Icma.az
close
up
RU
Qafqaz regionu ilə nəqliyyat əlaqələrinin inkişafında maraqlıyıq Səfir

Qafqaz regionu ilə nəqliyyat əlaqələrinin inkişafında maraqlıyıq Səfir

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycanla Ukrayna arasında mövcud əlaqələr ticarət, energetika, infrastruktur, mədəniyyət, təhsil və digər sahələrdə uğurla inkişaf etmək üçün geniş potensiala malikdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümünə həsr olunan tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Yuri Husev bildirib.

O deyib ki, ötən müddətdə daha da güclənən münasibətlərimiz möhkəm etimad, suverenlik və müstəqilik hüququna hörmət prinsiplərinə əsaslanır.

O həmçinin son olaraq ölkəsinə göstərilən 1 milyon dollar həcmində humanitar dəstəyə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edib.

Diplomatın sözlərinə görə, hazırda ölkələrimizin iqtisadi-ticari əlaqələri yeni mərhələyə qədəm qoyub.

O xüsusilə Ukraynanın regionda xüsusilə "Orta dəhliz"in inkişafında maraqlı olduğunu qeyd edib.

Diplomat həmçinin ölkəmizin Ukraynadakı humanitar minatəmizləmə əməliyyatlarında uğurla iştirak etdiyinə toxunub:

"Biz "Orta dəhliz"in bərpası və bu əhəmiyyətli marşrut üzrə Qafqaz regionu ilə nəqliyyat əlaqələrinin inkişafında maraqlıyıq. Ölkəmiz Azərbaycanın xüsusilə də bizim enerji sektorunun dayanıqlığının təmin edilməsi, habelə Ukrayna ərazisində həyata keçirilən minatəmizləmə əməliyyatlarına göstərdiyi dəstəyi yüksək qiymətləndirir. Azərbaycan həmçinin ölkəmizdə müharibədən əziyyət çəkən uşaqların reabilitasiyası üzrə mühüm işlər görüb. Onu da qeyd etmək istəyirəm ki, xeyli sayda azərbaycanlı Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarından keçib. Onların hər birinin adı Ukraynanın Azərbaycandakı səfirliyinin binasında həkk olunub".

Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Gəray Muradov ölkələrimiz arasında əlaqələrin Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə möhkəm təməllər üzərində qurulduğunu qeyd edib.

Milli Məclisin üzvü, Azərbaycan-Ukrayna Dostluq Qrupunun rəhbəri Əlibala Məhərrəmzadə əlaqələrimizin daha da güclənəcəyinə inam ifadə edib:
"Biz bu münasibətlərin daha da möhkəmləndirmək məqsədilə səylərimizi davam etdirəcəyik".

Ali Radadakı Ukrayna-Azərbaycan Dostluq Qrupunun rəhbəri Vladimir Kraydenko iki ölkənin çoxşaxəli əməkdaşlıq və dostlunu yüksək qiymətləndirdiyini deyib:

"Bizim bu strareji münasibətlərin daha da irəlilədilməsi üçün son dərəcə geniş və əhatəli potensialımız var. Mövcud imkanlardan istifadə etməklə, əməkdaşlığımızın daha da yüksək səviyyələrə çıxarılmasında maraqlıyıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Fevral 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see197

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see130

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see130

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri