Şəhid övladı: Atamın uğrunda canından keçdiyi Vətənim üçün layiqli övlad kimi yetişməyi qarşıma məqsəd qoymuşam
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvan, 4 sentyabr, AZƏRTAC
Vətən müharibəsi şəhidi, "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş Ruzi İbrahimovun övladı Gülay İbrahimova Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub. O, ali təhsilini uğurla davam etdirərək qəhrəman atasının uğrunda canından keçdiyi Vətəninə layiqli bir övlad kimi yetişməyi qarşısına məqsəd qoyub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, o, bu barədə sentyabrın 4-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdə bildirib.
Səlahiyyətli nümayəndə Gülay İbrahimovanı tələbə adını qazanması münasibətilə təbrik edib, ona sağlam həyat, təhsilində və gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, dövlətimiz Vətən fədailərinin qəhrəmanlıqlarını unutmur, onların bizə əmanəti olan övladlarına daim xüsusi qayğı göstərir.
Fuad Nəcəfli şəhid övladının qayğıları ilə maraqlanıb.


