Icma.az
close
up
RU
Rusiya və İranın planı fiaskoya uğradı: Sülhə doğru son addım Masada iki vacib məsələ qalıb KONKRET

Rusiya və İranın planı fiaskoya uğradı: Sülhə doğru son addım Masada iki vacib məsələ qalıb KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

İrəvanla Bakı arasında sülh sazişinin imzalanması üçün real imkanlar yaranıb. Bunu ABŞ Prezidenti Donald Tramp deyib. Maraqlıdır, Rusiya və İran kimi region gücləri sülh prosesinin reallaşmasına imkan verəcəkmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlunun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında müəyyən irəliləyiş var, bəzi mövqelər yaxınlaşdırılıb. Azərbaycan bu istiqamətdə daha fəal davranır və üçüncü tərəflərin təsir imkanlarını minimuma endirmək üçün ikitərəfli formatda görüşlərə üstünlük verir.

Əli Zülfüqaroğlu

Onun fikrincə, sülh sazişinin imzalanması üçün iki əsas maneə qalır:

“Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması və ATƏT-in Minsk qrupunun rəsmən ləğv edilməsi”.

Zülfüqaroğlu qeyd edir ki, Ermənistan Konstitusiyası dəyişmədiyi halda sülh dayanıqlı olmayacaq və revanşistlər bu sazişi gələcəkdə tanımaya bilərlər.

Ekspert həmçinin bildirib ki, Minsk qrupunun ləğvi məsələsinə qarşı Ermənistana xüsusilə Fransa tərəfindən təzyiqlər var. Minsk qrupu vasitəsilə Fransa, ABŞ və Rusiya bölgəyə təsir imkanlarını qorumağa çalışır:

“Rusiya və İran da sülh sazişinin imzalanmasını istəmir. Çünki münaqişəli vəziyyət onların regionda təsir rıçaqlarını saxlamasına imkan verir. Əgər sülh imzalansa, Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşacaq, Zəngəzur dəhlizi açılacaq. Bu da İranın maraqlarına uyğun deyil”..

Siyasi şərhçi hesab edir ki, İran və Rusiyanın Azərbaycana təsir imkanları məhdud olsa da, Ermənistana təzyiq gücləri qalır. Ona görə də yekun qərar İrəvanın cəsarəti və siyasi iradəsindən asılı olacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 İyul 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see370

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see284

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see174

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see149

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see148

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see137

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see134

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see132

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see129

Məktəblərdə məktəb psixoloqlarının sayı niyə azdır? EKSPERT AÇIQLADI

16 Oktyabr 2025 15:18see129

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see124

Vətən müharibəsinin xronikası: 16 oktyabr VİDEO

16 Oktyabr 2025 08:01see124

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ Leysan yağacaq

16 Oktyabr 2025 13:23see123

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see123

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see122

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see121

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri