Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Sağlam ana olmağın yolu hamiləlikdənmi başlayır? MÜSAHİBƏ

Sağlam ana olmağın yolu hamiləlikdənmi başlayır? MÜSAHİBƏ

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ana bətnində başlayan yeni bir həyatın sağlam şəkildə formalaşması gələcək nəsillərin sağlamlığı üçün əsasdır.

Lent.az Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Sahilə Vəliyeva ilə müsahibəni təqdim edir:

- Sahilə xanım, hamiləlik dövründə sağlam həyat tərzi körpənin gələcək həyatına necə təsir edir?

- Hamiləlik qadın həyatının ən həssas, eyni zamanda ən məsuliyyətli mərhələlərindən biridir. Bu dövr yalnız fiziki deyil, eyni zamanda psixoloji və sosial baxımdan da böyük dəyişikliklərlə müşayiət olunur. Ana bətnində başlayan yeni bir həyatın sağlam şəkildə formalaşması üçün göstərilən hər bir diqqət, gələcək nəsillərin sağlamlığına qoyulan əsasdır. Məhz bu səbəbdən, hamiləlik dövründə qadının həyat tərzindəki hər bir vərdiş və davranış xüsusi əhəmiyyət kəsb edir. Bu vərdişlərin əsas istiqamətləri düzgün qidalanma, fiziki aktivlik, psixoloji sabitlik və davamlı tibbi nəzarət olmalıdır. Bu dövrdə sağlam həyat tərzinin qorunması, həm ananın öz fiziki və zehni rifahına, həm də dölün normal inkişafına birbaşa təsir edir. Hamiləlik, bədənin fizioloji dəyişikliklərinə adaptasiya dövrü olmaqla yanaşı, eyni zamanda qadının həyatında yeni bir mərhələyə keçid prosesidir. Belə bir vaxtda atılan hər düzgün addım, gələcək körpənin həyat keyfiyyətini formalaşdırmaq baxımından olduqca əhəmiyyətlidir.

- Hamiləlik dövründə qidalanma ananın və dölün inkişafında nə kimi rol oynayır?

- Hamiləlik dövründə qidalanma yalnız ana üçün deyil, gələcək körpənin sağlamlığı və normal inkişafı üçün də həyati əhəmiyyət daşıyır. Bu dövr ərzində qadın orqanizmi həm öz ehtiyaclarını, həm də böyüyən dölün qida və enerji tələbatını qarşılamalı olur. Əsas hədəf yalnız kilo almaq deyil, körpənin sağlam inkişafını dəstəkləyən zəruri maddələri optimal şəkildə qəbul etmək olmalıdır.
Hamilə qadının gündəlik rasionunda yer almalı olan əsas maddələrdən biri fol turşusudur. B qrupuna aid olan bu vitamin xüsusilə hamiləliyin ilk aylarında dölün sinir borusu sisteminin düzgün formalaşması üçün vacibdir. Fol turşusu çatışmazlığı sinir borusu qüsurlarına, ciddi doğuş anomaliyalarına səbəb ola bilər. Dəmir isə həm ananın, həm də körpənin sağlam qan dövranı üçün əvəzsizdir. Hamiləlik zamanı qanın həcmi artdığı üçün ananın dəmir ehtiyacı da yüksəlir. Dəmir çatışmazlığı nəticəsində inkişaf edən qan azlığı anada yorğunluq, halsızlıq və infeksiya riskinin artması ilə yanaşı, körpədə inkişaf geriliyinə səbəb ola bilər. Həmçinin doğuş zamanı qan itkisi ehtimalı da nəzərə alındıqda, dəmir depolarının dolu olması həyati əhəmiyyət daşıyır. Kalsium həm ananın sümük və diş sağlamlığı üçün, həm də körpənin skelet sisteminin normal formalaşması üçün vacibdir. Əgər gündəlik kalsium tələbatı qida ilə ödənilməzsə, döl bu elementi ananın sümük toxumasından alır və bu da analarda sümük əriməsi və diş problemlərinə səbəb ola bilər. Gündəlik kalsium tələbatı təxminən 1000-1200 mq təşkil edir. Bu miqdar süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər və bəzi balıq növləri ilə təmin edilə bilər.
Zülal, yəni protein isə, dölün hüceyrə və toxuma quruluşunun əsas tikinti materialıdır. Bu maddə həm əzələ, orqan və dəri kimi toxumaların formalaşmasında, həm də immun sisteminin güclənməsində əhəmiyyətlidir. Hamilə qadın üçün gündəlik zülal tələbatı təxminən 70-100 qramdır. Bu miqdar yumurta, ət, süd məhsulları, paxlalılar və qoz-fındıq kimi məhsullarla təmin edilə bilər.
Bu maddələrin təmin olunması üçün hamilə qadınların gündəlik qida menyusunda təzə meyvə və tərəvəzlərə geniş yer ayrılmalıdır. Bu məhsullar həm vitamin, həm də lif baxımından zəngindir, eyni zamanda həzm sisteminin sağlam işləməsinə və qəbizlik kimi problemlərin qarşısının alınmasına kömək edir. Tam taxıllar yulaf, kinoa, qəhvəyi düyü enerjini tədricən verən, liflə zəngin məhsullar olmaqla yanaşı, qan şəkərinin stabilliyini də qoruyur. Süd və süd məhsulları kalsium, D vitamini və zülal mənbəyi kimi gündəlik menyuda mütləq yer almalıdır. Hamilələr üçün az yağlı yoqurt, kefir və pendir tövsiyə olunur. Yağsız ət, yumurta və paxlalılar zülal və dəmirin əsas mənbəyi olaraq, əzələlərin möhkəmlənməsinə və qanazlığının qarşısının alınmasına kömək edir. Qoz-fındıq, badam və balıq növləri, xüsusilə də Omeqa-3 ilə zəngin balıqlar, beyin və sinir sisteminin inkişafında mühüm rol oynayır.

- Hansı qidaların hamiləlikdə istifadəsi tövsiyə olunmur?

- Bəzi qidalar hamiləlik dövründə ciddi şəkildə qadağan edilməli və ya məhdudlaşdırılmalıdır. Xam ət və balıq kimi qidalar infeksiyalarla yoluxma riski daşıdığına görə istisna olunmalıdır. Kofeinin gündəlik dozanın 200 mq-dan çox olmaması tövsiyə edilir. Kofeinin yüksək dozası düşük və ya aşağı çəkili körpə riski yarada bilər. Alkoqol və siqaret istifadəsi isə dölün beyin inkişafını zəiflədə, doğuş qüsurlarına, erkən doğuş və hətta hamiləliyin itirilməsinə səbəb ola bilər. Digər tərəfdən, konservantlarla zəngin məhsullar, çox duzlu və şəkərli qidalar orqanizmdə iltihabi prosesləri artıra, qanda şəkərin səviyyəsini yüksəldə və artıq çəkiyə səbəb olur. Belə məhsulların tərkibində olan trans yağlar və süni qatqılar körpənin inkişafına mənfi təsir göstərə bilər.

- Fiziki aktivlik hamiləlik dövrünə necə təsir göstərir?

- Hamiləlik dövründə fiziki aktivlik yalnız estetik görünüş və çəki nəzarəti üçün deyil, eyni zamanda ümumi sağlamlığın qorunması, stressin azaldılması, doğuş prosesinin yüngülləşdirilməsi və doğuşdan sonrakı bərpa müddətinin daha rahat keçməsi üçün də əvəzsiz vasitədir. Bu dövr ərzində qadının bədənində sürətli hormon dəyişiklikləri, çəki artımı və daxili orqanlarda yerləşim dəyişikliyi baş verdiyindən, bu dəyişikliklərə adaptasiya üçün bədən hərəkətdə olmalıdır. Araşdırmalar göstərir ki, hamiləlik dövründə nizamlı və düzgün həyata keçirilən fiziki fəaliyyətlər hamiləliklə bağlı bir çox risklərin gestasion diabet, hamiləlik hipertonyası, həddindən artıq çəki artımı, damar problemləri və doğuş zamanı çətinliklərin qarşısını almaqda təsirli rol oynayır. Fiziki hərəkətlər eyni zamanda maddələr mübadiləsini sürətləndirir, qan dövranını yaxşılaşdırır və toxumaların oksigenlə təminatını artırır ki, bu da həm ana, həm də döl üçün olduqca faydalıdır. Fiziki aktivlik növü seçilərkən qadının əvvəlki idman təcrübəsi, ümumi sağlamlıq durumu və hamiləliyin gedişi nəzərə alınmalıdır. Hər bir qadın üçün uyğun olmayan fəaliyyətlər risk yarada bilər. Bu baxımdan, gündəlik 30 dəqiqəlik yüngül gəzinti həm ən təhlükəsiz, həm də ən faydalı fiziki fəaliyyət növlərindən biri hesab olunur. Gəzinti zamanı bədən hərəkətdə olur, qan dövranı aktivləşir və tənəffüs sistemi güclənir. Təmiz havada edilən gəzintilər eyni zamanda zehni rahatlamağa, stresin azaldılmasına və yuxu keyfiyyətinin yaxşılaşmasına da yardım edir. Bununla yanaşı, prenatal yoga da hamilə qadınlar üçün tövsiyə edilən məşqlər sırasındadır. Bu növ məşqlər əsnəmə, tənəffüs və diqqət yönəltmə üzərində qurulduğuna görə, həm bədənin elastikliyini artırır, həm də doğuş zamanı lazım olan tənəffüs texnikalarının öyrənilməsinə imkan yaradır. Üzgüçülük isə bədəni yormadan bütün əzələləri işlədən nadir fəaliyyətlərdəndir. Su bədənin ağırlığını azaldaraq, oynaqlara düşən təzyiqi azaltdığı üçün bel və ayaq ağrılarının azaldılmasında mühüm təsir göstərir.
Ancaq fiziki fəaliyyət zamanı təhlükəsizliyə maksimum dərəcədə riayət edilməlidir. Mütləq şəkildə məşq etməzdən öncə həkimlə məsləhətləşmək, məşqləri peşəkar təlimçi nəzarəti altında yerinə yetirmək və bədənin verdiyi siqnallara diqqətlə yanaşmaq vacibdir. Hamilə qadın məşq zamanı narahatlıq hiss edərsə, dərhal fəaliyyətini dayandırmalı və həkiminə məlumat verməlidir.

- Sağlam hamiləlik üçün mütəmadi həkim nəzarəti şərtdirmi?

- Hamiləlik müddətində ən önəmli və dəyişməz şərtlərdən biri isə müntəzəm tibbi nəzarətdir. Hər bir qadın bu dövrdə həkim nəzarətində olmaqla, ana və körpə həyatına yönəlik risklərin erkən mərhələdə aşkarlanması və qarşısının alınması imkanına malik olur. Tibbi nəzarət çərçivəsində ultrasəs müayinələri ilə dölün inkişafı mərhələli şəkildə izlənilir, qan və sidik analizləri vasitəsilə ananın sağlamlıq durumu qiymətləndirilir, infeksiyaların, şəkərli diabetin və qan azlığının qarşısı vaxtında alınır. Eyni zamanda, kardiotokoqrafiya (KTQ) müayinəsi ilə dölün ürək döyüntüləri və hərəkətləri izlənir, bu da doğuşa hazırlığın daha təhlükəsiz keçməsinə imkan verir. Bundan əlavə, doğuşa hazırlıq kursları vasitəsilə ana namizədlər tənəffüs texnikaları, doğuş zamanı tətbiq ediləcək üsullar və doğuşdan sonrakı əmizdirmə mərhələsi barədə ətraflı məlumatlandırılır.
Sonda qeyd etmək lazımdır ki, hamiləlik dövrü sadəcə bioloji bir proses deyil, həmçinin gələcək nəsillərin sağlamlıq bünövrəsinin qoyulduğu mühüm bir dövrdür. Düzgün qidalanma, nizamlı fiziki fəaliyyət, psixoloji sabitlik və peşəkar tibbi nəzarət bir-biri ilə əlaqəli şəkildə işləməli, sistemli və davamlı şəkildə həyata keçirilməlidir. Sağlam ana, sağlam gələcəyin ən əsas zəmanətidir və hər sağlam körpə, cəmiyyətin sağlam inkişafına atılmış ən vacib addımlardan biridir. Bu səbəbdən də hamiləlik dövrünə verilən dəyər, əslində bütöv bir gələcəyə verilmiş dəyərdir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Oktyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri