Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Səhiyyə Nazirliyinin elmitədqiqat institutları və mərkəzlərinin illik fəaliyyəti təhlil edilib AZƏRTAC

Səhiyyə Nazirliyinin elmitədqiqat institutları və mərkəzlərinin illik fəaliyyəti təhlil edilib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 dekabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin tabeliyində olan elmi-tədqiqat institutları və mərkəzlərinin rəhbərlərinin iştirakı ilə 2024-cü ilin yekunlarına və növbəti ildə həyata keçiriləcək tədbirlərə həsr olunan iclas keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda çıxış edən səhiyyə naziri Teymur Musayev səhiyyə sisteminin inkişafının ölkəmizdə prioritet məsələlərdən olduğunu vurğulayıb: “Bu il respublikamızda səhiyyə infrastrukturunun daha da möhkəmləndirilməsi, göstərilən xidmət səviyyəsinin artırılması, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və rəqəmsallaşdırma işlərinin genişləndirilməsi istiqamətində bir sıra zəruri addımlar atılıb. Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən ölkə səhiyyəsinin müasir tendensiyalara cavab verməsi və əhalinin tibb xidmətlərindən məmnunluq səviyyəsinin və əlçatanlığının daha da artırılması ilə bağlı sistemli işlər görülür”.

O, elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsallaşdırma və innovativ texnologiyalarının daha geniş tətbiqi, işğaldan azad edilən ərazilərdə səhiyyə ocaqlarının inşası və digər istiqamətlərdə mühüm işlərin görüldüyünü bildirib: “Nazirlər Kabinetinin 2023-cü il aprelin 14-də verdiyi Sərəncama əsasən, ölkədə səhiyyə sahəsinin rəqəmsallaşdırılması çərçivəsində önəmli yeniliklərdən olan “Elektron Resept Sistemi” Səhiyyə Nazirliyi tərəfindən 2024-cü il mayın 1-dən etibarən istifadəyə verilib”.

Prezidentin müvafiq Fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində Respublika Qan Bankının yaradıldığını qeyd edən nazir deyib: “Dövlət başçısının imzaladığı sənədin icrası məqsədilə Respublika Qan Bankının Bakı şəhəri ilə yanaşı, ölkənin digər bölgələrində də fəaliyyətinin genişləndirilməsi prioritet məsələrdəndir. Dövlət başçısının digər Fərmanı ilə 2023-cü il yanvarın 1-dən etibarən 9 Elmi-Tədqiqat İnstitutu və Mərkəzi Səhiyyə Nazirliyin tabeliyinə verilib. Həmin müddət ərzində qurumların maliyyələşdirilməsi və optimal idarəçilik prinsiplərinin qurulması istiqamətində mühüm addımlar atılıb”.

Qarşıda duran vəzifələr və fəaliyyət istiqamətlərindəki çatışmazlıqlar təhlil edilərək, gələcək üçün sistemli yanaşmanın tətbiqinə imkan verən müasir idarəçilik strategiyası, əhali üçün daha əlçatan və mütərəqqi tibbi xidmətlər platformasının hazırlanmasının vacibliyi qeyd edilib. Həmçinin nazirlik tərəfindən istifadəyə verilən “Elektron Resept Sistemi”ndən daha geniş istifadənin reallaşdırılması və nazirliyin tabeliyindəki bütün qurumlarda birmənalı bu sistemə keçidlə bağlı tapşırıqlar verilib.

Səhiyyə Nazirliyinin tabeliyində olan K.Y.Fərəcova adına Elmi-Tədqiqat (ET) Pediatriya İnstitutunun direktoru Aynur Poluxova, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev, akademik C.M.Abdullayev adına ET Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova, ET Travmatologiya və Ortopediya İnstitutunu direktoru Rüstəm Talışinski, ET Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova, ET Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova, ET Tibbi Bərpa İnstitutunun direktoru Mətanət Əfəndiyeva, V.Y.Axundov adına ET Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktoru Sərdar Əsədovun hesabatları dinlənilib.

Çıxış edənlər bildiriblər ki, il ərzində tibb ocaqları bir sıra yenilik və uğurlara imza atıb, habelə müəssisə daxilində əməliyyatxana və şöbələr əsaslı təmir olunub. Hesabat dövründə “Böyük Qayıdış” proqramı çərçivəsində Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə nazirliyin tabeliyindəki qurumlar tərəfindən işğaldan azad olunan ərazilərə köçürülən vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı maarifləndirici aksiyalar və müxtəlif istiqamətlərdə kompleks tibbi müayinələr aparılıb. Diqqətə çatdırılıb ki, cari ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səhiyyə Nazirliyinin K.Y.Fərəcova Elmi-Tədqiqat Pediatriya və Elmi-Tədqiqat Mamalıq və Ginekologiya institutlarını ziyarət edib. Leyla Əliyeva tərəfindən hər iki tibb müəssisəsinə yüksəktezlikli süni tənəffüs cihazları, küvəzlər və digər müasir tibbi avadanlıqlar hədiyyə olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti, həmçinin nazirliyin Milli Hematologiya və Transfuziologiya Mərkəzini ziyarət edib. Leyla Əliyeva tibb ocaqlarında müalicə alan uşaqların valideynləri ilə görüşüb, tibb ocaqlarında yaradılan şəraitlə tanış olub.

Bundan əlavə, oktyabrda Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası çərçivəsində TDT-nin üzv və müşahidəçi ölkələrinin səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında onkologiya, kardiologiya, oftalmologiya, pediatriya, travmatologiya və ortopediya sahələrinə aid bir sıra anlaşma memorandumları imzalanıb. İmzalanmış sənədlər tərəflər arasında intensiv əlaqələr qurmaqla, elmi tədqiqatların aparılması, həmin ixtisaslarda fəaliyyət göstərən tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, kadr mübadiləsi, faydalı əməkdaşlığın təşviqi və gücləndirilməsini ehtiva edir.

Eyni zamanda, qeyd edilib ki, cari ildə I Türk Dövlətləri Kardioloji Qurultayı, ET Ağciyər Xəstəlikləri İnstitutunun 80 illik yubileyinə və Sümük İliyi Transplantasiyasının 10 illiyinə həsr olunan beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirlər Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub. Bundan əlavə, elmi-tədqiqat institutları və mərkəzlərinin mütəxəssislərinin məqalələri bir sıra tanınmış beynəlxalq nəşrlərdə dərc olunub.

Təqdimatlardan sonra nazir əldə olunan nailiyyətlərlə yanaşı, problemlərin də mövcudluğunu diqqətə çatdırıb, elmi-tədqiqat institutları və mərkəzlərində müasir yanaşmalara əsaslanan korporativ idarəetmə mexanizmlərinin tətbiqinin vacibliyini qeyd edib.

İclasın yekununda qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see272

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see271

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see218

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see210

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see206

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see192

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see192

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see180

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see167

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see166

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see150

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see147

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see145

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see145

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see142

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see139

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri