Icma.az
close
up
RU
Menu

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Rusiya miqrasiya siyasətini siyasiləşdirir

Rusiya miqrasiya siyasətini siyasiləşdirir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Rəqəmsal nəzarət, sərt qaydalar

Rusiya Federasiyası miqrasiya sahəsində ciddi dəyişikliklərə start verib. Bugünlərdə Prezident Vladimir Putinin imzaladığı sərəncama əsasən, 2026-cı ilin iyun ayına qədər miqrantlara dair mərkəzləşdirilmiş rəqəmsal məlumat bazası – “Xarici vətəndaşın rəqəmsal profili” adlı dövlət informasiya sistemi istifadəyə veriləcək. Bu yeni mexanizm vasitəsilə Rusiyada yaşayan əcnəbilərin şəxsiyyəti, hüquqi statusu, yaşayış yeri, əmək fəaliyyəti və digər vacib məlumatlar bir sistemdə toplanacaq. Yeni yanaşma həm hüquqi nəzarəti gücləndirmək, həm də miqrasiya axınını operativ şəkildə tənzimləmək məqsədi daşıyır.

Paralel olaraq, Rusiya Dövlət Duması miqrantlardan alınan dövlət rüsumlarının artırılmasını və yeni rüsumların tətbiqini nəzərdə tutan qanun layihələrini müzakirəyə çıxarır. Layihələrə əsasən, əcnəbilərin ölkədə rəsmi əmək fəaliyyəti ilə məşğul olması üçün tələb olunan patentlərin verilməsi və yenilənməsi üçün 4200 rubl, sənədlərdə dəyişiklik və dublikatların verilməsi üçün isə 2100 rubl həcmində rüsumun tətbiqi nəzərdə tutulur. Həmçinin qeydiyyat, yaşayış yerinin dəyişdirilməsi, müvəqqəti qalma müddətinin uzadılması və nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı xidmətlər üzrə də əlavə ödənişlərin artırılması təklif olunur.

Bu dəyişikliklərin miqrantlar üçün əlavə maliyyə yükü yaradacağı şübhəsizdir. Xüsusilə də Rusiyada işləyən əmək miqrantları, o cümlədən Azərbaycan vətəndaşları üçün sənədləşmə xərcləri artacaq. Yeni rüsumlar qeyri-leqal əmək fəaliyyətini stimullaşdıra və sosial-iqtisadi gərginliyə səbəb ola bilər. Hazırda qanun layihəsi müzakirə mərhələsindədir, yaxın aylarda qəbul olunacağı təqdirdə qüvvəyə minə bilər.

Rusiya hökuməti tibbi tələbləri də sərtləşdirir. Yeni tənzimləməyə əsasən, miqrantlardan ölkəyə daxil olarkən yalnız tibbi sığorta deyil, eyni zamanda HİV, vərəm, sifilis, hepatit B və C, eləcə də narkotik maddələrə testlərin nəticələri tələb olunacaq. Bu, ölkənin səhiyyə sisteminə düşən yükü azaltmaq məqsədi daşıyır. Hazırda miqrantlardan Rusiyaya giriş üçün yalnız tibbi sığorta tələb olunur.

Onu da qeyd edək ki, iyulun 1-dən qüvvəyə minmiş yeni qaydalara əsasən, mobil rabitə operatorları şəxsiyyət vəsiqəsi, IMEI kodu və biometrik məlumatlarını təqdim etməyən əcnəbilərə xidmət göstərmir. Əlavə olaraq, daha əvvəl bağlanmış mobil rabitə müqavilələri yeni tələblərə uyğun olaraq yenidən nəzərdən keçirilir. Beləliklə, mobil rabitə infrastrukturu da miqrasiya siyasətinin vacib alətinə çevrilir. Bu addımlar miqrantların nəzarətdə saxlanılması, izlənməsinə imkan verir.

***

Xatırladaq ki, bundan əvvəl də miqrantlara qarşı sərt qadağalar qoyulmuşdu. Rusiya polisi artıq məhkəmə qərarı olmadan əcnəbilərin deportasiyasına qərar verir. Bu, 2024-cü il avqustun 8-dən qüvvəyə minən 248-FZ saylı Federal Qanunla mümkündür. Yeni qaydalar qeyri-qanuni yaşayan miqrantların fəaliyyətini ciddi şəkildə məhdudlaşdırır. Onlara rəsmi nikah bağlamaq, əmlak və nəqliyyat vasitəsi almaq, biznes qurmaq, avtomobil idarə etmək, bank hesabı açmaq və pul köçürmək qadağan olunur. Hətta ölkədən çıxarılma prosesi başladıqda həmin şəxslərin müəyyən olunmuş ərazini tərk etməsi belə mümkün deyil.

Əmək fəaliyyəti ilə bağlı da ciddi məhdudiyyətlər var. Miqrant yalnız patentdə və ya iş icazəsində göstərilən ərazidə və konkret sahədə işləyə bilər. Əks halda, inzibati məsuliyyət, cərimə və deportasiya ilə üzləşəcək. İşəgötürənlər isə qanunsuz miqrant işlədiklərinə görə 1 milyon rubla qədər cərimələnə və 90 günədək fəaliyyətləri dayandırıla bilər. Əmək haqqının yalnız rubl ilə ödənməsi də yeni qaydalardandır. Əcnəbilərlə əmək müqaviləsi bağlayan işəgötürənlər bu barədə məlumatı üç iş günü ərzində Daxili İşlər Nazirliyinə təqdim etməlidirlər.

Qeyri-qanuni miqrantlara xidmət göstərən şəxslərə də sanksiyalar tətbiq olunacaq. Məsələn, fiziki şəxslər üçün 5 min, vəzifəli şəxslər üçün 50 min, hüquqi şəxslər üçün 500 min rubla qədər cərimə nəzərdə tutulur.

Yada salaq ki, yaşayış icazəsi ilə bağlı da qaydalar sərtləşdirilib. Müvəqqəti yaşamaq üçün əcnəbi Rusiya vətəndaşı ilə ən azı 3 il birgə nikahda olmalı və bu fakt məhkəmə tərəfindən təsdiqlənməlidir. Əgər nikah pozularsa və ya etibarsız sayılarsa, yaşayış icazəsi ləğv edilir. Əgər əcnəbinin Rusiya vətəndaşı olan azyaşlı övladı varsa, bu halda müəyyən şərtlərlə icazə mümkündür. Lakin valideynlik hüququnun itirilməsi və ya atalıq faktının ləğvi bu icazəni də etibarsız edir.

Hazırda Rusiyada 6 milyondan çox miqrant yaşayır və onların böyük əksəriyyəti tikinti, məişət, çatdırılma, kommunal xidmətlər, logistik kimi sektorlarda çalışır. Yeni qanunvericilik bu sahələrdə ciddi təsirlər yaradır. Miqrantların sayının azalması işçi çatışmazlığına, xidmətlərin keyfiyyətinə və qiymətinə təsir göstərir. Xüsusilə çatdırılma xidmətləri, anbarlar və supermarketlər miqrant əməyindən asılı vəziyyətdədir. Bu sahələrdə yerli işçi qüvvəsinin azlığı və yüksək maaş tələbləri səbəbilə əlavə xərclər yaradır. Bütün bu tədbirlər Rusiya hökumətinin miqrasiyanı potensial təhlükə kimi qəbul etdiyini və onunla inzibati və texnoloji yollarla sərt şəkildə mübarizə apardığını göstərir. Qanunsuz miqrantlar potensial cinayətkar kimi qiymətləndirilir və cəmiyyət üçün təhlükə mənbəyi sayılır. Bu isə onların hüquqi və sosial mühitdən təcrid olunmasına gətirib çıxarır.

Milli Məclisin deputatı Elşad Musayev XQ-yə bildirdi ki, Rusiyada miqrasiya siyasətində yeni mərhələyə keçid ölkə üçün güclü inzibati nəzarət imkanları yaratsa da, bu yanaşma əmək bazarında ciddi boşluqlar və sosial gərginliklər doğurur: “Hazırda Rusiya iqtisadiyyatında işçi qüvvəsinin çatışmazlığı müşahidə olunur və miqrantların sayının azalması bu problemi daha da dərinləşdirə bilər. Əmək məhsuldarlığının azalması, bəzi sahələrdə xidmətlərin keyfiyyətinin zəifləməsi onun dayanıqlılığı ilə bağlı risklər artır.

Bu vəziyyət, xüsusilə miqrantların üstünlük təşkil etdiyi sahələrdə daha kəskin hiss olunacaq. Məsələn, son illər Rusiyada geniş yayılan çatdırılma xidmətləri bu kateqoriyaya daxildir. İctimaiyyətin onlayn sifarişlərə və evə çatdırılma xidmətlərinə artan tələbatı fonunda bu sektorda miqrant işçilərin azalması ciddi problemlərə yol aça bilər. Anbarlar, supermarketlər və tikinti sektoru da eyni vəziyyətdədir. Bu sahələr uzun illərdir ki, əsasən miqrant işçilərin əməyi ilə fəaliyyət göstərir. Həmçinin mənzil-kommunal təsərrüfatı, küçə təmizliyi və digər ictimai xidmət sahələrində də əsas yük miqrantların üzərindədir. Onların yerli işçilərlə əvəzlənməsi çətinlik yaradır, çünki yerli kadrlar ya bu işlərə maraq göstərmir, ya da daha yüksək əməkhaqqı tələb edirlər. Bu da xidmət xərclərini artırır və nəticə etibarilə, sosial narazılıq doğura bilər.

Rusiya hökumətinin miqrasiya sahəsində tətbiq etdiyi yeni tədbirlər, o cümlədən qeydiyyat qaydalarının sərtləşdirilməsi, biometrik nəzarətin genişləndirilməsi və rəqəmsal profilin tətbiqi Azərbaycandan olan miqrantların həyatına birbaşa təsir edir. Hazırda Rusiya ərazisində yüz minlərlə Azərbaycan vətəndaşı rəsmi və qeyri-rəsmi şəkildə yaşayır və çalışır. Onların hüquqi statusu, iş və yaşayış şəraiti, sosial təminat imkanları bu dəyişikliklər fonunda daha çətin və qeyri-müəyyən hala gəlir. Xüsusilə qeyri-rəsmi şəkildə fəaliyyət göstərən əmək miqrantları üçün deportasiya və hüquqi məsuliyyət riski artır. Bu səbəbdən Azərbaycanın müvafiq dövlət qurumları və diaspor təşkilatları dəyişiklikləri diqqətlə izləməli, Rusiya ərazisində yaşayan və çalışan vətəndaşlara məlumat dəstəyi və hüquqi yardım göstərməlidirlər. Yeni mərhələdə həm hüquqi maarifləndirmə, həm də miqrantların hüquqlarının müdafiəsi sahəsində daha aktiv yanaşma tələb olunur. Əks təqdirdə, bu dəyişikliklər təkcə fərdi səviyyədə deyil, həm də ikitərəfli münasibətlərdə sosial-iqtisadi çətinliklərə səbəb ola bilər”.

Beləliklə, Rusiya miqrant siyasətində yeni dövrə qədəm qoyub. “Rəqəmsal profi”, mobil tətbiq əsasında qeydiyyat və rabitəyə çıxışın məhdudlaşdırılması kimi alətlər ölkənin demoqrafik təhlükəsizlik və əmək bazarını tənzimləmə məqsədlərinə xidmət edir. Lakin bu tədbirlərin insani və hüquqi baxımdan balanslı şəkildə icra olunması da böyük əhəmiyyət daşıyır. Azərbaycanın bu çərçivədə öz vətəndaşlarının hüquqlarını qoruması üçün diplomatik və informasiya dəstəyini artırması vacib olacaq.

Pünhan ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 İyul 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see300

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see274

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see267

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see267

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see266

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see248

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see247

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see245

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see244

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see241

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see239

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see234

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see220

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see214

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see204

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see189

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see188

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see187

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see171

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri