Rüşvət alıb saxta rəy verən ekspertin azad olunmasını istəyirlər MƏHKƏMƏ
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisad Ekspertizalar şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanovun cinayət işi məhkəmə araşdırmasına verilib.
Lent.az xəbər verir ki, məhkəmə ilk olaraq barələrində həbs olmayan, qətimkan tədbiri seçilən təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra iş üzrə zərərçəkənlərin vəkilləri təqsirləndirilənlər barədə seçilmiş həbs olmayan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması ilə bağlı vəsatətlə çıxış ediblər. Məhkəmə tərkibi bu vəsatəti təmin etməyib. Daha sonra cinayət işi məhkəmə baxışına verilib və növbəti proses 10 dekabr, saat 10:00-a təyin edilib.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən ibtidai istintaqla Rüfət Sultanovun həmin vəzifədə işlədiyi dövrdə Cavad Nərimanov və Elvin Ramazanovla cinayət əlaqəsinə girməsi müəyyənləşib.
Onların daxili işlər orqanlarında istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası qərarının vətəndaş Akif Məlikovun lehinə icra edilərək müvafiq rəyin verilməsi müqabilində ondan 25 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək 20 min manat məbləğində olan hissəsini almalarına, bundan başqa, Elvin Ramazanov və Cavad Nərimanovun əlavə olaraq Akif Məlikovun 40 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rüfət Sultanova Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elvin Ramazanov və Cavad Nərimanova həmin Məcəllənin 178.2.1, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 28 Noyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















