Icma.az
close
up
RU
Sərbəst, qadın və yunan roma güləşi üzrə Avropa çempionatının (U 23) nəticələri. Yeni adlar və istedadlar

Sərbəst, qadın və yunan roma güləşi üzrə Avropa çempionatının (U 23) nəticələri. Yeni adlar və istedadlar

Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

Sərbəst, qadın və yunan-roma güləşi üzrə Avropa çempionatının (U-23) nəticələri. Yeni adlar və istedadlar


Ötən həftə Tiranada (Albaniya) güləş üzrə gənclər arasında (U-23) Avropa çempionatı keçirilib. Azərbaycan güləşçiləri ümumilikdə 16 (4-5-7) medal qazanıblar.
Mükafatların əksəriyyətini sərbəst güləşçilər qazana biliblər: 10 çəki dərəcəsindən 9-da medal qazana biliblər. Bu nəticə ölkəmiz üçün yeni rekorda çevrilib. Baş məşqçi Cəbrayıl Həsənovun rəhbərliyi altında Azərbaycan yığması topladığı xallara görə (169) rekorda imza ataraq, ardıcıl dördüncü dəfə Avropa çempionu olub. Bütün bu mühüm nailiyyətlərə baxmayaraq, komandanın 5 finaldan 4-də məğlub olması məyusedicidir. Ölkəyə yeganə qızıl medalı osetiyalı legioner Arseni Djioyev (86 kq) qazandırıb. Bununla belə, qeyd etmək yerinə düşərdi ki, Djioyev bütün millinin heyətində yeganə legioner idi.
Gümüş medal qazanan yeniyetmələr arasında dünya və Avropa çempionu Kənan Heybətov (70 kq) və ölkə çempionu Ağanəzər Novruzov (74 kq) xüsusilə seçilib. Onlardan gözləntilər böyük idi, lakin hər ikisi rusiyalı rəqiblərinə uduzdu. Gərgin mübarizədə Novruzov minimal hesabla, Heybətov isə vaxtından əvvəl rəqib güləşçinin tam üstünlüyü olmaqla uduzdular.Digər gümüş medalçılar arasında minimal hesabla məğlub olan Ceyhun Allahverdiyevi (61 kq) də qeyd etmək lazımdır. Amma əvvəllər beynəlxalq arenada gözə dəyməyən Fərid Cabbarov (79 kq) üçün ikinci yer mühüm nailiyyət idi.
Bürünc medalları Rəhman İmanov (57 kq), Murad Haqverdiyev (65 kq), Sadiq Mustafazadə (92 kq) və Yusif Dursunov (125 kq) qazanıblar. Onların hamısı bu yaş kateqoriyasında (U-23) beynəlxalq arenada ilk dəfə fərqləniblər. Bu, onların gələcək karyerası üçün yaxşı stimul və motivasiya ola bilər.
Olimpiya çempionu Toğrul Əsgərovun rəhbərliyi altında qadınlardan ibarət yığmanın nəticələri mütləq yüksək qiymətə layiqdir. Komandamız ilk dəfə 2 qızıl medal qazanaraq tarixində mükafatların sayına görə rekorda imza atıb. Zaqrebdə keçirilən sonuncu reytinq turnirində qızıl medal qazanan Günay Qurbanova (59 kq) xüsusi diqqət çəkib. Gənc idmançı kifayət qədər təcrübəli və titullu rəqiblərinə qalib gəlib, həm də yüksək məharət nümayiş etdirib. 17 yaşlı idmançı artıq bir çox ekspertlər tərəfindən Azərbaycan qadın güləşinin parlaq gələcəyi kimi qiymətləndirilir. Daha təcrübəli Elnurə Məmmədova (53 kq) 23 yaşında, nəhayət ki, son iki gümüş medalını qızıl medala çevirə bildi. Esmer Cankurtaran (50 kq) ilk dəfə gənclər arasında turnirin mükafatçısı olub. Ümumilikdə Azərbaycanın qadınlardan ibarət komandası 89 xalla 4-cü yeri tutub. Bununla belə, qızıl medalların sayında rekord qeydə alınıb və bu, əldə olunan nəticəni xeyli kompensasiya edir.
Yunan-Roma güləşi yığmasına gəlincə, onun nəticəsini uğursuz hesab etmək olar. Bir qızıl, bir gümüş və iki bürünc medal azarkeşlərimizin ümid etdiyi nəticə deyil. 91 xal toplayan klassiklərimiz komanda hesabında 4-cü yeri tutub. Yeganə uğur Ruslan Nurullayevin (72 kq) qazandığı qızıl idi. Ötənilki çempion Ziya Babaşov (63 kq) gümüş, bu yaxınlarda Zaqrebdə keçirilən reytinq turnirinin qalibi Elmir Əliyev (55 kq) və U-23 arasında ikiqat Avro çempionu Həsən Həsənli (77 kq) bürünc medal qazanıblar. Bu turnirdə medal qazana bilməyən digər güləşçilər kifayət qədər gənc və o qədər də təcrübəli deyillər. Onlar üçün bu turnir özlərini sübut etmək, istedadlarını baş məşqçiyə göstərmək üçün bir fürsət idi.
Samir Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 24 Mart 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see266

Hansı meyvələr diabet və ürək xəstəliyi riskini azaltmağa kömək edir?

01 Oktyabr 2025 08:25see164

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see139

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see134

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see131

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see129

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see128

İlham Əliyev: Təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar

01 Oktyabr 2025 16:35see126

Taciri toyda zəhərlədilər

01 Oktyabr 2025 11:46see125

“Azərbaycan təsviri sənəti: klassikadan postmodernizmə” İncəsənət Muzeyində yeni ekspozisiya

01 Oktyabr 2025 11:38see124

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see124

İsveçrəli nazir Fərhad Əliyevin keçmiş müşavirinə məktub yazıb

01 Oktyabr 2025 15:11see124

Dünyanın xəritəsi niyə müxtəlif ölkələrdə fərqli görünür: Hansı doğrudur?

02 Oktyabr 2025 00:24see123

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see123

Milli Məclisin sədri CAR a işgüzar səfər edib

01 Oktyabr 2025 10:31see123

Professor izah etdi: Demans riskini azaldan 8 vərdiş

01 Oktyabr 2025 16:34see121

Qurban Qurbanov: Futbolçularım sona qədər mübarizə apardılar

01 Oktyabr 2025 23:44see119

Estoniya sərhəddə qalmış maşınları satır

01 Oktyabr 2025 12:30see117

Məlhəm hospitalından gənc yazarın iddialarına CAVAB

01 Oktyabr 2025 21:17see117

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri