Icma.az
close
up
RU
Rusiyanın “rusdillilər” bəhanəsi Avropada işləmir ŞƏRH

Rusiyanın “rusdillilər” bəhanəsi Avropada işləmir ŞƏRH

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abutalıb Səmədov: “Latviyanın Rusiyaya qarşı sərt mövqeyi dəyişməz qalır”


Rusiyanın nüvə hədələri və psixoloji təzyiqləri Avropanı qorxuda bilmir


Rusiya Latviyada yaşayan həmvətənlərini qorumaq və mövzu ilə bağlı beynəlxalq platformaların diqqətini çəkmək üçün bütün mövcud vasitələrindən istifadə edəcək”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova brifinqdə bildirib.


Diplomat qeyd edib ki, nasizmin hədəfində olan həmvətənlərimiz dəstək alacaqlar və vətənimizin hər yerində onlara sevgi göstəriləcək: “Bütün mövcud vasitələrdən istifadə edərək bu problemin beynəlxalq platformalarda diqqətə çatdırılmasını təmin edəcəyik. Əlbəttə, bu siyasəti ifşa edəcəyik. Amma bunu siyasət də adlandırmaq olmaz, bu, latış ksenofoblarının nasistliyidir”. Latviya 13 oktyabr tarixini latış dili imtahanının son müddəti kimi müəyyən edib. Bu tarixdən sonra dili kifayət qədər bilik səviyyəsində göstərməyən Rusiya vətəndaşlarının deportasiyası qanunidir. Artıq bu əsasla 841 Rusiya vətəndaşının ölkədən çıxarıldığı bildirilir.

Qeyd edək ki, 2004-cü ildən başlayaraq Latviyada rus dilində orta məktəb sinifləri tədricən latış dilinə keçirilib. 2018-ci ildən etibarən ali məktəblər və peşə təhsili müəssisələrində tədrisin əsasən latış dilində aparılması məcburi olub. Bu, rus dilində təhsil alan şagird və tələbələrin sayını ciddi şəkildə azaldıb. Xarici vətəndaşların Latviya vətəndaşı və ya uzunmüddətli yaşayış icazəsi alması üçün latış dili bilikləri üzrə imtahan verməsi zəruridir. Məsələn, oktyabrın 13-dək imtahan verə bilməyən Rusiya vətəndaşları deportasiya olunacaq. Dövlət orqanlarında da bütün yazışmalar latış dilində aparılır. Rusiya vətəndaşları və ya rusdilli sakinlər rəsmi müraciətlərdə latış dilindən başqa dil istifadə edə bilməzlər. Latviya qanunvericiliyinə görə, TV, radio və media proqramlarının müəyyən hissəsi latış dilində yayımlanmalıdır. Rusdilli kanalların fəaliyyəti məhdudlaşdırılıb və reklamlarda latış dilinə üstünlük verilir. Dövlət tədbirlərində və ictimai fəaliyyətlərdə də latış dilinə üstünlük verilir. Rusdilli məktəblər və mədəniyyət mərkəzləri fəaliyyətini davam etdirir, amma resurs və maliyyələşdirmə məhdudlaşdırılıb. Rus dilinə qoyulan məhdudiyyətlər Latviya və Rusiya arasında gərginliyi artırıb. Deportasiya halları və dil bilikləri ilə bağlı sərt tələblər Moskvada “rusdilli əhalinin hüquqlarının məhdudlaşdırılması” kimi qiymətləndirilir.

Latviyada etnik rusların sayı təxminən 434,243 nəfərdir və bu, ölkə əhalisinin 23,4 faizini təşkil edir.


Rusiyanın təhdid mesajını dəyərləndirən politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında bildirib ki, yaşadığın dövlətin dilini bilmək tələbi təkcə Latviyada mövcud deyil. Bu, bir çox ölkədə normal və qanuni bir qaydadır: 

“Dövlət dili imtahanları və tələbləri digər millətlərin nümayəndələrinin ölkəyə inteqrasiyasını təmin etmək, idarəetməni düzgün aparmaq və ictimai həyatda aktiv iştirak etmələrini təmin etmək məqsədilə tətbiq olunur. Bu baxımdan, dil biliyi ilə bağlı tələblərin irəli sürülməsi normaldır və heç bir ayrı-seçkilik anlamı daşımır. Rusiya isə bu normal tələbdən siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Moskva Ukraynada həyata keçirdiyi işğalçı siyasətini haqlandırmaq və xarici ölkələrdə rusdilli əhaliyə müdaxilə arqumenti yaratmaq üçün “həmvətənləri qorumaq” bəhanəsinə müraciət edir. Hətta Ukraynaya qarşı hərbi əməliyyatların başlanmasının arxasında da rusdillilərə münasibət bəhanəsi dayanırdı. İndi isə Rusiyanın əsas tələblərindən biri rus dilinin Ukraynada rəsmi statusa malik olmasıdır. Bu, təkcə dil məsələsi deyil, eyni zamanda geosiyasi və hərbi iddia üçün bir vasitədir”.


Lakin A.Səmədov vurğulayıb ki, bu yolla Rusiyanın Avropa ölkələrinə ciddi təzyiq göstərməsi real deyil: 

“Rusiyanın xaricdəki rusdilliləri qorumaq bəhanəsi ilə təzyiq göstərmək cəhdləri Avropa ölkələrində uğursuzluğa məhkumdur. Onsuz da Moskva ilə münasibətlər kifayət qədər gərgindir və Avropa ölkələri Rusiyanın təzyiqlərinə qarşı öz mövqelərini möhkəmləndiriblər. Rusiya yalnız nüvə silahı ilə hədələməklə qərb dövlətlərinə təsir etməyə çalışır və bunu bildiyi üçün tez-tez, təxminən 10 gündən bir, Qərbi nüvə ilə hədələyir. Bu, hibrid və psixoloji təzyiq vasitəsidir, amma real hərbi əməliyyat üçün riskləri böyükdür. Latviyaya gəldikdə isə onu deyim ki,  Ukraynaya ən çox yardım edən dövlətlərdən biridir və buna görə də Moskva ilə münasibətləri çox gərgindir. Latviya Rusiyaya qarşı ən sərt mövqeyi nümayiş etdirən ölkələrdən biridir və bundan da artıq münasibətlərin daha da gərginləşməsi praktiki baxımdan mümkün deyil. Latviya və digər Baltikyanı ölkələr yaxşı anlayır ki, əgər Rusiyanın əlində imkan olsa, növbəti hədəf Ukraynadan sonra məhz onlar olacaq. Bu səbəbdən Latviya Ukraynaya hər cür dəstəyi göstərir, həmçinin digər qərb dövlətlərini də Ukraynaya yardımın artırılması üçün çağırır. Məqsəd yalnız Ukraynanı müdafiə etmək deyil, həm də Rusiyanın mümkün təzyiqlərini azaltmaq və başqa ölkələrə işğalçı gözlə baxmaq imkanını minimuma endirməkdir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Oktyabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri