Sahibsiz itlər qoyun sürüsünə hücum etdi: Şəkidə insanlar və heyvanlar risk altında
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şəki şəhərinin Salman Mümtaz küçəsində Sadəddin Allahverdiyevə məxsus fərdi yaşayış evinin bağında sahibsiz itlər sürü ilə hücum edərək iki qoyunu parçalayıb, birinə isə xəsarət yetiriblər.
Kənd sakinlərinin sözlərinə görə, son vaxtlar sürü halında dolaşan sahibsiz itlərin sayı artıb. Əgər bununla bağlı hər hansı bir tədbir görülməsə, növbəti qurban uşaqlar ola bilər.
Şəki Rayon İcra Hakimiyyətindən bildirilib ki, problemin həlli istiqamətində müəyyən təkliflər hazırlanıb, aidiyyəti dövlət orqanları ilə məsləhətləşmələr aparılıb, qeyri-hökumət təşkilatlarına müraciət olunub. Vurğulanıb ki, şəhər ərazisində sahibsiz heyvanlar üçün xüsusi sığınacaqların olmaması bu sahədə çətinliklər yaradır.
Şəki Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətindən isə qeyd olunub ki, epizootik plana uyğun olaraq sahibsiz itlər arasında quduzluğa qarşı vaksinasiya inyeksiya tədbirləri görülüb və bu işlər davam etdirilir.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Sahibsiz itlər qoyun sürüsünə hücum etdi: Şəkidə insanlar və heyvanlar risk altında
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 14 Oktyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















