Icma.az
close
up
RU
Sberbank a qarşı sanksiya tətbiq oluna bilərmi? Xaqani Cəfərli yazır

Sberbank a qarşı sanksiya tətbiq oluna bilərmi? Xaqani Cəfərli yazır

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xaqani CƏFƏRLİ

Martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən ABŞ-Ukrayna danışıqlarında rəsmi Kiyevin 30 gün ərzində dərhal müvəqqəti atəşkəslə bağlı Tramp administrasiyasının təklifini qəbul etməsi yeni siyasi şərait yaratdı. Bundan sonra bütün diqqətlər Rusiyaya yönəldi. Rusiyanın 30 günlük atəşkəsə müsbət yanaşmadığı haqqında məlumatlar yayılmağa başladı.

"Bloomberg" agentliyinin məlumatına görə, Qərb kəşfiyyat orqanları Rusiya prezidenti Vladimir Putinin kompromislərə hazır olmadığını düşünürlər. Qeyd edilir ki, Putin onun şərtlərinin nə Ukrayna, nə də avropalılar tərəfindən qəbul ediləcəyini başa düşür və müharibəni davam etdirməyin yeganə yol olduğuna inanır. Vaşinqtonda isə hesab edirlər ki, münaqişənin hərbi həlli yoxdur. "Axios" nəşri isə Ağ evdəki mənbələrinə istinad edərək yazır ki, Putinin davranışı Trampı qəzəbləndirməyə başlayıb. Ukraynaya Amerika silahlarının və kəşfiyyat məlumatlarının verilməsinin bərpa olunması da bununla izah edilir. 

"Reuters" agentliyinin məlumatına görə, ABŞ-ın Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etdiyini nəzərə alan Kreml Səudiyyə danışıqlarının nəticəsini "tələ" kimi qiymətləndirir. Elə bir vəziyyət yaranıb ki, Kremlin sərt nəzarəti altında olan təbliğat maşının təmsilçiləri də Vaşinqtonin diktəsi ilə əldə olunacaq atəşkəsin intihar və ya evtanaziya olacağı ilə bağlı xəbərdarlıq edirlər. Lakin sanksiyaların davam etməsi də eyni aqibəti qaçınılmaz edir.

Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir ki, Rusiyanın neft və neft məhsullarının ixracından əldə etdiyi gəlirlər 2025-ci ilin fevralında yanvar ayı ilə müqayisədə 2,44 milyard dollar azalaraq 13,28 milyard dollara düşüb. Başqa bir məlumata görə, Rusiyada ilin əvvəlindən avtomobil yolu ilə yükdaşımaların həcmi kəskin şəkildə azalıb. Yanvar-fevral aylarında avtomobil yolu ilə yükdaşımaları illik müqayisədə 30 faiz aşağı düşüb. Bəzi bölgələrdə isə azalma 40 faizə çatıb. Əsas səbəb istehlakçı aktivliyinin kəskin azalmasıdır. Ekspetlər qeyd edirlər ki, yükdaşıma bazasında azalma ötən ilin avqust ayından müşahidə olunur.

Çox maraqlıdır ki, oxşar proses Rusiyanın əsas xarici ticarət tərəfdaşı Çinlə münasibətdə də müşahidə olunur. "Kommersant"ın məlumatına görə, 2025-ci ilin ilk aylarında Çindən mal alışı kəskin şəkildə azalıb. Bu, həm kütləvi seqmentlərə - geyim və məişət texnikası, həm də mürəkkəb sənaye avadanlıqları ilə bağlı qeydə alınıb. "KVT" gömrük brokeri şirkətinin prezidenti Yuliya Şlenskaya qeyd edib ki, Çindən mal idxalı adətən mart ayında artsa da, bu il azalma davam edir.

Sanksiyaların təsirləri böyük istehsal müəssisələrinin fəaliyyətində daha ciddi müşahidə olunmağa başlayıb. Orenburq vilayətinin ən böyük müəssisələrindən biri olan Novotroitsk Kimya Xammal Zavodu xrom filizi tədarükünün dayandırılması səbəbindən fəaliyyətini dayandırıb. Səbəb isə Avropanın sanksiyalarının tətbiqindən sonra müəssisəni xrom filizi ilə təmin edən Qazaxstan şirkətin əməkdaşlıqdan imtina etməsidir. Onlarla növ məhsul istehsal edən zavodda 1.4 min nəfər işləyirdi. İndi onların hamısı iş yerlərini itirmək təhlükəsi ilə üzləşiblər. Bütün bu məlumatlar Avropa ilə münasibətlər yumşalmadan Ukraynaya qarşı müharibənin dayandırılması və sülh danışıqlarına başlanmasının fayda verməyəcəyi qənaətini gücləndirir. Avropa ilə münasibətlərin yumşalması isə mümkün görünmür. Rusiya prezidentinin köməkçisi və Hərbi Dəniz Qüvvələri Kollegiyasının sədri Nikolay Patruşev "Milli Müdafiə" jurnalına müsahibəsində bildirib ki, Finlandiya Rusiyaya qarşı hərbi əməliyyatlar üçün NATO-nun potensial məntəqəsinə çevrilməyə başlayıb. Patruşev hazırkı vəziyyəti İkinci Dünya müharibəsi zamanı Kareliyanın işğalı ərəfəsindəki vəziyyətlə müqayisə edib. Belə görünür ki, Avropa qitəsində yeni bir münaqişə ocağı yarana bilər. Finlandiya isə Ukraynadan fərqli olaraq NATO və Avropa İttifaqının üzvüdür. Rusiyanın təhdidləri ilə üzləşən Finlandiyanın Rusiyaya qarşı Avropanın münasibətinin yumşalmasına imkan verməyəcəyini ehtimal etmək çətin deyil.

ABŞ Senatı isə Rusiyanı atəşkəsə və sülh danışıqlarına vadar etmək üçün yeni sanksiyalarla bağlı qanun qəbul edə bilər. Cənubi Karolinadan olan respublikaçı senator Lindsi Qremin təşəbbüsü ilə gündəmə gələn yeni sanksiyalar Rusiya ilə yanaşı, həm də Rusiya mallarını, o cümlədən neft, qaz və uran alan ölkələrə qarşı sanksiyalar və tarifləri əhatə edəcəyi iddia olunur. Respublikaçı senatorların liderlərindən biri hesab olunan Qrem bildirib ki, Ukraynaya qarşı işğalçılıq siyasətinə görə Rusiyanın sarsıdıcı sanksiyaların iqtisadi ağrısını hiss etməsinin vaxtıdır. Trampın özü də son bir həftə də iki dəfə Rusiyanı təhdid edib. Martın 7-də Tramp özünün "Truth Socialn" sosial şəbəkəsində atəşkəs və yekun sülh razılaşması əldə olunana qədər Rusiyaya qarşı kütləvi sanksiyalar və tarifləri nəzərdən keçirdiyini yazmışdı. Ardınca, martın 12-də Ağ evdə jurnalistlərin suallarını cavablandırkən Rusiyanı növbəti dəfə sanksiyalarla hədələyib. ABŞ prezidenti deyib ki, "maliyyə baxımından Rusiya üçün arzuolunmaz şeylər edilə bilər". Tramp bildirib ki, bu "maliyyə problemləri" Moskva üçün "dağıdıcı" ola bilər.

Ekspertlər hesab edir ki, Trampın və senator Qremin səsləndirdiyi təhdid Rusiyanın maliyyə sektorunun məhv edilməsinə yönəlik sanksiyalar ola bilər. Ekspertlərə görə, Rusiyanın maliyyə-bank sektorunun taleyi "Sberbank"ın taleyindən asılıdır. "Sberbank" ötən ili böyük gəlirlə başa vurub və səhmdarlarına 752 milyard rubl qazandırıb. İndi isə "Sberbank" ABŞ-nin əsas hədəfi ola bilər. Bunun ilk əlamətləri də var. "Sberbank" Donbass üzərində Malayziya Hava Yollarına məxsus təyyarənin vuran "Donetsk Xalq Respublikası"nın yaraqlılarını maliyyələşdirməkdə ittiham olunur. Bu isə sərnişin təyyarəsinə qarşı terror aktı kimi dəyərləndirilən hadisəyə görə "Sberbank"ın məsuliyyətə cəlb edilməsidir. Artıq ABŞ məhkəməsi dövlət bankı statusunun "Sberbank"a toxunulmazlıq hüququ vermədiyi ilə bağlı qərar çıxarıb. "Sberbank"ın mühakimə olunması ilə bağlı iddia 2019-cu ilin aprelində qaldırılıb. İddiaçı Malayziya Hava Yollarına məxsus MH17 reysində həyatını itirən Kuin Şansmanın ailəsi tərəfindən qaldırılıb. "Sberbank" dövlət qurumu olduğunu və başqa ölkələrdə məhkəməyə verilə bilməyəcəyini əsas gətirərək iddiaya etiraz etmişdi. Lakin Manhettendə 2-ci Dairə Apellyasiya Məhkəməsinin üç hakimi bu işdə suveren toxunulmazlıq prinsipinin "Sberbank"a şamil olunmadığına qərar verib. Hakim Cozef Byanko bildirib ki, "Sberbank" tərəfindən həyata keçirilən pul köçürmələri "tipik kommersiya fəaliyyəti" olub, ona görə də bank Xarici Dövlət İmmunitetləri Aktının müdafiəsi dairəsinə daxil edilə bilməz. Hakim Byanko onu da qeyd edib ki, "Sberbank" ABŞ-nin bank sistemi vasitəsilə Ukraynada terrorçu hesab edilən və ABŞ-da sanksiyalara məruz qalan təşkilatın xeyrinə kommersiya əməliyyatları həyata keçirib. İndi isə prezident Tramp və senator Qrem Rusiyanın maliyyə-bank sektorunu hədəf alacaq sərt sanksiyalardan bəhs edirlər. Artıq "Sberbank"ın səhmlərinin ucuzlaşması müşahidə olunmağa başlayıb. Ekspertlər isə qeyd edirlər ki, əgər sərt sanksiyalar tətbiq edilsə, öncə "Sberbank", ardınca Rusiyanın maliyyə-bank sektoru tamam çökə bilər. Bu isə öncə iqtisadiyyatda, ardınca da cəmiyyətdə xaosa səbəb ola bilər. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də güclü qasırğa 31 nəfəri öldürdü

16 Mart 2025 06:23see281

Bir yaşlı Banunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

16 Mart 2025 10:49see272

Rubio Lavrovla razılıq ƏLDƏ ETDİ

16 Mart 2025 08:56see248

Mehriban Əliyeva ilə Matviyenkonun görüşü oldu VİDEO

16 Mart 2025 19:20see243

4 bürcün qapısını böyük xoşbəxtlik döyəcək: ÇOX AZ QALDI

16 Mart 2025 09:34see229

Papa Fransiskin səhhəti yaxşılaşır

16 Mart 2025 06:32see162

Masazırdakı dueldə də qazanan olmadı

16 Mart 2025 08:18see156

Konqres “Azadlıq radiosu”nun maliyyələşdirilməsini dayandırıb

16 Mart 2025 04:02see149

Yerli problemləri beynəlxalq gündəmə daşıyan forum

16 Mart 2025 03:58see147

Unikal platforma Yeni Gündəm

16 Mart 2025 10:02see134

Lider İnter 3 cü pillədəki Atalanta nın qonağı olacaq

16 Mart 2025 15:43see134

Haber Global : Bakı Forumu təkcə Qafqaz üçün bütün dünya üçün önəmli tədbirlərdəndi

16 Mart 2025 04:01see132

Haalanddan növbəti uğur Premyer Liqada liderdir

16 Mart 2025 11:22see131

Bakıda tamet sexi yandı VİDEO

16 Mart 2025 10:01see129

Qarın yağını yandırmaq üçün gündə neçə addım atmaq lazımdır..?

17 Mart 2025 01:08see125

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see125

Böyük Qərb şirkətləri Rusiyaya qayıtmaqdan imtina ediblər

16 Mart 2025 04:00see123

SON XƏBƏR: ABŞ və Britaniya Yəmənə hava zərbələri endirir

16 Mart 2025 04:00see123

Sahurda yeyilməməsi lazım olan 10 qida

16 Mart 2025 07:00see121

Prezident Ərdoğan gənclərlə görüşüb VİDEO Yeni Gündəm

16 Mart 2025 23:39see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri