Icma.az
close
up
RU
Rusiyanın yeni əsgər alması getdikcə çətinləşir: Moskvanın iki çıxış yolu qalır ISW

Rusiyanın yeni əsgər alması getdikcə çətinləşir: Moskvanın iki çıxış yolu qalır ISW

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın hərbi çağırışı yüksək maliyyə ödənişləri ilə stimullaşdırmaq cəhdləri artıq əvvəlki kimi işləmir — bu da onu göstərir ki, müharibəyə könüllüləri cəlb etməyin əsas üsulu tükənmək üzrədir. Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayanların sayı artıq artmır, hətta ən böyük ödənişlərin təklif olunduğu regionlarda belə — "müharibədən qazanmaq istəyənlərin hamısı artıq yazılıb”.

Qaynarinfo Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatına istinadla xəbər verir ki, hələ cari ilin fevralında qiymətləndirilmişdi: maliyyə stimullarının daha da artırılması, yəqin ki, könüllülərin sayında əhəmiyyətli artıma gətirib çıxarmayacaq, çünki büdcə imkanları daxilində pulla motivasiya oluna bilən rusların əsas hissəsi artıq müqavilə imzalayıb. Hərbçilər üçün ödənişlərin və sosial paketlərin davamlı artırılması, işə qəbulun tempinin azalmasına və Kremlin çağırış üçün yeni stimullar axtarmağa çalışmasına işarə edir.

ISW hesab edir ki, əgər işə qəbul səviyyəsi azalmağa davam edərsə və Rusiya böyük itkilərini bərpa edə bilməzsə, bu, Moskvanı iki variantdan birinə məcbur edə bilər - ya o, çox istəmədiyi ehtiyat qüvvələrinin məcburi səfərbərliyinə əl atacaq, ya da müharibəni bitirmək üçün danışıqlar masasına oturacaq.

Xantı-Mansı Muxtar Dairəsi hazırda ən böyük birdəfəlik ödəniş təklif edir - 3,2 milyon rubl (təxminən 39 300 dollar) və Rusiya üzrə regional bonuslar orta hesabla hər 3–4 aydan bir təxminən 500 min rubl (təxminən 6 100 dollar) artırılır. Lakin Sverdlovsk vilayətinin 2025-ci ilin martında birdəfəlik ödənişi 3,1 milyon rubla (təxminən 38 100 dollar) qaldırmaq qərarı yeni müqavilə imzalayanların axınına gətirib çıxarmayıb.

İki adı açıqlanmayan Sibir regionundakı hərbi komissarlıq əməkdaşları bildiriblər ki, son vaxtlar əsasən "çox yaşlı” və xroniki xəstəlikləri olan insanlar yazılır. İrkutsk vilayətinin şimalındakı bir şəhərdə isə artıq bir neçə aydır, işə qəbulda problemlər müşahidə olunur və yeni gələnlərin əksəriyyəti yalnız maliyyə şərtləri və sosial imtiyazlarla maraqlanır — məsələn, uşaqların universitetə qəbulunda üstünlük, kreditlərə möhlət və borcların silinməsi kimi. Mənbələrin sözlərinə görə, bu, orduda xidmətə yazılanların motivasiyasının tamamilə maddi xarakter daşıdığını göstərir.

ISW-nin İrkutsk vilayətindəki mənbəsi əlavə edib ki, Rusiya Müdafiə Nazirliyi aktiv şəkildə təbliğat elanları yerləşdirib — xüsusilə 15 avqustda Alyaskada ABŞ və Rusiya arasında keçirilən görüş ərəfəsində — "tezliklə sülh gələcək” deyərək, "sülh gəlməzdən əvvəl milyonlar qazanmağa tələsin” çağırışı ilə insanları cəlb etməyə çalışıb.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:44
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri