Icma.az
close
up
RU
Səlbirin tarixinə işıq salan ekspedisiya 32 metrlik müdafiə divarı aşkar edilib

Səlbirin tarixinə işıq salan ekspedisiya 32 metrlik müdafiə divarı aşkar edilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəbələ, 18 avqust, AZƏRTAC

Qəbələ rayonunun Çuxur Qəbələ ərazisində Azərbaycan- Koreya Beynəlxalq Arxeoloji ekspedisiyası bu il də birgə tədqiqat işlərini davam etdirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq 17 ildir iki ölkənin arxeoloqları qədim Qəbələ şəhəri ərazisində birgə tədqiqatlar aparırlar. Budəfəki qazıntılar Səlbir yaşayış yerinin şimal-qərb qapısı ərazisində daxili müdafiə divarının araşdırılmasına həsr olunub.

Arxeoloji tədqiqatlar AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları və Koreyanın bir neçə elmi mərkəzinin mütəxəssislərindən ibarət komanda tərəfindən aparılır. 2009-cu ildən etibarən Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji ekspedisiyası qədim Qəbələ şəhərinin Səlbir ərazisində birgə tədqiqat işlərinə başlayıb. Ötən müddətdə beynəlxalq ekspedisiya bir sıra uğurlu nəticələr əldə edib. Aparılan araşdırmalar nəticəsində Azərbaycanın qədim tarixinin bir çox məqamlarına aydınlıq gətirilib. Layihənin uğurlu nəticəsi olaraq gələcəkdə də birgə işlərin davam etdirilməsi nəzərdə tutulur.

Birgə ekspedisiya ötən dövrdə Qafqaz Albaniyası dövlətinin paytaxtı, sonralar isə Azərbaycan və Şərqin tarixində əhəmiyyətli şəhər olmuş Qəbələnin üç tarixi ərazisində Paleolit, Eneolit və Erkən Tunc dövrlərinə aid arxeoloji tədqiqatlar aparıb.

Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan- Koreya Beynəlxalq Ekspedisiyasının rəhbəri Ceyhun Eminli bildirib ki, builki tədqiqatlar əsasən yaşayış yerinin şimal-qərb hissəsində daxili müdafiə divarının araşdırlmasına həsr olunub. “Divarın tədqiqinə bir neçə il əvvəl başlanılıb və hazırda tədqiqatlar həmin istiqamətdə davam etdirilir. Maraqlı məqam ondan ibartdir ki, hazırkı günümüzə qədər müdafiə divarının 32 metrlik uzunluğu aşkar olunaraq tədqiq edilir. Daxili müdafiə divarları X-XI əsrləri əhatə edir”, - deyən ekspedisiya rəhbəri işlərin avqustun sonuna kimi davam etdiriləcəyini söyləyib.

Ötən müddətdə Qəbələ şəhərinin I-XI əsrlərə aid ərazisi olan Səlbirdə bir neçə yerdə - şimal-qərb, qərb və cənub-qərb istiqamətlərində tədqiqatlar aparılıb. Qazıntılar nəticəsində şəhərin müdafiə istehkamlarının bəzi hissələri, müxtəlif növ tikililər (şəxsi evlər, istehsalat tikililəri, hovuz, su kəməri, çirkab suları xətti), qəbirlər, eləcə də katakomba tipli qəbirlər, saxsı qablar, bəzək əşyaları aşkara çıxarılıb. Bu tapıntılar I-XI əsrlərə aid şəhərsalma və şəhər həyatının səviyyəsini tədqiq etməyə imkan verir.

Seul Milli Universitetinin professoru Yu Byon-Grok həyata keçirilən layihənin iki ölkə arxeoloqları arasında uğurlu əməkdaşlığa çevrildiyini bildirib. Koreyalı alim builki arxeoloji qazıntılar zamanı da daha maraqlı nəticələr əldə olunduğunu, araşdırmaların davam etdiyini diqqətə çatdırıb. “Azərbaycan-Koreya Beynəlxalq Arxeoloji ekspedisiyası qədim Qəbələ şəhərinin Səlbir ərazisində tədqiqatları davam edir. Birgə ekspedisiya 2009-cu ildən fəaliyyət göstərir və bu tədqiqat mövsümündə Səlbir ərazisində müxtəlif yerlərində mühüm məsələləri araşdırmağa nail olmuşuq. Hazırda isə Səlbirin şimal-qərb hissəsində uzunluğu 32 metr olan daxili müdafiə divarının yerləşdiyi yerdə, - ehtimal ki,bu ərazidədir, - tədqiqatlarımızı aparırıq. Yaxşı nəticələr əldə edəcəyimizə ümid edirik” deyən koreyalı professor birgə işin uğula davam etdiyini söyləyib.

Əvvəliki ekspedisiyalarda olduğu kimi, bu il də arxeoloji tədqiqatlar nəticəsində tapılan ən maraqlı maddi-mədəniyyət nümunələrinin saxlanılması və mütəxəssislər tərəfindən laboratoriya işlərinin aparılması üçün lazımi şərait yaradılıb. Həmin nümunələr Çuxur Qəbələ ərazisindəki Arxeoloji Mərkəzin sərgi salonunda nümayiş olunur.

Müxbir - Rasim İslamoğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri