaya qarşı daha aqressiv davranacaq. Rusiyanın əsas geosiyasi marağı ondan ibarətdir ki, ABŞ prosesdən kənarda qalsın və Vaşinqton Ukrayna məsələsində Avropa İttifaqı ilə tam müttəfiq mövqedə dayanmasın. Belə vəziyyətdə Rusiyanın əl-qolu daha da açılır. Prezident Putin dəfələrlə bəyan edib ki, Avropa ilə hərbi qarşıdurma olsa, Rusiya buna hazırdır və müharibəni çox qısa vaxtda bitirə bilər. Bu, bir növ kütləvi qırğın silahlarından istifadə ehtimalı ilə bağlı verilmiş təhdid kimi də başa düşülə bilər".

O bildirdi ki, sülh danışıqlarına da, sülh planına da skeptik yanaşır və bu proses əslində Ukrayna üzərindən ABŞ və Avropa İttifaqı arasında olan ixtilafı daha da dərinləşdirir:

"Təəssüf ki, yaxın perspektivdə Ukraynanın nə öz ərazilərini bərpa edə biləcəyi, nə də vəziyyəti yaxşılaşdıracağı istiqamətində real bir perspektiv görünmür. Müşahidələrim və analizlərim bunu deməyə əsas verir".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Dekabr 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see278

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see201

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see169

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri