Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesindən danışıb AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Moskva, 18 dekabr, AZƏRTAC
Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov xarici hərbi attaşelər üçün keçirilən brifinqdə bildirib.
“Qərbin dağıdıcı hərəkətlərindən fərqli olaraq, Rusiya regionda konstruktiv tədbirlər görür. Əsasən dövlətimizin səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması istiqamətində müsbət irəliləməsi göz qabağındadır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, hazırda “dövlətlərarası demarkasiya xəttinin ən çətin hissələrindən biri – Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş vilayəti arasında” demarkasiya artıq başa çatıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 18 Dekabr 2024 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















