Sabaha olan hava proqnozu açıqlanıb
Icma.az, Missiya.az portalına istinadən məlumat verir.
Fevralın 6-a olan hava proqnozu açıqlanıb.
Bu barədə Missiya.Az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 6-8 dərəcə isti təşkil edəcək. Bölgələrdə də arabir yağıntılı hava şəraiti gözlənilir. Dağlıq və Dağətəyi rayonlarda qar yağacaq.
Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 5-9 dərəcə isti, dağlıq ərazilərdə isə 0-5 dərəcə şaxta olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 05 Fevral 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















