Icma.az
close
up
RU
Sabirabadda toyda dava: Qonaqlar birbirini döydülər

Sabirabadda toyda dava: Qonaqlar birbirini döydülər

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabirabad rayonunda 1981-ci il təvəllüdlü Elşən şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Sadiqə xəsarət yetirib. 
Hurriyyet.Az bildirir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 28 may 2024-cü ildə, saat 20:00-da Sabirabad rayonunun Kovlar kəndində baş verib. 
Kənd sakini Elşən həmkəndlisi Əfsərin həyətində keçirilən toy məclisində, alkoqol təsiri altında Sadiqin çayçını yüksək səslə çağırmasına görə, əsaslı səbəb olmadan sonuncunu nalayiq ifadələrlə söyərək təhqir edib. 
Elşən yumruqla Sadiqin sağ qaş nahiyəsinə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Bu əməlləri ilə Elşən xuliqanlıq hərəkətləri törədib.
Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, həmkəndlisi Sadiqlə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmayıb, normal münasibətləri olub: 
“Mayın 28-də, saat 17:00-da həmkəndlim və qohumum Əfsər məni həyətində keçirilən oğlunun kiçik toy məclisinə dəvət etdi. Mən həmin vaxt Əfsərin həyətinə toy məclisinə getdim. Toyda oturub çörək yedim, araq içdim. Həmkəndlim Sadiq də toyda iştirak edib. Təxminən 2-3 saat sonra, saat 20:00-da yemək yeyib, yığışdırıldı və çay verildi. Sadiq də mənim oturduğum cərgənin sonunda musiqiçilərin yaxınında əyləşmişdi. Aramızda isə iki-üç nəfər tanımadığım şəxslər oturub. Bu zaman gördüm ki, Sadiq qışqıraraq çayçını çağırır. 
Elə başa düşdüm ki, Sadiq söyüş söyüb. Ona dedim ki, anqırma, camaat var. Sadiq isə mənə nəisə dedi. Lakin başa düşə bilmədim. Sadiqin yüksək səslə çayçını çağırması, həm də özünün içkili olmağıistər istəməz mənə pis təsir etdi. Yerimdən durub ona yaxınlaşdım və qəflətən sağ qaş nahiyəsinə yumruq zərbəsi vurdum. Sadiq sağ gözünü tutub başını aşağı əydi, onun sağ qaşı partlayıb qanadı. Mən artıq orada durmadım və getdim. Bir müddət sonra Sadiqin Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət verməsini eşitdim”.
İş üzrə zərərçəkmiş Sadiqin sözlərinə görə, həmkəndlisi təqsirləndirilən Elşən ilə münasibətləri normal olub, ədavətləri olmayıb: 
“Həmkəndlim və qohumum olan Əfsər mayın 28-də məni oğlunun kiçik toy məclisinə dəvət etdi. Məclisdə mən Elşənlə bir sırada oturmuşdum. Orada başqa yerdən gəlmə tanımadığım kişi qonaqları da olub. Məclisdə çörək yeyib araq da içdim. Təxminən 40 dəqiqə keçdi, hava isti olduğundan toydan çıxaraq evimə getdim. Yuyunaraq paltarımı dəyişdim, yenidən toya qayıtdım. Təxminən saat 20 radələrində toy məclisi öz qaydasında davam etdi. 
Toy məclisinə qaydarkən Elşən də orada öz yerində oturmuşdu. Mən keçib eyni cərgədə musiqiçilərin yanında sonuncu sırada əyləşdim. Aramızda 2-3 nəfər qonaq əyləşmişdi, onlar gəlmə olduğu üçün tanımamışam. Toy məclisində oturandan sonra çayçını səsləyib çay gətirməsini xahiş etdim. Bu zaman Elşən mənə irad bildirdi ki, niyə anqırırsan, səsindən qonaqlar narahat olur. Dedim ki, qışqırmıram, musiqinin səsindən eşidilmir, bu səbəbdən çayçını səsləyirəm. Bu söhbətə görə aramızda yüngül narazılıq olub. 
Üstündən 2-3 dəqiqə keçdikdən sonra Elşən yaxınlaşdı, məni nalayiq söyüşlərlə təhqir edərək qəflətən sağ qaşımın üstünə yumruq zərbəsi vurdu. Mən sifətimi tutaraq əyildim, sağ qaşımın üstü yarılaraq qanadı. Təkrar söyüb vurmaq istəyərkən tanımadığım qonaqlar onun qarşısını aldılar. 
Sonra qonaqlardan kimsə mənə salfetka isladaraq verdi, qanayan qaşımın üstünə qoydum. Həmin vaxt toy sahibi Əfsər yaxınlaşaraq nə baş verdiyini soruşdu. Dedi ki, Elşənlə sözümüz oldu, yumruqla vurdu. Təxminən 15 dəqiqə orada oturandan sonra evimə getdim. Bir müddət gözlədim. Elşən gələrək üzrhaqlıq etmədiyi üçün Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Sonra da rayon polis şöbəsinə şikayət ərizəsi yazdım”.
Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Elşən 1000 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Fariz Məlikli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Dekabr 2024 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see273

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see228

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see227

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see220

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see209

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see202

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see192

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see188

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see187

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see186

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see181

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see173

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see172

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see171

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see168

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see159

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see151

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see141

İran ABŞ nin esminesinə hücum etdi

04 İyun 2026 04:29see140

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri