Rusiyaya qarşı 18 ci sanksiya paketi baş tutmadı Slovakiya və Malta müqavimət göstərir
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Avropa İttifaqının xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə Rusiyaya qarşı nəzərdə tutulan 18-ci sanksiya paketini razılaşdırmaqda uğursuz olublar.
“AzPolitika” bildirir ki, bu barədə "Azad Avropa" media korporasiyasının müxbiri Rikard Yozvyak məlumat yayıb.
Qeyd olunur ki, sanksiyalara qarşı çıxan ölkələr Slovakiya və Malta olub. Bratislava Avropa İttifaqından Rusiya qazının tamamilə qadağan olunacağı təqdirdə iqtisadi zərərlərin kompensasiya ediləcəyinə dair zəmanət tələb edir.
Malta isə Rusiya neftinə tətbiq olunacaq yeni qiymət tavanlarının ölkənin tankerlərdən ibarət dəniz nəqliyyatı sektoruna zərbə vuracağından ehtiyat edir.
Müzakirəsi davam edən 18-ci sanksiya paketinə aşağıdakılar daxil ola bilər:
- Rusiya neftinin qiymətinə dinamik tavan tətbiqi
- "Şimal axını" və "Şimal axını-2" qaz kəmərlərinin fəaliyyətinin tam qadağan olunması
- Rusiya banklarına qarşı yeni maliyyə məhdudiyyətləri.
Sanksiyaların yekun razılaşdırılması çərşənbə günü Aİ ölkələrinin səfirləri səviyyəsində davam etdiriləcək.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 15 İyul 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















