“Seçkiöncəsi dövrdə belə təxribatlar mütləq olacaq”
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin seçkiöncəsi dövrdə baş verə biləcək hər hansı təxribat cəhdlərinin qarşısının qətiyyətlə alınmasını tələb edib.
Bu barədə dövlət başçısı keçirilən xidməti müşavirə zamanı danışıb.
Putin hüquq-mühafizə və xüsusi xidmət orqanlarına müraciət edərək, təhlükəsizlik tədbirlərinin maksimum dərəcədə artırılmasının vacibliyini vurğulayıb:
“Diversiya və terror aktları törətmək cəhdlərinin, ekstremist xarakterli təzahürlərin qarşısı ən qətiyyətli və sərt şəkildə alınmalıdır. Seçkiöncəsi dövrdə belə təxribatlar, o cümlədən xaricdən təşkil olunanlar mütləq olacaq”.
Rusiya lideri həmçinin qeyd edib ki, ölkənin yeni regionlarında (ilhaq edilmiş ərazilərdə) sakinlərin azad seçimini qorumaq üçün bütün lazımi addımlar atılmalıdır.
O, radikal qruplaşmaların və beynəlxalq terror strukturlarının fəaliyyəti fonunda Rusiyada terror təhlükəsi risklərinin artdığını bildirib:
“Bu səbəbdən müşavirənin gündəliyinə antiterror sisteminin təkmilləşdirilməsi və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı kompleks məsələlər daxil edilib. Bu mövzular daim dövlətin diqqət mərkəzindədir”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 29 Aprel 2026 00:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















