Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

“Səmimi fransız dostluğunun” acı meyvələri

“Səmimi fransız dostluğunun” acı meyvələri

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moldovanı başa düşdük, bəs “balaca bacını” necə aldada bildin?

Ötən günlərdə Moldovada baş verən və təsadüfən Fransa ilə əlaqəli olan xoşagəlməz hadisə bu ölkənin Prezidenti Maya Sandunu ciddi şəkildə narahat edib. Dəfələrlə siyasi vicdansızlığı ilə tanınan Paris hərbi sənayedə də “özünü biabır etmək” qərarına gəlib.

Belə ki, Moldovanın rəhbəri Maya Sandu Kişinyovun Fransadan 14,5 milyon avroya aldığı GM200 radarının Ukrayna ilə sərhədə düşən pilotsuz təyyarələri aşkar edə bilmədiyini bildirib.

Bundan əvvəl Moldova Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Firladeni kəndi yaxınlığına və Riscani rayonuna düşən iki pilotsuz kəşfiyyatçı təyyarənin Rusiya Federasiyası Silahlı Qüvvələrinə aid olduğunu və onların məqsədinin Ukraynanın hava hücumundan müdafiə sistemlərini aşkar etmək olduğunu bildirmişdi. O, Rusiyanı hava məkanını pozmaqda ittiham etmişdi.

Hadisəni şərh edən Sandu dronların yoxlanıldığını, onların üzərində heç bir partlayıcı əşya aşkar edilmədiyini və onların ölkə əhalisi üçün təhlükə yaratmadığını deyib.

Moldovanın əldə etdiyi radarların Rusiya pilotsuz təyyarələrini aşkarlaya bilmədiyini təsdiqləyən Sandu, "Bütün ölkənin müdafiəsi və bütün vətəndaşların özlərini təhlükəsiz hiss etməsi üçün biz ayıq-sayıq olmağa və lazımi avadanlıqları əldə etməyə davam etməliyik" açıqlamasını verib.

Beləliklə, lovğalanan fransız hərbi texnikası öz uyğunsuzluğunu göstərdi. GM200 radarının "kor" olduğu ortaya çıxdı. Yeri gəlmişkən, Moldova Fransadan bu hərbi texnikanı almaqla “şanslı” olmayan ilk ölkə deyil.

Xatırladaq ki, bu ilin fevralında Ermənistanda bu modifikasiyanın üç radarının çatdırılmasına görə necə böyük sevinc var idi. “Daşlar ölkəsində” qürurla bəyan etdilər ki, onlar “250 kilometr məsafədə düşmən təyyarələrini aşkar etməyə imkan verir”.

Guya ki, indi onlar Azərbaycana silah sahəsində mütləq çatacaqlar, ötəcəklər və sərhəddən “bir milçək də uçmayacaq, siçan da keçməyəcək”. Moldova presedenti göstərdi ki, GM200 hətta “filin fərqinə varmağa” da qadir deyil.

Hələ əvvəllər Ermənistan Fransadan “Bastion” zirehli texnikası alıb, onun dəqiq təsvirini Azərbaycan Prezidenti İlham Əliyev verib: “...Əgər özümüzə bu fransız zibilindən, "Bastion" adlanan konserv qutularından yox, real təhlükə hiss etsək, dərhal qabaqlayıcı tədbirlər görəcəyik”.

Gördüyümüz kimi, Azərbaycan Prezidentinin haqlı olduğu üzə çıxdı. Əgər GM200 radarı öz dəyərsizliyini göstərdisə, onda niyə “Bastion” konserv qutusuna çevrilməsin?

Belə görünür ki, Fransa “hərbi metal qırıntılarını” utilizasiya etmək istəmir və onu başqa ölkələrə sırımaq üçün bazarlar axtarır. Görünür, Paris “qulpsuz çamadan” (daşımaq çətindir, atmaq atmaq hayıfdır) deyiminə üçüncü məqamı da əlavə edir: niyə də satmayaq?!

Yaxşı, Fransanın o qədər də yaxın münasibəti olmayan Moldova ilə bağlı insidenti başa düşmək olar, bəs sən “balaca bacını” necə aldada bilərdin? Bəli, hər şey çox sadədir. Siyasətdə qardaş-bacı yoxdur: dövləti, milli, iqtisadi, maliyyə maraqları var. Fransanın Ermənistana verdiyi zir-zibil isə bunun bariz nümunəsidir.

Lakin Parisin bu yanaşması qısa müddətdə yaxşıdır. Uzunmüddətli perspektivdə bu “hərbi-siyasi fırıldaq” iflasa məhkumdur. Yuxarıdakı misallar başqaları üçün dərs olduğu üçün Fransa hərbi bazarını itirməyə davam edəcək.

Bu baxımdan Ukraynanın Fransa silahları məsələsində daha məntiqli olduğu üzə çıxıb. Hələ 2023-cü ilin noyabrında Parisin Ukraynaya göndərdiyi “Bastion” zirehli texnikası zəif təhlükəsizlik səbəbindən Kiyev tərəfindən rədd edilmişdi.

Moldovaya gəlincə, təbii ki, dövlət üçün 14,5 milyon avro o qədər də fəlakətli itki deyil. Ancaq Fransanın təmsil etdiyi Qərbin qərbyönlü kurs seçmiş bir ölkəyə dəyərsiz hərbi texnika satması hələ də utancvericidir. Başqa bir şey daha pisdir: sabah rus pilotsuz hərbi aparatları asanlıqla yenə də Moldova ərazisinə düşə bilər və fransız radarı onları hiss etməyəcək. Onda Moldova “səmimi fransız dostluğunun” acı meyvələrini dadmalı olacaq...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://ayna.az
archiveBu xəbər 22 Noyabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri