Rusiyada keçmiş Sovet İttifaqı ölkələri vətəndaşlarına qarşı sərt rejim dəyişəcək? Lavrov anons verdi
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Mərkəzi Asiya, Cənubi Qafqaz, eləcə də keçmiş Sovet İttifaqının digər respublikalarından olan əmək miqrantlarının giriş rejiminin sərtləşdirilməsi Rusiyanın uzunmüddətli maraqlarına xidmət etmir.
Bunu ölkənin xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında "hökumət saatı"nda deyib.
O, "qaydaya əməl etmək lazımdır" fikri ilə razılaşıb, lakin viza rejiminin tətbiqinə qarşı çıxıb.
"Biz hesab edirik ki, onların davranışlarına nəzarəti gücləndirmək lazımdır, lakin maneələr yaratmaq, xüsusilə də viza rejimi tətbiq etmək olmaz. Bəli, mövcud olmuş qayda ilə müqayisədə indi əlavə tədbirlər görülür, lakin onlar əmək miqrasiyası üçün maneələrin yaradılmasına yox, məhz nəzarətin gücləndirilməsinə yönəlib", - S.Lavrov bildirib(Report).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 19 Fevral 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















