“SEÇKİNİN NƏTİCƏSİNİ QƏBUL ETMİRİK” Zatulin Moskvanın mövqeyini açıqladı
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Biz heç bir şəkildə Ermənistandakı son seçkiləri demokratik və ya ümumi qəbul edilmiş standartlara uyğun hesab edə bilmərik. Ədalətli seçki rəqabəti üçün şərtlər yerinə yetirilmədiyi üçün bunu edə bilmərik".
“AzPolitika” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri üzrə Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin "Moskovski Komsomolets" qəzetinə verdiyi müsahibədə deyib.
O bildirib ki, Moskva parlament seçkilərindən sonra Ermənistandakı siyasi vəziyyətlə bağlı "prinsipial mövqe" tutmalı, lakin eyni zamanda mövcud hökumətlə əlaqələrini davam etdirməlidir.
O, həmçinin seçki prosesində siyasi rəqabət üçün bərabər şəraitin olmadığını və müxalifətə qarşı təzyiq edildiyini bildirib.
"Biz bəyan edirik ki, bu seçkilərin nəticələrini ədalətli və obyektiv qəbul etmirik. Lakin biz Ermənistanla ittifaqda olduğumuz və ənənəvi olaraq əlaqələr qurduğumuz üçün, hazırda ədalətsiz, qeyri-demokratik seçkilər nəticəsində hakimiyyətdə qalan insanlar tərəfindən idarə olunduğuna əsaslanaraq, onunla işləməyə davam edəcəyik", - deyə ermənipərəst deputat bildirib.
O əlavə edib ki, Moskva seçkinin de-yure nəticələrini tanımamaq siyasi mövqeyini qoruyub saxlayacaq, lakin mövcud Ermənistan hakimiyyəti ilə əməkdaşlığı davam etdirəcək.
Zatulin həmçinin Rusiya və Ermənistan arasında iqtisadi münasibətlərinin perspektivləri, o cümlədən Ermənistan mallarının idxalına qoyulan məhdudiyyətlərin davam etdirilməsi barədə danışıb. O, İrəvanın Aİ-yə doğru siyasi kursundakı dəyişikliklərin əməkdaşlıq şərtlərinin yenidən nəzərdən keçirilməsinə səbəb ola biləcəyini deyib.
Enerji qiymətlərinə gəldikdə isə o qeyd edib ki, bu məsələ Ermənistanın strateji seçimlərindən və ikitərəfli münasibətlərin formatından asılı olaraq həll olunmalıdır.
Zatulin həmçinin Rusiyanın regiondakı hərbi mövcudluğu mövzusuna toxunaraq, Rusiyanın buna yenidən baxmayacağını, lakin Ermənistan tərəfinin mümkün addımlarına cavab verəcəyini vurğulayıb.
Sonda o, Moskva ilə İrəvan arasında siyasi əlaqələrin səviyyəsinin azaldıla biləcəyini qeyd edib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 19 İyun 2026 20:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















