Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir

Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Məlum olduğu kimi, Rusiya hökuməti benzin ixracına tətbiq etdiyi qadağanı 2026-cı ilin sonunadək uzadıb. Rusiya baş nazirin müavini Aleksandr Novakın açıqlamasına görə, qərar həm benzin istehsalçılarına, həm də qeyri-istehsalçılara şamil ediləcək və Rusiyanın daxili bazarında qiymət sabitliyini təmin etməyə hesablanıb. Rəsmi Moskva bunu logistika problemləri və bəzi bölgələrdə yaranan yanacaq çatışmazlığı ilə izah etsə də, ekspertlər hesab edirlər ki, qərarın arxasında daha geniş geosiyasi və iqtisadi məqsədlər dayanır. Mütəxəssislərin fikrincə, Rusiya daxili tələbatı tam təmin etməklə yanaşı, yaxın müttəfiqlər üçün də yanacaq ehtiyatlarını qorumağa çalışır. Xüsusilə Qazaxıstanın benzin ehtiyacının müəyyən hissəsinin Rusiyadan qarşılanması ehtimalı bu siyasətin əsas istiqamətlərindən biri kimi göstərilir. Bu isə region ölkələrinin yanacaq bazarında yeni balansın formalaşmasına səbəb ola bilər.

Belə bir vəziyyətdə Azərbaycanın da adı müzakirələrdə hallanır. Rusiya bazarında ixrac məhdudiyyətlərinin davam etməsi regionda benzin və neft məhsullarının qiymətlərinə, logistika marşrutlarına, idxal-ixrac axınlarına və enerji təhlükəsizliyinə necə təsir göstərə bilər? Azərbaycanın yanacaq bazarı bu qərardan birbaşa və ya dolayısı ilə necə təsirlənə bilər? Ölkəmizin neft məhsulları ixracı üçün yeni imkanlar yarana bilərmi?

Mövzu ilə bağlı enerji məsələləri üzrə ekspert, Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Musavat.com-a danışıb.

Ekspert qeyd edib ki, Rusiya cari ilin mart ayından etibarən ciddi problemlərlə üzləşir:

"Belə ki, ölkənin neftayırma zavodları, eləcə də neft saxlama anbarları mütəmadi olaraq Ukrayna hərbi qüvvələrinin hücumlarına məruz qalır. Ümumiyyətlə, qeyd olunur ki, Rusiyada fəaliyyət göstərən 74 iri neftayırma zavodundan 38-i bu və ya digər formada Ukrayna dronlarının hücumuna məruz qalıb. Təbii ki, bunun nəticəsində həmin müəssisələrin istehsal gücü azalıb, onlardan bir neçəsi isə fəaliyyətini tamamilə dayandırıb. Bu da Rusiyanın daxili bazarında avtomobil yanacağının qıtlığına səbəb olub və nəticədə Rusiya hökuməti belə bir qərar qəbul edib".

İlham Şabanın fikrincə, belə bir şəraitdə Azərbaycanın mövcud vəziyyətdən iqtisadi baxımdan faydalanmaq imkanları məhduddur:

"Əgər siz Dövlət Gömrük Komitəsinin və Dövlət Statistika Komitəsinin bülletenlərinə baxsanız, görərsiniz ki, biz yanacaq idxal edən ölkələr sırasındayıq. Azərbaycan 2014-cü ildən etibarən yüksək oktanlı benzini idxal edir. Müəyyən dövrlərdə Aİ-92 markalı benzini də idxal edir. Eyni zamanda Azərbaycan aviasiya yanacağını, kerosini idxal edən ölkələr sırasındadır. Yəni biz Heydər Əliyev adına Neft Emalı Zavodunda 2015-ci ildə başlanan modernizasiya prosesini hələ də tam başa çatdıra bilməmişik. Bu baxımdan da biz neft məhsulları ilə özünü tam təmin edən ölkələrdən deyilik. Çox yaxşı olardı ki, həmin modernizasiya prosesi artıq başa çatdırılaydı. İndi Azərbaycanda emal həcmləri azalıb. Bununla bağlı Energetika Nazirliyinin məcmuələrinə, rüblük hesabatlarına baxmaq olar. Əgər həmin zavod kifayət qədər səmərəli işləsəydi, texnoloji və texniki imkanları daha geniş olsaydı, əlbəttə ki, mövcud şəraiti nəzərə alaraq bundan kifayət qədər qazanc əldə edə bilərdik. Çox təəssüf ki, əvvəllər Rusiyadan idxal etdiyimiz, hazırda isə həmin ölkənin daxili bazarında tələbat duyulan yanacağı biz indi daha yüksək qiymətə Avropanın neftayırma zavodlarından idxal etmək məcburiyyətindəyik".

Ekspert hökumət qurumlarının bu sahədə analitik hesabatlarının olmamasını da vurğulayıb:

"Çox təəssüf edirəm ki, Azərbaycanın yanacaq bazarındakı vəziyyətin təhlili ilə bağlı hökumət qurumlarının, o cümlədən Hesablama Palatasının nə bir tövsiyəsinə, nə də vəziyyətə dair hər hansı məlumatına rast gəlmişəm. Hətta zamanında yeni neftayırma zavodunun tikilməməsi səbəbindən Azərbaycanın itirdiyi mümkün maliyyə gəlirləri ilə bağlı hökumət qurumlarının nə məlumatını, nə də adi bir arayışını görmüşəm. Əvəzində nə baş verir? Neftin qiyməti 1 dollar artan kimi Azərbaycanın bütün KİV-ləri yazır ki, guya bundan Azərbaycan büdcəsinə nə qədər böyük gəlir daxil olub.

İran-ABŞ müharibəsi zamanı neftin qiymətinin 100 dolları aşması bir daha göstərdi ki, Azərbaycan KİV-lərinin hər gün dərc etdiyi məlumatlara baxmayaraq, büdcəyə neft sektorundan nə qədər əlavə gəlir daxil olması ilə bağlı nə Dövlət Vergi Xidməti, nə Maliyyə Nazirliyi, nə də hökumətin hər hansı qurumu rəsmi açıqlama verib. Biz bilmirik ki, 2025-ci ildə, eləcə də 2026-cı ilin birinci və ikinci rüblərində xam neft hansı orta qiymətə ixrac olunub. Eyni zamanda təbii qazın orta satış qiymətinin nə qədər olduğu barədə də ictimaiyyətə məlumat verilmir. Deyə bilərlər ki, bununla bağlı Dövlət Gömrük Komitəsi hər ay hesabat dərc edir. Ancaq həmin hesabatlar reallığı tam əks etdirmir. Çünki onlar ölkədən ixrac olunan real həcmləri belə tam şəkildə göstərmir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 İyul 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri