Şairdən tonqalı satanlara: Novruz bayramını da satarsınız...
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Şair Şəhriyar Del Gerani sosial şəbəkədə Novruz ənənələrinin dəyəri ilə bağlı diqqətçəkən paylaşım edib.
Bakıvaxtı.az-ın xəbərinə görə, o, bəzi insanların müxtəlif bəhanələrlə milli adət-ənənələrdən uzaqlaşdığını qeyd edərək, Novruzun simvolik dəyərlərinin “satılması” məsələsinə münasibət bildirib.
Paylaşımda belə deyilir:
“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım… O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəhanələrlə məndən uzaqlaşırlar - fala baxdırmağa, it boğuşdurmağa, xoruz döyüşdürməyə, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və bu kimi ‘vacib’ əməllərə… Şəkərburanı satdınız, dinmədim. Paxlavanı satdınız, dinmədim. Səmənini - Allahın səmənisini satdınız, yenə dinmədim. Bunu da satmayın. Tonqalı da satarlarmı? Adam odunu satar heç? Bu gün-sabah, haşa, bütövlükdə Novruz bayramını satsanız, təəccüblənmərəm”.
Yazıçının bu satirik reaksiyası sosial şəbəkələrdə geniş müzakirələr doğurub.
Qeyd edək ki, marketlərdə bayram tonqalının satışa çıxarılması ictimaiyyət tərəfindən xoş qarşılanmayıb. Novruzun əsas simvollarından olan tonqalın kommersiya predmetinə çevrilməsi birmənalı qarşılanmayıb. İzləyicilər odun müqəddəs sayıldığını, buna görə də satışının ənənələrə uyğun olmadığını bildiriblər.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 19 Mart 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















