Icma.az
close
up
RU
Sea Breeze də mənzil sahibi olmaq fürsəti sadəcə 1 bilet uzaqlığında

Sea Breeze də mənzil sahibi olmaq fürsəti sadəcə 1 bilet uzaqlığında

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

27 iyul 2025-ci il tarixində Bakı Olimpiya Stadionunda keçiriləcək dünya ulduzu Justin Timberleykin möhtəşəm konserti təkcə musiqi sevərlərə unudulmaz anlar yaşatmaqla kifayətlənməyəcək. Bu dəfə səhnə ətrafındakı həyəcanla yanaşı, tamaşaçılardan biri Sea Breeze-də mənzil qazanmaq şansını əldə edəcək.

Lent.az xəbər verir ki, “Sea Breeze” şirkəti və “iTicket Production” ilə birgə “Sea Breeze-də mənzil biletlə” adlı reklam aksiyasına start verib. Aksiya çərçivəsində konsertə bilet alan və tədbirdə iştirak edən şəxslər arasından biri təsadüfi seçimlə müəyyən olunaraq, Park Lane kompleksində yerləşən 37.5 m²-lik studiya tipli mənzilə sahib olacaq.

Aksiyada iştirak etmək üçün əlavə heç bir addım tələb olunmur - sadəcə konsertə bilet almaq və tədbirdə şəxsən iştirak etmək kifayətdir. Reklam Aksiyasının sonuncu günü 26 iyul 2025-ci ildir.

Hər bir bilet üzərindəki unikal ştrix-kod vasitəsilə avtomatik olaraq aksiyada iştirak edir. Qalib isə tədbirdən sonra üç gün ərzində təsadüfi seçim yolu ilə müəyyən ediləcək və nəticələr @seabreeze.realestate rəsmi Instagram səhifəsində elan olunacaq.

Qalib şəxsə bilet alışı zamanı qeyd etdiyi telefon nömrəsi və ya e-poçt ünvanı vasitəsilə rəsmi məlumat veriləcək. Aksiyada yalnız 18 yaşdan yuxarı şəxslər iştirak edə bilər.
Aksiyada iştirak etmək istəməyən şəxslər bu barədə [email protected] ünvanına elektron məktub göndərməlidir. Məktubun mövzusu “Aksiyada iştirakdan imtina” olmalı və aşağıdakı mətn daxil edilməlidir:

“Mən, [Ad, Soyad], 27.07.2025-ci il tarixində keçiriləcək Castin Timberleyk konserti çərçivəsində təşkil olunmuş Reklam Aksiyasında iştirakdan imtina edirəm. Biletimin iştirakdan çıxarılmasını xahiş edirəm.” Məktuba biletin surəti əlavə olunmalıdır.

Ətraflı qaydalarla tanış olmaq üçün rəsmi keçiddən istifadə edə bilərsiniz:
https://iticket.az/page/apartment-in-sea-breeze-for-the-ticket
Dünyanın ən tanınmış pop ifaçılarından biri olan Justin Timberlake, musiqi, kino və şou-biznes sahəsində fəaliyyəti ilə seçilir. O, həmçinin aktyorluq, prodüserlik və biznes sahəsində də uğurları ilə tanınır.

90-cı illərin sonlarında NSYNC qrupunun üzvü kimi dünya şöhrəti qazanan Timberlake, qısa zamanda solo karyerasına başlayaraq öz adını pop musiqisinin zirvəsinə yazdırdı. Həmin illərdə Justin, ilk albomu “Justified” olan, daha sonra “FutureSex/LoveSounds” və “The 20/20 Experience” kimi albomlarla milyonlarla dinləyicini ələ almışdır.

Justin-in uğurları təkcə musiqi ilə məhdudlaşmır. 10 “Grammy”, 4 “Emmy” və “Can’t Stop the Feeling!” hitinə görə “Oskar” nominasiyasına layiq görülən ifaçı dünya üzrə musiqi sıralamalarını titrədərək milyonların sevimlisinə çevrilmişdir. O, həmçinin bir çox Hollivud filmlərində aktyor kimi uğurla çıxış etmişdir.

Karyerası ərzində 54 milyondan çox albom və 63 milyondan çox sinql sataraq, Justin Timberlake dünya miqyasında bir ulduza çevrilib.

Tədbirə biletləri iTicket.az saytı, mobil tətbiqi və şəhərin bütün kassalarında əldə edə bilərsiniz.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 İyun 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri