Rusiyalı nazir necə milyarder olub? İki ailə, gizli uşaqlar və milyonluq villalar
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Rusiyanın Tikinti və Mənzil-Kommunal Təsərrüfatı naziri İrek Fayzullin ölkə üzrə yaşayış, istilik və kommunal infrastruktur sahəsinə cavabdeh olsa da, illər ərzində rəsmi gəlir bəyannamələrində əks olunmayan nəhəng sərvət formalaşdırıb.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, bu iddia Rusiyanın ölən müxalifətçi lideri Aleksey Navalnının adı ilə bağlı olan Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) apardığı araşdırmada irəli sürülüb.
Araşdırma əmlak reyestrləri, mülkiyyət sənədləri və rəsmi bəyannamələr əsasında hazırlandığı qeyd olunur.
İrek Fayzullin 2020-ci ildən nazir vəzifəsini tutur. Rəsmi olaraq o, 40 ildən artıqdır ki, həyat yoldaşı Qüzaliyə Fayzullina ilə evlidir. Lakin jurnalistlərin iddiasına görə, paralel olaraq onun qeyri-rəsmi ikinci ailəsi də var.
Qüzaliyə Fayzullina
Nazirin Nadejda Trubilina ilə münasibətindən iki azyaşlı oğlu dünyaya gəlib. Bu uşaqlar illərlə gəlir bəyannamələrində göstərilməyib, baxmayaraq ki, atalıq rəsmi şəkildə tanınıb.
Nadejda Trubilinanın adına çoxsaylı bahalı daşınmaz əmlak rəsmiləşdirilib.
Nadejda Trubilina
Kazan şəhərində ona məxsus dörd mənzil var. Bu mənzillərin ümumi bazar dəyəri təxminən 160 milyon rubl təşkil edir.
Fayzullinin Moskvaya köçməsindən sonra Trubilina Moskva vilayətində yerləşən elit qəsəbədə sahəsi min kvadratmetrdən çox olan malikanə alıb. Evin təxmini dəyəri 200 milyon rubl civarındadır.
2023-cü ilin sonunda Trubilina Moskva çayı sahilində yerləşən “Sydney Prime” elit yaşayış kompleksində eyni anda dörd mənzil alıb.
Bu mənzillərin bazar dəyəri təxminən 385 milyon rubl olsa da, alqı-satqı müqavilələrində onların 196 milyon rubla alındığı göstərilib. Yəni bazar qiymətindən iki dəfə ucuz.
Araşdırmaçılar bu fərqi tikinti şirkətindən gizli rüşvət forması kimi qiymətləndirirlər. Bundan əlavə, onun adına 18 milyon rublluq dörd avtomobil yeri də rəsmiləşdirilib. Nadejda Trubilina “S8” holdinqində çalışır və aylıq maaşı təxminən 350 min rubl təşkil edir. Bu gəlirlə belə miqyaslı əmlak alışlarının mümkün olmadığı vurğulanır. Eyni zamanda onun adına Tatarıstanda tikinti biznesi də var. Dörd şirkət ümumilikdə 12 milyard rubl balansına malikdir və regionun ən iri tikinti şirkətləri ilə bağlıdır.
Bu şirkətlər təxminən 4 min mənzildən ibarət böyük yaşayış kvartalı inşa edir.
Araşdırmaya görə, Trubilina azı səkkiz dəfə Maldiv və Seyşel adalarına istirahətə gedib. Bu səfərlərin ümumi xərci 7 milyon rubla yaxın olub. O, həmçinin Moskvanın məşhur TSUM ticarət mərkəzində 15 milyon rubldan çox alış-veriş edib. Övladları isə ildə təxminən 2 milyon rubla başa gələn özəl məktəblərdə təhsil alırlar. Fayzullinin rəsmi ailəsindən olan uşaqları da yüksək vəzifələr və bahalı əmlakla diqqət çəkir. Qızı Tatarıstanın dövlət strukturlarında vəzifə tutur və həm Kazanda, həm də Dubayda daşınmaz əmlaka sahibdir. Oğlu isə Tikinti Nazirliyində karyera qurub və Moskva ilə Rublyovkada elit mülklərə malikdir. Araşdırmanın nəticələrinə görə, nazirin hər iki ailəsi ilə bağlı daşınmaz əmlakın ümumi dəyəri təxminən 1,8 milyard rubl təşkil edir.
Jurnalistlərin iddiasına görə bu məbləğ Fayzullinin rəsmi gəlirləri ilə izah edilə bilməyəcək səviyyədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 29 Yanvar 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















