Icma.az
close
up
RU
Rusiya Paşinyana yeni xəbərdarlıq edəcək Ermənistan öz gələcəyini sual altında qoyur

Rusiya Paşinyana yeni xəbərdarlıq edəcək Ermənistan öz gələcəyini sual altında qoyur

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti iclası keçirilir. İclasda Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistan prezidentlərinin iştirakı gözlənilsə də, Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə də KTMT-nin sammitinə qatılmayacağını, lakin qəbul edilən qərarlara da veto hüququndan istifadə etməyəcəyini bildirib. Bu isə o deməkdir ki, o hələ də iki kresloda oturur - həm KTMT-nin işini boykot edir, həm də müttəfiqlərini təşkilatı tərk etməklə bağlı təhdid etməyi dayandırıb. Rusiya isə ümid edir ki, İrəvan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və bütün müvafiq hüquq və öhdəlikləri özündə saxlayır. Bu baxımdan, Ermənistanın təşkilata geri dönəcəyinə ümid edir. Bəs Paşinyanın bu ikibaşlı addımları nədən xəbər verir? Eləcə də Rusiyanın ümidləri puça çıxsa, Moskva hansı adekvat addımları ata bilər?

Moderator.az xəbər verir ki, Oxu.az mövzunu araşdırıb.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Oxu.az-a açıqlamasında bildirib ki, Paşinyanın KTMT-dən çıxmaqla bağlı qətiyyətli qərar qəbul edə bilməməsi onun KTMT, Avrasiya məkanı, o cümlədən Rusiyaya sıx bağlı olması ilə əlaqəlidir:

"Digər tərəfdən, Paşinyan əks qütbdən etibarlı zəmanət almayana qədər KTMT-də bu və ya digər formada, hətta dondurulmuş vəziyyətdə olsa belə, qalmağı üstün tutur. Ona görə də indiki məqamda bir əlində iki qarpız saxlamağa çalışır. Amma əlbəttə ki, regionda proseslər çox sürətlə inkişaf edir və Paşinyanın yekun qərar qəbul etmək üçün manevr imkanları get-gedə daralır, o, qısa müddətdə bununla bağlı qərar verməlidir. O vaxta qədər Paşinyan bu və ya digər formada həm Rusiyadan, həm də Qərbdən faydalanmağa çalışır".

"Amma şübhəsiz ki, hazırda son qərar verməyin zamanı yaxınlaşır və görünür, Paşinyan bu qərarı qəbul etmək üçün Rusiya-Ukrayna münaqişəsinin və Ermənistanın Rusiya ilə münasibətlərinin necə nəticələnəcəyini özü üçün proqnozlaşdırmağa çalışır. Çünki erməni diplomatiyasının xarakteri belədir ki, güclü olan tərəfə daha çox meyil edilir. Ona görə də düşünürəm ki, Paşinyan KTMT-də qalıb-qalmamaqla bağlı qərarı Rusiyanın perspektivlərinə uyğun olaraq qəbul edəcək. Rusiya qalib gələcəksə, Paşinyan, yəqin ki, KTMT-də qalmağa davam edəcək və ya buna məcbur olacaq, yox, əksinə olacaqsa, o zaman digər qərarlar veriləcək", - deyə deputat vurğulayıb.

Deputat Azər Badamov da hesab edir ki, Nikol Paşinyan KTMT-dən çıxmaq məsələsini təxirə salsa belə, onun təşkilatın iclaslarında hələ də iştirak etməməsi hiyləgər taktikanın göstəricisidir:

"Çünki o, KTMT-ni ehtiyat kimi saxlayır. Paşinyanın son qərarı Rusiya-Ukrayna müharibəsinin gedişatından asılıdır. Müharibədə Ukrayna üstünlük qazananda KTMT-dən çıxacağını və bu qurumda qalmağın heç bir faydası olmadığını bilir".

"Paşinyan həm də Azərbaycan Ordusunun qarşısında uduzmasını KTMT-nin üstünə yıxır. Amma Rusiya cəbhədə üstünlük əldə edən kimi sözünü dəyişir və KTMT-də fəaliyyətini ancaq dondurduğunu bildirir. Erməni üçün kim güclüdürsə, onun yanında dayanmaq əsas məsələdir. Onlar üçün qonşuluq münasibətləri, əməkdaşlıq imkanları və imzalanmış sənədlər əsas deyil. Əgər sabah müharibə Rusiyanın qələbəsi ilə başa çatarsa, Ermənistan Qərbi söyməyə başlayacaq və yenidən KTMT-nin iclaslarında da iştirak edəcək, təlimlərə də qoşulacaq. Amma Rusiya Ermənistanın bu hərəkətlərini izləyir və müharibənin başa çatmağını gözləyir. Hesab edirəm ki, Ukraynada müharibə başa çatandan sonra Rusiya Ermənistandan davranışına görə hesab tələb edəcək", - deputat əlavə edib.

Rusiya Etnik və Beynəlxalq Araşdırmalar Mərkəzinin elmi rəhbəri, tarix elmləri namizədi Anton Bredixinin də qənaətinə görə, Paşinyanın məqsədi ənənəvi olaraq qalır:

"Onun üçün əsas odur ki, Rusiyanı və KTMT-ni mümkün qədər bezdirsin və Ermənistanın istər hərbi təlimlərdə, istər sammitlərdə, istərsə də bütün müştərək tədbirlərdə iştirakını dayandırmağa nail olsun. Çünki Paşinyan başa düşür ki, Qərbdəki kuratorları, xüsusən də Fransa və ABŞ ona kömək etməyə davam edəcəklər. Ona görə də o, KTMT-yə mənfi münasibətini nümayişkaranə şəkildə göstərir".

"Lakin o anlamır ki, sadəlövhcəsinə Rusiyaya təzyiq göstərmək böyük səhvdir. Çünki Moskva adekvat cavab vermək hüququnu həmişə özündə saxlayır. Həmin cavabın bu gün verilməməsi isə sabah da verilməyəcəyi anlamına gəlmir. Ona görə də diplomatik kanallar vasitəsilə Ermənistana Paşinyanla bağlı yeni xəbərdarlıq ediləcək", - deyə rusiyalı ekspert diqqətə çatdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Noyabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri