Icma.az
close
up
RU
Rusiyanın neft qaz satışına mane olurlar ki, hərbi əməliyyatları davam etdirmək üçün vəsait tapmasın

Rusiyanın neft qaz satışına mane olurlar ki, hərbi əməliyyatları davam etdirmək üçün vəsait tapmasın

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Rusiyadakı milyarder azərbaycanlılara sanksiya qoyulub. Böyük Britaniya bu gün Rusiya neft sənayesinə və onun “kölgə donanması”na qarşı ən genişmiqyaslı sanksiya paketlərindən birini elan edib. Yeni qərarla “Lukoil” və “Rosneft” kimi enerji nəhəngləri, həmçinin Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması” hədəfə alınıb.Sanksiyalar Rusiyaya necə təsir edir?

Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyaya qarşı bu sanksiyalar daha öncədən hazırlanırdı, bununla bağlı ilkin ehtimallar da elan olunmuşdu: “Məsələ odur ki, Rusiya hələ də hərb maşınını davam etdirə bilir və bunun üçün gündə milyardlarla vəsait lazımdır. Bu vəsait haradan əldə olunur? Əsas sual budur. Hər nə qədər Rusiyanın ticarət və maliyyə əməliyyatlarının qarşısını almağa çalışsalar da, bu sahədə bu əməliyyatları davam etdirir. Rusiya demək olar ki, hələ də hər gün milyonlarla barel nefti Çinə, Hindistana və Braziliyaya satmağa davam edir. Türkiyə neft və qaz satışı davam edir.

Eyni zamanda bəlli olur ki, hətta Avropaya belə neft və qaz satışı davam edirmiş. Sadəcə, burada neft və qaz başqa ölkələr özəlləşdirərək daha ucuz qiymətlər və daha fərqli sxemlərlə Avropaya satılmır. Bu səbəbdən də, ilk öncə Rusiyanın donanmasının özünə qadağa qoydular. Sanksiya qoydular ki, həmin gəmiləri daşıya bilməsin. Sonra həmin gəmilərə xidmət göstərən sığorta şirkətlərinə, maliyyə şirkətlərinə, limanlar, Çin şirkətlərinə sanksiya qoydular. Görünən odur ki, Rusiyanın neft-qaz satışından əldə etdiyi gəlirləri azaldacaqlar. Məsələn; Hindistana 50 faiz-25 faizlik tarifin tətbiq edilməsi.

Bundan sonra Tramp Avropa liderləri ilə görüşdü. Bildirdi ki, "mən Rusiya sanksiya qoyacam, amma siz Rusiyadan neft və qaz almağa davam edirsiniz. Siz bunu dayandırmalısınız, əks halda mən də sanksiyaya qoşulmayacağam". Türkiyə prezidenti ilə görüşdə prezident Ərdoğanla 25 illik qaz müqaviləsinin imzalanması və Rusiyadan neft və qaz alınmasının dayandırılmasının istənilməsi, Avropa İttifaqının özü ilə 750 milyardlıq neft və qaz alışı ilə bağlı müqavilə imzalanması və s. kimi proseslər göstərir ki, artıq Rusiyanın neft və qaz satmaq imkanlarını minimumlaşdırmağa çalışırlar”.

Turab Rzayev

Turab Rzayev qeyd edib ki, hədəfə görə bu il artıq Rusiyadan gələn neft və qaz satışı 25 faiz, 2028-ci ildə isə artıq sıfıra endirilməlidir. Politoloqun fikrincə, bütün bunlar onu göstərir ki, Rusiyanın bu şəkildə maliyyə resurslarını əldə etməsinə qarşısını almağa və Rusiyanın hərb maşınının dayanmasına səbəb olmasına çalışırlar, yəni çalışırlar ki, Rusiya hərbi əməliyyatları davam etdirmək üçün vəsait tapmasın.

Turab Rzayev bildirib ki, Rusiyaya qarşı müharibənin başını Böyük Britaniya çəkir: “Bu gün hətta Tramp belə Zelenskiyə dəstək olmayanda yenə Britaniyanın rəhbərliyi ilə Avropa İttifaqı London yığılıb, Zelenskiyə dəstək olurlar. Yəni faktiki olaraq Rusiyaya qarşı Ukrayna müharibəsinə əsas dəstək verən tərəf məhz Britaniyadır. Bu səbəbdən də Britaniyanın əvvəl-axır bu sanksiyanı tərtib etməsi və digər Avropa ölkələrindən bunu tələb etməsi normaldır ki, onlar da Rusiyanın iqtisadi rıçaqlarını vursunlar”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Oktyabr 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri