Icma.az
close
up
RU
Saşa İliç haqda şok faktlar heç bir klubda bir ildən artıq qala bilməyib!

Saşa İliç haqda şok faktlar heç bir klubda bir ildən artıq qala bilməyib!

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sumqayıt”ın baş məşqçi postunu kimin tutacağı ilə bağlı uzun müddət davam edən intizara dünən səhər son qoyuldu.

“Gənclik şəhəri”nin komandası serbiyalı mütəxəssis Saşa İliçə tapşırıldı.

“Sumqayıt” xəbəri ictimaiyyətə belə açıqlayıb: “Sumqayıt" FK baş məşqçi Saşa İliçlə müqavilə imzalayıb. Bu gün “Sumqayıt” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib. “Azərikimya” İB-nin inzibati binasında baş tutan iclasda əsas komandamızın yeni baş məşqçisi Saşa İliç şura üzvlərinə təqdim olunub. UEFA PRO kateqoriyasına sahib 47 yaşlı serbiyalı mütəxəssis və onun köməkçiləri ilə 1 illik müqavilə imzalanıb. İclasda Müşahidə Şurasının sədri Elnur Məmmədli çıxış edərək yeni baş məşqçiyə uğurlar arzulayıb və üzvlərə klubun yeni mövsümdəki planları barədə məlumat verib. O bildirib ki, "Sumqayıt" Futbol Klubu olaraq daim Sumqayıt şəhərinin və şəhər sakinlərinin dəstəyini hiss edirlər. Hər zaman komandanın yanında olan azarkeşləri sevindirmək üçün klub rəhbərliyi olaraq əllərindən gələni edəcəklər. Daha sonra prezident Riad Rəfiyev komandanın növbəti mövsüm üçün hazırlıq planı və təlim-məşq toplanışı barədə çıxış edib. Yeni baş məşqçimiz Saşa İliç ona etimad göstərib buraya dəvət etdikləri üçün klub rəhbərliyinə təşəkkürünü bildirib. Mütəxəssis “Sumqayıt” Futbol Klubunun Sumqayıt şəhərinin adına layiq çıxış etməsi üçün əlindən gələni edəcəyini və uğurlu mövsüm keçirməyə çalışacaqlarını vurğulayıb. Saşa İliç daha sonra ev oyunlarımızı keçirdiyimiz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və “SOCAR Polymer” təlim-məşq bazası ilə tanış olub”.

Bəs Saşa İliç kimdi, “Sumqayıt”a nə dərəcədə xeyir verə bilər?
Baş məşqçi kimi ilk iş yeri ölkəsinin “Çukariçki” klubu olub. İliç 2021/22 mövsümünün əvvəlində baş məşqçi postuna gətirilib, apreldə qovulub. Növbəti mövsümün əvvəlində - 2022-nin iyununda Sofiya ÇSKA-sının “sükanı arxasına” keçən mütəxəssisin ən uzunmüddətli iş yeri elə bura olub. 2023-ün iyulunda Bolqarıstan klubundan da ayrılıb. Amma işsiz günləri o qədər də uzun sürməyib. 2023-ün oktyabrından Yunanıstanın “Atromitos” klubunu çalışdırmağa başlayıb. “Atromitos” mövsümü 8-ci yerdə bitirib və İliç ötən ilin mayında Yunanıstandan ayrılıb. Amma cəmi iki gün sonra Rusiyada görünüb. Ötən il mayın 4-də Nijni-Novqorod təmsilçisi “Pari”ni çalışdırmağa başlayıb. Bu komanda mövsümün sonunda 13-cü yeri tutub, pley-offda isə “Soçi”yə uduzmaqla elitada yerini itirib. Ancaq soydaşımızın sahibi olduğu “Ximki” elitadan qovulduğundan “Pari” burda qalıb.
İliçin sevimli taktikası 4-3-3-dü. Açığı, CV-sinə, indiki karyerasına baxanda onu Aleksey Baqaya oxşatdım. Təki yanılım. Yeni baş məşqçinin “böyük şəhərin tək komandası” ilə nələri bacaracağını zaman göstərəcək.
MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyul 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see199

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see136

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see130

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri