Icma.az
close
up
RU
SABAH proqramının əhatə dairəsi mərhələlərlə 2028ci ilədək genişləndiriləcək

SABAH proqramının əhatə dairəsi mərhələlərlə 2028ci ilədək genişləndiriləcək

Aznews.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyev ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşməsi məqsədilə ali təhsildə tətbiq olunan yeni məzmunlu proqramların əhatə dairəsinin və keyfiyyətinin artırılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bu baxımdan, ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü doğruldur. Bu proqram çərçivəsində tədrisin mütərəqqi forma və metodlarının tətbiqi, ixtisas üzrə kompetensiyalara tam yiyələnmənin təmin olunması, dərinləşdirilmiş xarici dil tədrisi, tələbələrə əlavə təqaüd verilməsi, onların xarici mübadilə proqramlarında iştirakı imkanlarının artırılması, tələbəyönümlü tədrisin və tədrisdənkənar fəaliyyətin təşkili kimi üstünlüklər gənclərin ali təhsilin yeni məzmunlu təhsil proqramlarına marağını daha da artırıb.

Sərəncamla ali təhsil sistemində kəmiyyət əsaslı maliyyələşdirmədən keyfiyyət əsaslı maliyyələşdirməyə keçidin təmin olunması və maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alınır:

- SABAH proqramının əhatə dairəsi 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndirilsin.

- SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsaitlər hesabına təmin edilsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:

- mülkiyyət formasından asılı olmayaraq, ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı tələbləri müəyyən etsin;

- hər növbəti tədris ili üçün SABAH proqramı təşkil ediləcək ali təhsil müəssisələrinin siyahısını, təhsilalanların sayını, hər bir təhsilalana düşən illik təhsil xərcinin miqdarını və ilkin mərhələdə tədrisin təşkili ilə bağlı digər xərclərin (yeni məzmunlu təhsil proqramlarının hazırlanması, tədris infrastrukturunun və maddi-texniki bazanın formalaşdırılması və s.) maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin həcmini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etsin.

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://www.aznews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşları üçün sevindirici xəbər – maaş artımı və 8 Mart mükafatı gözlənilir

07 Mart 2025 19:39see1641

Açıq WiFi dan gələn təhlükələr: Əks halda kiberdələduzluq halları daha da artacaq

06 Mart 2025 11:11see279

Serenay Sarıkayanın son görüntüləri pərəstişkarlarının narahatlığına səbəb oldu

06 Mart 2025 16:18see249

U 15 Azərbaycan birinciliyinə yekun vurulub

06 Mart 2025 16:22see132

Fənərbaxça dan öz meydanında biabırçı məğlubiyyət Avropa Liqası

07 Mart 2025 00:08see131

Liviya cihad vergisini ləğv edib

06 Mart 2025 03:54see129

ABŞ ümid edir ki, Ukrayna danışıqlarda maraqlıdır

06 Mart 2025 08:42see122

Hər bürc haqqında 10 maraqlı FAKT

07 Mart 2025 00:03see121

Martın ən təhlükəli günləri: Bürclər ehtiyatlı olsun

06 Mart 2025 08:31see119

Ərdoğan və Putin hər an... Kılıç

07 Mart 2025 00:48see119

Prezidentlər açılışda Video Yeni Gündəm

06 Mart 2025 09:28see115

Tramp HƏMAS ı hədələdi: Sizə son xəbərdarlığımdır

06 Mart 2025 07:20see114

Azərbaycan qadınları milli maraqların qorunmasına mühüm töhfə verirlər

06 Mart 2025 13:20see114

Yeni tarif siyasəti ABŞ ı daha çox vuracaq

06 Mart 2025 16:18see113

Müğənni onları TOPA TUTDU: “Kim sınmağa, əyilməyə razı olsa…”

06 Mart 2025 11:37see113

Rubio alınındakı xaç işarəsi ilə efirə niyə çıxdığını izah etdi

07 Mart 2025 00:06see111

Məktəb direktorları kütləvi “bülleten” açdırıb: Maraqlı SƏBƏB KONKRET

06 Mart 2025 13:46see111

Türkiyə Azərbaycan münasibətlərinin kökləri uzun illərə dayanır

06 Mart 2025 10:55see111

Scream seriyasının davamı çəkiləcək

06 Mart 2025 11:39see110

8 Martda kimə hansı rəngdə gül almalıyıq?

06 Mart 2025 04:05see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri