Icma.az
close
up
RU
Sabirabadda “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi” adlı konsert keçirilib

Sabirabadda “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi” adlı konsert keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabirabad, 6 may, Aydın Yavərzadə, AZƏRTAC

Sabirabad rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan “Heydər Əliyev - Azərbaycan mədəniyyətinin hamisi” adlı konsert proqramı təşkil edilib.

Mil-Muğan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, regionlararası mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyan tədbir Mil-Muğan və Lənkəran-Astara Regional Mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, YAP Sabirabad rayon təşkilatının sədri, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin nümayəndəsi, rayonun idarə və təşkilatlarının rəhbərləri, əməkdaşları, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qonaqlar öncə Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndərin mənalı və şərəfli ömür yolunu əks etdirən fotosərgi ilə tanış olublar.

Tədbirin rəsmi hissəsində Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov çıxış edərək, Ulu Öndərin Azərbaycan dövlətinə, mədəniyyətinə göstərdiyi əvəzsiz xidmətlərdən danışıblar.

Çıxışlardan sonra “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı videoçarx nümayiş etdirilib, Masallı və Lənkəran rayon Mədəniyyət mərkəzləri kollektivlərinin iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunub. Konsert proqramında Masallı və Lənkəran rayonlarının Mədəniyyət mərkəzlərinin solistləri müxtəlif musiqi nömrələri ifa edib, eyni zamanda, Masallı rayon Halay Xalq Folklor Kollektivi tərəfindən rəqs kompozisiyaları nümayiş olunub.

Sonda Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək, tədbirdə iştirak edən qonaqlara təşəkkürünü bildirib.

Daha sonra Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi regionlararası mədəni əlaqələrin gücləndirilməsinə verdiyi töhfəyə görə təltif edilib.

Tədbir sənətçilərin ifasında “Azərbaycan” mahnısının səsləndirilməsi ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri