Sabah Bakıda yağış yağacaq PROQNOZ
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, Azərbaycanın dağlıq ərazilərində isə qar yağacağı gözlənilir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında yağışın ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Gündüz yağıntılar tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-12, gündüz 14-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var.
Səhər yağıntılar tədricən kəsiləcək, gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu rayonlarda gecə 5-9, gündüz 15-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-9 dərəcə isti olacaq.
Baxış sayı:108
Bu xəbər 22 Noyabr 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















