Icma.az
close
up
RU
Rusiya tərəfinin xalqımıza qarşı həyata keçirdikləri təəssüf doğurur MÜNASİBƏT BİLDİRİLDİ

Rusiya tərəfinin xalqımıza qarşı həyata keçirdikləri təəssüf doğurur MÜNASİBƏT BİLDİRİLDİ

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Tarix boyu Azərbaycan xalqı qonşularla münasibətdə həmişə xeyirxahlıq, səmimiyyət və insani münasibətlər nümayiş etdirib. Azərbaycan ərazisində mövcud olan dövlətlər, o cümlədən Səfəvi imperiyası heç bir xalqa qarşı zülm, dini ayrı-seçkilik, şovinizm və diskriminasiya siyasəti həyata keçirməmişdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərov deyib.O bildirib ki, çox təəssüflər olsun ki, son günlərdə Rusiya Federasiyası ərazisində baş verən hadisələr ayrı-ayrı insanlara qarşı yox, bütövlükdə türk-müsəlman dünyasına qarşı milli ayrı-seçkiliyin əyani nümunəsidir: "Azərbaycana məxsus təyyarəyə qarşı həyata keçirilən terror aktı göstərdi ki, Rusiya Federasiyasında müəyyən qüvvələr müstəqil Azərbaycanın uğurlarına qısqanır və iki qonşu dövlət arasında münasibətlərin inkişafına mane olmaq istəyir. Bu qüvvələr bəlkə də indiyə bəzi istəklərinə nail ola biliblər. Çünki Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirilən zorakılıq və çoxsaylı ölümlə nəticələnən faciə göstərdi ki, Rusiya yüz illər boyu onun ərazisində məskunlaşan , bu ölkənin inkişafı üçün əlindən gələni edən azərbaycanlı əhaliyə qarşı insanlığa sığmayan hərəkətlər nümayiş etdirir. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda heç bir xalqın nümayəndəsi, o cümlədən rus xalqının nümayəndələri nə dini ayrı-seçkiliyə, nə də milli zülmə məruz qalmışlar. Bu gün Azərbaycan dünyanın ən tolerant dövləti kimi nufuz qazanıb. Bu reallığı heç kim inkar edə bilməz.Bəli, Rusiya Federasiyası Ukrayna dövləti ilə üç ildən çoxdur ki, qanlı müharibə aparır. Rusiya bu müharibəni öz xeyrinə həll etmək üçün miqrantları da qanunsz şəkildə cəbhələrə göndərir. Çox zaman miqrantları müharibəyə cəlb etmək üçün onları ailə üzvlərinin ölkədən çıxarılması ilə hədələyir, təzyiq və şantaj metodlarından istifadə olunur. Ciddi narahatlıq doğuran hal odur ki, qeyri-rus əhalisinə qarşı həyata keçirilən bu mənfur siyasət bir nəfərin qəzəbi kimi qiymətləndirilə bilməz. Bu işdə əli olanların sayı kifayət qədərdir.Rusiyanın yüksək çinli məmurları da etiraf edirlər ki, Ukrayna ilə aparılan müharibə beynəlxalq hüququn bütün normalarına ziddir. Miqrantlar nə üçün bu mürabinin iştirakçısı olmalıdırlar? Onlar Rusiyaya pul qazanmağa, ailələrini dolandırmağa üz tutublar. Rusiya Federasiyasının uzun illər Ermənistana havadarlıq etməsi, milyard dollarla silahın Ermənistana bağışlanması və Azərbaycanın tarixi torpağı olan Qarabağın işğalı uzaq tarix deyil. 20 yanvar qırğını, Xocalı faciəsi və onlarla qəddarlıq və soyqırım Azərbaycan xalqının yaddaşından silinməyib"."Bu gün dünyanın əksər dövlətləri Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı birləşib. Qərb dövlətləri az qala hər ay Rusiyaya qarşı sanksiya paketi qəbul edir. Rusiya Qərbin hücumlarına qarşı müdafiə olunmaq əvəzinə Rusiyada yaşayan müsəlman xalqlarına, o cümlədən etnik azərbaycanlılara qarşı hər cür amanslzlıq və qəddarlıq tətbiq edir.Əsrlər boyu slavyan xalqları ilə bir cəbhədə olan, ikinci dünya müharibəsində 300 mindən artıq əsgər və zabit itirən Azərbaycan və azərbaycanlıların qəhrəmanlığı nə tez unuduldu? Bakı nefti olmasaydı SSPİ-nin ikinci dünya müharibəsində faşizm üzərində qələbə çalması mümkün deyildi deyən sovet rəhbərliyinin bu fikri nə tez yaddan çıxdı?Rusiyanın müstəqil Azərbaycana qarşı kiber hücumları, millət vəkili, Azərbaycan-Rusiya Federasiyası parlamentlərarası dostluq qrupunun üzvünə qarşı Rusiya tərəfinin qanunsuz hərəkətləri bağışlanmazdır. Əsrlər boyu Azərbaycan xalqı boyük Nizami, Nəsimi, Füzuli, Vaqif və başqa klassiklərimizlə yanaşı Puşkini, Çexovu, Dostoyevskini, Tolstoyu və başqalarını da oxudu, təbliğ etdi və sevdi. Xalqımızın klassiklərdən öyrəndikləri ilə bu gün Rusiya tərəfinin xalqımıza qarşı həyata keçirdikləri təəssüf doğurur.Azərbaycan dünyanın gözü qarşısında düşmən tərəfindən işğal olunmuş torpaqlarını geri aldı, düşmənin və havadarlarının arzu və istəklərini ürəklərində qoydu. Azərbaycan xalqını dəmir yumruğ kimi birləşdirmək gücündə olan Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycanı qalib xalqların cərgəsinə daxil etdi. Cənubi Qafqazda əmin-amanlıq üçün, qonşu xalqlarla sülh şəraitində yaşamaq üçün Azərbaycan həmişə ədalətin, sülhün yanındadır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyun 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see153

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see135

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri